thumb|right|250px|Pikt döyüşçüsü. Teodor de Brinin hazırladığı qravür. Tomas Herriotun "Virciniya torpaqlarının qısa və dəqiq təsviri" kitabı. 1588-ci il. Piktlər — son dəmir dövründə və erkən orta əsrlərdə Piktaviya (), Piktland və ya Piktlend adlanan ərazidə, indiki Şotlandiyanın şərqində və şimalında yaşamış xalqlar konfederasiyasına verilən ümumi ad. Onların yaşadığı ərazi və mədəniyyətləri britt dillərində verilmiş toponim elementlərinin yayılması və pikt daşlarına əsaslanır. Piktlər barədə məlumatlar qədim dövrlərdən X əsrə qədərki dövrdə hazırlanmış yazılı mənbələrdə verilir. Onlar Kennet mak Alpinin Piktaviyanı ihlaq etməsindən sonra X əsrdə gellərin assimilyasiyasına məruz qalıblar. Onlar Böyük Britaniyadakı Fort və Klayd çaylarının şimalında yaşayırdılar. Piktlər cənubdakı britlərin danışdığı keltik qədim brit dilinə yaxın olan pikt dilində danışırdılar.

Piktlərin romalıların Ptolomeyin hazırladığı dünya xəritəsində haqlarında danışdıqları kaledonlar və digər tayfalardan törədikləri ehtimal olunur. Piktaviya tədricən gel dövləti olan Dal Riada krallığı ilə birləşmiş və Alba krallığını (Şotlandiya) qurmuşdur. Daha sonrakı dövrlərdə Alba krallığı britlərin Stratklayd krallığını və Nortumbriya krallığının Lotian vilayətini ihlaq etmişdir. XI əsrdə pikt identiklikliyi şotlandların uzunmüddətli assimilyasiya prosesi nəticəsində məhv olmuşdur.

Etimologiya "Pikt" termininin romalıların Fort və Klayd çaylarının şimalında yaşamış xalqlar üçün istifadə etdiyi bir ekzonim olduğu düşünülür. Latın sözü olan 297-ci ildə Evmeni tərəfindən yazılmış bir panegirikdə verilir və "rənglənmiş (tatuirovka edilmiş) insanlar" deməkdir. Söz latın dilindəki pingo , on Perseus Digital Library ("rəngləmək"; , "rənglənmiş"; , "şəkil" πυκτίς , on Perseus Digital Library) sözündən törəyib.

"Pict" sözü qədim skandinav dilində , qədim ingilis dilində , skots dilində , vall dilində isə ("pikt adamlar") kimi verilir. Bəzi alimlər adın pikt dilindəki orijinal variantı olduğunu düşünür. İrlandiyada qeydə alınan yazılını mənbələrdə Krutin (), Krutini (), Krutni () və ya Kruitini (; ) həm piktlərə, həm də ki, şərqi Olsterdəki Uladı boyunca yaşayan başqa bir xalqa verilən ad idi. Ümumiyyətcə bu adın sözündən törədiyi, onun isə britt dillərindəki sözünün goydel dillərindəki variantı olduğunu qəbul edilir. Bu sözdən adı yaranmışdır ki, bu da romalıların britlərə verdiyi addır.;

Piktlərin özlərini necə adlandırdığı naməlumdur. Tarixşünaslar piktlərin özlərini adlandırdığını irəli sürürlər. Bu ad "Alba krallarının salnaməsi" əsərində verilir., note 95;

Mənbə İstinadlar

Ədəbiyyat

.

James E. Fraser, The New Edinburgh History Of Scotland Vol.1 - From Caledonia To Pictland, Edinburgh University Press(2009) Henderson, George; Henderson, Isabel, The Art of the Picts, Thames and Hudson (2004) Fraser Hunter, Beyond the Edge of Empire: Caledonians, Picts and Romans, Groam House Museum, Rosemarkie (2007) Alex Woolf, The New Edinburgh History Of Scotland Vol.2 - From Pictland To Alba, Edinburgh University Press,(2007)

Xarici keçidlər

Glasgow University ePrints server, including Katherine Forsyth's Language in Pictland (pdf) and Literacy in Pictland (pdf) The language of the Picts , article by Paul Kavanagh, 2012-02-04 CELT: Corpus of Electronic Texts at University College Cork The Corpus of Electronic Texts includes the Annals of Ulster, Tigernach, the Four Masters and Innisfallen, the Chronicon Scotorum, the Lebor Bretnach, Genealogies, and various Saints' Lives. Most are translated into English, or translations are in progress Scotland Royalty The Chronicle of the Kings of Alba Annals of Clonmacnoise at Cornell Bede's Ecclesiastical History and its Continuation (pdf), at CCEL, translated by A.M. Sellar. Annales Cambriae (translated) at the Internet Medieval Sourcebook.

Proceedings of the Society of Antiquaries of Scotland (PSAS) through 1999 (pdf). Tarbat Discovery Programme with reports on excavations at Portmahomack. SPNS the Scottish Place-Name Society (Comann Ainmean-Áite na h-Alba), including commentary on and extracts from Watson's The History of the Celtic Place-names of Scotland. The Picts and Scots in history Historic Scotland website on Pictish stones Ancient Scotland: Caledonia and Pictavia

Kateqoriya:Piktlər Kateqoriya:Kelt xalqları Kateqoriya:Tarixi Avropa xalqları Kateqoriya:Nəsli kəsilmiş etnik qruplar