Kekeş () — Macarıstanda dəniz səviyyəsindən 1015 metr yüksəklikdə yerləşən ən yüksək dağ.
Haqqında Heves əyalətinin Matra dağ silsiləsində Dyöndyöş şəhərinin şimal-şərqinin 12 km-liyində yerləşir. Balaton gölü və Dunay çayından sonra Macarıstanın üçüncü ən çox turist ziyarət edən bölgəsidir.
Kekeş adı dağı əksər hallarda mavi rəngə çalmasından götürülmüşdür. Macar dilində kek sözü mavi, kekeş sözü isə mavitəhər mənasını verir.
Həmçinin bax Macarıstan coğrafiyası
İstinadlar
Xarici keçidlər Kekeş dağı Britannica ensiklopediyasında
Kateqoriya:Macarıstan coğrafiyası Kateqoriya:Dağ zirvəsi – minliklər