Amundsen çökəkliyi — Şimal Buzlu okeanın daxilində, Qekkel silsiləsi ilə Lomonosov silsiləsi arasında yerləşən okean çökəklliyi.
Çökəkliyin uzunluğu 2000 km, eni 200—400 km, dərinliyi isə 4485 metrdir. Çöküntülərin qalınlığı təxminən 2000 metrə bərabərdir. Çökəkliyin dibi dəmir–manqan gilli lildən ibarətdir.
Çökəklik öz adını Norveç qütb araşdırmaçısı Roald Amundsenin adından almışdır.
İstinadlar
Məmnbə Şimal Buzlu okeanın dibi Текст Конвенции ООН по морскому праву (UNCLOS 1982) Kateqoriya:Okeanlara görə kateqoriyalar