Həsənov Elxan Eldar oğlu — Azərbaycan futbolçusu, Azərbaycan milli futbol komandasının qapıçısı, SSRİ idman ustası, ikiqat Azərbaycan çempionu.
Həyatı Elxan Həsənov 4 mart 1967-ci ildə Bakıda anadan olub. Əslən Xocavənd rayonu Muğanlı kəndindəndir.1987-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutuna daxil olub. 1984-cü ildə Bakının "Neftçi" klubundan dəvət alıb. "Kəpəz" (Gəncə), Xəzər Sumqayıt, "Turku" (Finlandiya) və Karvan komandalarında oynayıb. 1988-ci ildə SSRİ Federasiya Kubokunun finalına oynayıb. Dəfələrlə Azərbaycan Kuboku mükafatçısı olub. 2000-ci ildə Finlandiya Kubokunun finalçısı olub. Azərbaycan milli futbol komandasının qapısını qoruyub.
Xarici keçidlər http://www.inter.az/index.php?option=com_joomleague&func=showPlayer&p=4&pid=102&Itemid=0
Həmçinin bax
Kateqoriya:Azərbaycan futbolçuları Kateqoriya:Şamaxı FK futbolçuları Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Azərbaycanın kişi futbolçuları Kateqoriya:Neftçi PFK futbolçuları Kateqoriya:Kəpəz PFK futbolçuları Kateqoriya:Azərbaycan futbol məşqçiləri Kateqoriya:Azərbaycan milli futbol komandasının oyunçuları Kateqoriya:Bakıda doğulanlar Kateqoriya:Azərbaycan Premyer Liqası futbolçuları Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:SSRİ idman ustaları Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Karvan-Yevlax FK futbolçuları Kateqoriya:Şəfa FK futbolçuları Kateqoriya:Bakılı futbolçular Kateqoriya:Kişi futbol qapıçıları Kateqoriya:Azərbaycanlı legioner kişi futbolçular Kateqoriya:Xəzər-Lənkəran FK futbolçuları