Sinselexo() — Kolumbiyada yerləşən, şəhər və bələdiyyə. Sukre departamentinin inzibati mərkəzi.
Coğrafi mövqeyi Şəhər, paytaxt Boqota şəhərindən təxminən 515 kilometr uzaqlıqda və Serraniya-de-San-Xasinto dağ silsiləsinin şərq hissəsində yerləşir.
Mütləq yüksəklikliyi dəniz səviyyəsindən 218 metrdir. Bələdiyyənin sahəsi 275 km²dir.
Əhalisi Kolumbiya Milli Statistika İdarəsi məlumatlarına görə 2012-ci ildə şəhər və bələdiyyənin ümumi əhalisi 263,751 nəfər idi.
İl ərzində şəhər əhalisinin statistikası:
2005-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhər əhalisinin 48,4%-i kişilərdir, qadınlar isə müvafiq olaraq 51,6%-dir. İrqi ağ və metislər şəhər əhalisinin 76,1%-ni; hindilər 14,5%-ni; zəncilər 9,4%-ni təşkil edir. 15 yaşdan yuxarı əhalinin arasında savadlılıq səviyyəsi 88,1% təşkil etmişdir.
İqtisadiyyatı Şəhər iqtisadiyyatının ən inkişaf etmiş sahələri kənd təsərrüfatı istehsalıdır, onun strukturu heyvandarlıqdan və ticarətdən üstündür. Sinselexo ətrafında qarğıdalı, banan, maniok və yam yetişdirilir. Sənayedə az inkişaf etmiş məhsullarː ərzaq, geyim, ayaqqabı və ağac emalı məhsulları hesab edilir.
Həmçinin bax Kolumbiyanın inzibati bölgüsü Boqota Tunxa Monteriya Kibdo Florensiya (Kaketa) İnirida San Xose del Quavyare
İstinadlar
Xarici keçidlər
Rəsmi saytı Sinselexo.
Kateqoriya:Kolumbiya şəhərləri