Qazax Radiosu (Qazax Radiosu) — Qazaxıstan Respublikasının dövlət informasiya və əyləncə radio stansiyasıdır. Qazaxıstan Respublikası televiziya və radio verilişləri kompaniyasının tərkibinə daxildir. Tarixi 1921-ci il 29 sentyabrda Qazaxıstanda Muxtar Sovet Sosialist Respublikasının poçt və Teleqraf Xalq Komissarlığı tərəfindən qəbul edilmiş qərara əsasən təşkil olunmuşdur. 1921-ci ilin oktyabrında o zamanlar Qazaxıstanın paytaxtı olan Orenburqda fəaliyyətə başlayan radio verilişləri bütün ölkə ərazisini əhatə edirdi. 23 Mart 1927-ci ildə efirdə ilk dəfə qazax dilində verilişlər yayımlandı.Қазақ мәдениеті. Энциклопедиялық анықтамалық. Алматы: “Аруна Ltd.” ЖШС, 2005 ISBN 9965-26-095-8 2012-ci il oktyabr ayının 1-dən Astanada yeni media mərkəzinə köçürülmüşdür.
1950-ci illərdə Qazaxıstan radiosunda bəstəkar A. Esbayev musiqi redaktoru idi. Xarici keçid Qazax radiosunun rəsmi saytı «Қазақстан» РТРК» АҚ ресми веб-сайты İstinadlar Kateqoriya:Beynəlxalq radio kanalları Kateqoriya:Qazaxıstan radiostansiyaları Kateqoriya:Rus dilində radiostansiyalar Kateqoriya:Qazax dilində radiostansiyalar Kateqoriya:Qazaxıstan kütləvi informasiya vasitələri Kateqoriya:SSRİ radiostansiyaları Kateqoriya:Əlifba sırasına görə radiolar Kateqoriya:1921-ci ildə yaradılmış radiostansiyalar Kateqoriya:XX əsrdə yaradılmış radiostansiyalar