İpək yolu üzərində Azərbaycan abidələri — Azərbaycanın İpək yolu üzərində yerləşən abidələri.
Tarixi "Böyük İpək Yolu" — e. ə. II əsrin axırlarından b.e. XVI əsrinə qədər fəaliyyət göstərən Çindən Şimali Afrika və İspaniyaya qədər aparan karvan yolu olmuşdur. Bu İpək Yolunun üzərində yerləşən və mühüm strateji mövqeyə malik olan Azərbaycan ərazisi Çin ilə Avropa arasında qızıl qapı rolunu oynamışdı.
Azərbaycan qədim zamanlardan bəri Şərqin ən böyük ipəkçilik ölkəsi kimi tanınmış, artıq V–VI əsrlərdə Azərbaycanın iqtisadiyyatında ipəkçilik mühüm yer tutmuşdur.https://azertag.az/xeber/UNESCO_Boyuk_Ipek_Yolu_Beynelxalq_Gencler_Ittifaqini_resmi_siyahisina_daxil_etmisdir-24227
Bu səbəbdəndir ki, əvvəlcə ipək, daha sonra ədviyyat, qızıl, gümüş, briliant, mirvari Avropa ölkələrinə daşınımasında Azərbaycanın mühüm rolu olmuşdur.
Qədim Odlar Yurdu hələ antik dövrlərdə "Böyük İpək yolu" zəncirində olduqca önəmli, strateji mövqeyə malik bir region kimi qiymətləndirilirdi. Şərq və Qərb ölkələri ilə bağlanan ticarət yollarının buradan keçməsi səbəbli İpək yolunun üzərində yerləşən Bakı, Bərdə, Gəncə, Şəki, Ərdəbil, Təbriz, Naxçıvan kimi Azərbaycan şəhərləri regionun taleyində, siyasi və iqtisadi inkişafında önəmli rol oynayırdılar.
Həmin dövrlərdə ölkəyə gələn tacirlər karvanlarının təhlükəsizliyi, onların ölkədə qala bilmələri üçün bu bölgələrdə karvansaralar tikilirdi. İpək yolu üzərində yerləşən Azərbaycan abidələr şəhərlərə görə təsnifləndirilir: Azərbaycanda "Böyük İpək Yolu"nun üzərində yerləşən qədim yaşayış məntəqələrindən — Bakı, Şamaxı, Basqal, Lahıc, Qəbələ, Şəki və başqalarından keçən turizm marşrutlarının inkişafı üzrə zəngin təcrübə toplanır və həyata keçirilməsi istiqamətində işlər aparılır.
2013-cü ilin iyunun 29-da Şəkidə XIX əsrə aid tarixi-memarlıq abidəsi olan "Aşağı Karvansara" kompleksində "İpək Yolu" IV Beynəlxalq musiqi festivalının rəsmi açılış mərasimi keçirilmişdir. Festivalın Şəkidə keçirilməsi heç də təsadüfi olmamış, əsrlər boyu bu qədim və gözəl şəhər Böyük İpək Yolu üzərində yerləşən mühüm sənət və ticarət mərkəzi olmuşdur.
Bakı thumb|Xan Karvansarası İkimərtəbəli karvansara (Bakı) Şah Səfi karvansarası Kiçik karvansara Qaraçı karvansarası Multani karvansarası Buxara karvansarası Qız Qalası İçəri şəhər Şirvanşahlar sarayı Bazar meydanı thumb|Səlim karvansarası Cümə məscidi Çin məscidi Molla Əhməd məscidi Hacı Bani məscidi Xanlar məscidi Mədrəsə məscid Təkiyə Bazar meydanı Gileyli məscidi Həzrəti Əli məscidi Ağa Mikayıl hamamı Hacı Bani hamamı thumb|Əlincə qalası Ağa Zeynal hamamı Qasım bəy hamamı Dördbucaqlı qala
Corat qəsəbəsi Şah Abbas karvansarası Cümə məscidi Gülxatun məscidi Hacı Kiçikbəy məscidi Hacı Hümbət məscidi Hacı Məcid hamamı Hacı Əmrulla hamamı thumb|İmamzadə türbəsi
Naxçıvan Sədərək karvansarası Fərhad evi və yaxud Ağ karvansara Xaraba Gilan karvansarası Culfa kаrvаnsаrаyı thumb|Yuxarı Karvansara Camaldın karvansarası Cuğa karvansarası Cuğa körpüsü Ziya-ül Mülk körpüsü Tağmar qalası Əlincə qalası
Şəki Aşağı Karvansara (Şəki) Yuxarı Karvansara (Şəki) Şəki xan sarayı Ömər Əfəndi məscidi Cümə məscidi thumb|Bərdə şəhərində İmamzadə
Gəncə Uğurlu Xan karvansarası İmamzadə türbəsi Şah Abbas məscidi Bağmanlar məscidi Qazaxlar məscidi Cavad xan türbəsi Cavadxan dəftərxanası Comərd Qəssab türbəsi
Bərdə Bərdə türbəsi Bəhmən Mirzə Qacar türbəsi İmamzadə türbəsi (Bərdə) İbrahim məscidi
İstinadlar
Kateqoriya:İpək yolu Kateqoriya:Azərbaycan karvansaraları Kateqoriya:Azərbaycan abidələri Kateqoriya:Azərbaycan memarlığı