«Sky Living Loves» — «British Sky Broadcasting» şirkətinin sahibləndiyi Böyük Britaniya telekanalı. Telekanal yayımına 5 iyul 2010-cu ildə başlamış, 21 fevral 2012-ci ildə isə yayımını dayandırmışdır. Telekanal «Sky Living» və «Sky Livingit» telekanalları ilə əməkdaşlıq etmişdir.

Tarixi 1 iyul 2010-cu ildə «Living +2» kanalının əvəzinə «Sky Living Loves» kanalının yaradılması barədə «Sky» və «Virgin Media» arasında razılıq əldə olunmuşdur. 5 iyul 2010-cu ildə saat 15:00-da telekanal yayımına start vermişdir. Telekanal «Sky Living»-də yaxın zamanlarda yayımlanan komediya və dram verilişlərini yenidən nümayiş etdirirdi. Tamaşaçılar yenidən seriallara baxmaq imkanını əldə edirdilər.

25 oktyabr 2010-cu ildə telekanal 2011-ci ilin əvvəlinə kimi «Sky Living» telekanalı ilə rebrendinq edəcəyini açıqlamışdır. Telekanal Sky-da EPG mövqeyini «Sky1»-dən sonra və «Sky Atlantic»-dən əvvəl olmaqla, 112-dən 107-ə kimi dəyişməyi bacarmışdır. Bunun nəticəsi kimi «Living Loves» adını «Sky Living Loves» olaraq rebrendinq etmişdir.

5 sentyabr 2011-ci ildə «Sky Living Loves» telekanalı 24 saatlıq efir rejiminə keçmişdir. Əvvəllər isə telekanal 15:00-dan 02:00-a kimi yayımlanırdı.

2011-ci ilin noyabr ayında «Sky Living Loves» kanalı 24 yanvar 2012-ci ildə «Sky» şirkətinin kanalları yenidən quracağını açıqlayaraq, yayımını dayandıracağını bildirmişdir. Bununla bərabər, telekanalın bağlanması 21 fevral 2012-ci ilə kimi təxirə salınmışdır. Telekanalda yayımlanan son proqram Partiya müharibələri serialının müəyyən bir epizodu olmuşdur.

«Sky Living Loves» telekanalının EPG üzərindən yayım hüququ «Sky Arts 2» telekanalına verilmişdir.

Verilişləri Army Wives Charmed Chuck Cougar Town CSI: Crime Scene Investigation Drop Dead Diva Eleventh Hour Ghost Whisperer Grey's Anatomy Medium Private Practice The L Word Trophy Wives

Keçmiş loqolar

İstinadlar

Kateqoriya:Birləşmiş Krallıq televiziya kanalları