Əbdürrəhim Heyit () — uyğur aşıq.

Həyatı Əbdürrəhim Heyitin soyadı ərəb dilindəki "ayt" (bayram) kəliməsindəndir. Bir müddət Çin Dövlət Konservatoriyasında dütar müəllimi işləmişdir. Çin hökuməti tərəfindən 2017-ci ildə həbs olunmuşdur. "Uçraşkanda" ("Qarşılaşınca") və "Atilar" ("Atalar") mahnılarına görə 8 il həbsə məhkum edilmişdir. Çin həbs düşərgəsində saxlanılmış və işgəncələrə məruz qalmışdır. Bu işgəncələrə dözməyərək 2019-cu ildə həbs düşərgəsində vəfat etdiyi iddia olunmuşdur. Amma həmin il fevralın 10-nu Çin dövlət KİV-ləri Heyitə bənzər birinin videosunu yayımlamışlar. Videoda danışan şəxs səhhətinin yaxşı olduğunu və milli qanunların pozulması ilə bağlı araşdırma mərhələsində olduğunu demişdir. İnsan hüquqları ilə bağlı uyğur layihəsi videonun həqiqətəuyğunluğunu şübhə altına almışdır"Китайское видео Abdurehim Heyit" опровергает смерть уйгурского музыканта ", BBC News , 10 февраля 2019 года . Получено 10 февраля 2019 г..

İstinadlar

Xarici keçidlər Əbdürrəhim Heyit — "Qarşılaşınca" Əbdürrəhim Heyit — "Atalar"

Kateqoriya:Aşıqlar Kateqoriya:Uyğurlar