Gənzə qəbristanlığı — Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Gənzə kəndinin mərkəzində yerləşən arxeoloji abidədir.
Haqqında Qəbiristanlıqdakı qəbirlərin əksəriyyətinin yerüstü əlamətləri zamanla itmiş, baş daşları isə torpaq altında qalmışdır. Qəbiristanlıq qərb-şimal istiqamətində yerləşən müsəlman qəbirlərindən ibarətdir. Bəzi qəbirlərin ətrafında dördkünc formalı daş düzümləri, digərlərinin üzərində isə kiçik oval təpəciklər qorunub saxlanılmışdır.
Qəbiristanlıqdakı bir neçə baş daşı Ordubad bölgəsi üçün səciyyəvi olan yaşılımtıl rəngli daşlardan yonulmuşdur. Dördkünc formalı bu baş daşları tağşəkilli sonluqla tamamlanır. Onların üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Kitabələr XVI–XVII əsrlərə aid edilir.
Yerli əhalinin məlumatına görə, qəbiristanlığın yerləşdiyi torpaq sahəsi Hacı Hüseynquluya məxsus olmuş, o, həmin ərazini kənd qəbiristanlığı üçün bağışlamışdır. Arxeoloji axtarışlar zamanı qəbiristanlığın ərazisindən Son Orta əsrlərə aid şirli və şirsiz keramika nümunələri aşkar edilmişdir.
Mövcud məlumatlara əsasən, qəbiristanlıqda dəfn mərasimləri XV əsrdən etibarən həyata keçirilmişdir. İstinadlar
Kateqoriya:Ordubad rayonu qəbiristanlıqları Kateqoriya:Ordubad rayonunun abidələri