Ceylan Mumoğlu (tam adı: Ceyran Qurban qızı Nadirova; ) — Azərbaycanlı yazıçı, tərcüməçi və publisist.
Həyatı
Ceyran Qurban qızı Nadirova 19 dekabr 1976-cı ildə Azərbaycan SSR-in Sumqayıt şəhərində anadan olub.
1983-1993-cü illərdə Sumqayıt şəhər 24 nömrəli orta məktəbində təhsil alıb. 1993-cü ildə M. Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub, 1997-ci ildə həmin fakültəni bitirib. 1997-2007-ci illər ərzində müxtəlif məktəblərdə tarix müəlliməsi işləyib. 2007-ci ildən ailə quraraq Türkiyənin İstanbul şəhərinə köçüb. 2011-ci ildən Türkiyə vətəndaşıdır.
Fəaliyyəti
2009-2017-ci illərdə Azərbaycanın ilk milli qadın portalı olan qadin.net saytında həmtəsisçi və baş redaktor vəzifəsində işləyib.
2009-cu ildən saytdakı fəaliyyəti ilə yanaşı ədəbi fəaliyyətə də başlamış, bir çox psixoloji, parapsixoloji araşdırma məqalələrin, müxtəlif müsabiqələrdə mükafat almış hekayələrin və "Aydınlanma səyahəti", "Qurbağa öpüşü", "Sev və inan" kitablarının müəllifidir.
2009-cu ildən ədəbi fəaliyyətə başlayıb, ilk hekayələrini, araşdırmalarını və publisist məqalələrini yazmağa başlayıb.
C. Mumoğlunun həmtəsisçisi olduğu qadin.net saytı 2013-cü ildə Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer olub.
2018-ci ildə “Hədəf” nəşrlərinin “Ustad” ədəbiyyat və sənət jurnalının “Azərbaycan Xalq Cümhuriyyəti İli” münasibətilə keçirdiyi hekayə müsabiqəsində "Quyu" hekayəsilə iştirak etmiş və uğurlu iştirakına görə təltif edilib.
2018-ci ildən Azərbaycanda "Ustad", 2020-ci ildən isə Türkiyədə "DergiZan" jurnalında fəaliyyət göstərir və mütəmadi olaraq bu jurnallarda yazıları çıxır.
2018-ci ilin dekabr ayında "Kuyu" adlı ilk türkcə hekayəsi yayımlanıb.
2021-ci ildə Qadının üç yaş dövrü romanı türk dilinə tərcümə edilib və "Kadının üç çağı" adı ilə Ankarada nəşr edilib.
Əsərləri
Müəllifi olduğu Kitabları Aydınlanma səyahəti Qurbağa öpüşü Sev və inan Qadının üç yaş dövrü
Məqalələri
Tərcümələri Kitabları
Alfred Adler, "Sosial maraq" Eudien Ovidiu Çiroviçi, "Güzgülər kitabı" Reymond Kerver, "Sevgidən bəhs edəndə nə danışırıq" Ceylan Mumoğlu, "Dünya ədəbiyyatından hekayələr" Osman Balcıgil, “Yaşıl mürəkkəb” romanıOsman Balcıgilin “Yaşıl mürəkkəb” romanı
Məqalələri
Mükafatlar
2013: Qadin.Net - Azərbaycan İnternet Forumunun təşkil etdiyi, MilliNet - Milli İnternet Mükafatının "Ailə, uşaq və sağlamlıq" nominasiyası üzrə 1-ci yer. 2018: "Cümhuriyyət - 100" hekayə müsabiqəsində uğurlu iştirakına görə təltifnamə
Həmçinin bax
Varis Yolçiyev Rövşən Abdullaoğlu Elxan Elatlı Elizabet Tüdor Ülviyyə Tahir
İstinadlar
Xarici keçidlər
Rəsmi Facebook profili
Ceylan Mumoğlu — Goodreads səhifəsi
Kateqoriya:Azərbaycanlı yazıçılar Kateqoriya:Ceylan Mumoğlu