Tahir Baxşəliyev (tam adı: Tahir Şamil oğlu Baxşəliyev; ) — Azərbaycan tarixçisi, Bakı Dövlət Universitetinin Tarix fakültəsinin "Slavyan ölkələri tarixi kafedrası"nın professoru, tarix elmləri doktoru.

Həyatı 26 aprel, 1951-ci ildə Beyləqan rayonu, Şahsevən kəndində anadan olub.

Təhsili 1967-ci ildə Şahsevən kənd orta məktəbin əla qiymətlərlə bitirib. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə daxil olub. 1972-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirib. 1973-cü ildə Bakı Dövlət Universitetin ilk, Karl Marks adına təqaüdçülərindən biri olub. 1973-cü ildə "SSRİ tarixi" kafedrasının nəzdində 07.00.02 — SSRİ tarixi ixtisası üzrə aspiranturaya daxil olub.

1980-ci ildə "İnkişaf etmiş sosializm şəraitində Azərbaycanda ali təhsilin inkişafı, 1966-1970-ci illər" mövzusunda namizədlik dissertasiyası, 1991-ci ildə "60-80-ci illərdə Azərbaycan SSR-in ziyalıları" mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 1994-cü ildə professor elmi dərəcəsi alıb.BAXŞӘLİYEV Tahir Şamil oğlu - Azərbaycan Milli Ensiklopediyası

Elmi fəaliyyəti Bölgü komissiyasının qərarı ilə 26 avqust 1972-ci il tarixində SSRİ tarixi kafedrasında baş laborant vəzifəsində təyin olub. 1975-ci ildən 1977-ci ilə kimi BDU-nun komsomol komitəsinin katibi vəzifəsində çalışıb. Həmin illərdə SSRİ tarixi kafedrasında müəllim, baş müəllim, dosent, professor vəzifəsində çalışıb. 1994–2000-ci illərdə Türk və Qafqaz xalqları tarixi kafedrasında müdri olub. 1994–2000-ci illərdə BDU-nun Tərbiyə işləri üzrə prorektor vəzifəsində işləyib.

2014-cü ildən BDU-nun Slavyan xalqları tarixi kafedrasının professordur, Bakı Dövlət Universitetinin və Tarix fakültəsinin Elmi Şurasının, ixtisaslaşmış doktorluq müdafiə şurasının üzvü olub.

Tədqiqat sahəsi Tədqiqat sahəsi, əsasən SSRİ, Türk və Qafqaz və Slavyan ölkələri tarixi ilə əlaqədadır.

Təltifləri Tahir Baxşəliyev uzun illər səmərəli fəaliyyətinə, Azərbaycan elminin və təhsilinin inkişafındakı xidmətlərinə görə, BDU-nun Elmi Şurasınən 7 iyul 2017-ci il tarixli qərarı ilə "İlin müəllimi" fəxri adına layiq görülmüşdürTahir Baxşəliyev. Slavyan ölkələri tarixi 1917–2015. Bakı, 2018..

2019-cu ildə "Bakı Dövlət Universitetinin 100 illiyi (1919-2019)" yubiley medalı ilə təltif olunub.

Seçilmiş əsərləri Azərbaycan SSRİ-nin ali məktəblərində aspirantura yolu ilə elmi kadrların hazırlanması, S.M.Kirov adına ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1975, № 1 Səkkizinci beşillikdə Azərbaycan SSR ali məktəblərində ixtisaslı kadrların hazırlanmasının bəzi məsələləri ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1977, № 6 İ.B.Berxin. SSRİ tarixi (1917–1937-ci illər). (Rus dilindən Azərbaycan dilinə tərcümə).Bakı, "Maarif". 1977 Ali məktəblərdə aparılan elmi-tədqiqat işlərinin istehsalatla əlaqəsi ADU-nun Elmi əsərləri. Tarix və fəlsəfə elmləri seriyası. 1978, № 6 Azərbaycanın ali məktəblərində inkişaf etmiş sosializm şəraitində elmi-pedaqoji kadrların hazırlanması. (Rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1981 Məktəblilərə SSRİ-nin 60 illiyi haqqında Bakı, "Maarif" 1982 Sovet Azərbaycanında ali məktəbin inkişafı. (Rus dilində) Bakı, "Maarif" 1984 SSRİ-nin yaradılmasında proletar diktaturası orqanlarının rolu Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1984 Onuncu beşillikdə Azərbaycan SSR-də elmi ziyalıların say tərkibinin artması Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1985 Azərbaycan SSR-də Ali və Orta İxtisas təhsilinin inkişafı və respublika ziyalılarının ixtisas tərkibinin dəyişilməsi. (rus dilində) Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1986 Məktəblilərə Böyük Oktyabr sosialist inqilabı haqqında Bakı, "Maarif", 1987 Böyük Oktyabr və Sovet Azərbaycanının ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, ADU-nun nəşri, 1988 Azərbaycanın mədəni-maarif ziyalıları Elmi əsərlərin tematik məcmuəsi. Bakı, Azərbaycan Universiteti nəşriyyatı, 1989, Azərbaycan SSR ziyalılarının tərkibində və miqdarında dəyişikliklər (rus dilində) Bakı, 1989 Türk xalqlarının müasir tarixi (1917–1993-cü illər) proqrammı (Müdafiədən sonra). Bakı Universiteti nəşriyyatı, 1993 Türk xalqlarının müasir tarixi yeni proqramm əsasında tədris edilməlidir. (Müdafiədən sonra) Azərbaycan, 12 iyun 1993 Azərbaycan Demokratik Respublikası və ziyalılar. (Müdafiədən sonra)Mədəni-maarif, 1994, № 1–2 Gələcəkdəki ilişkilərə təməl atmış olduq "Mesaj" jurnalı, həftəlik xəbər dərgisi. Yıl.3, sayı 149, 25 oktyabr-7 noyabr 1994 Əski SSRİ-dəki türklərin tarixinin bəzi məsələləri (türk dilində). "Mesaj" jurnalı, 1995, 14–20 fevral, № 164 (İstanbul) Keçmiş SSRİ-dəki türk xalqlarının müasir tarixinə ümumi bir baxış Bakı Universitetinin 75 illik yubileyinə həsr olunmuş elmi konfransının materialları. BDU, 1995 Tatarıstan Respublikasının müasir tarixindən Türk və Qafqaz xalqları tarixinin bəzi məsələləri. BDU, 1997 Heydər Əliyevin nitq və çıxışlarında gənclərin mənəvi tərbiyə məsələləri Bakı Universiteti xəbərləri, 1998, № 1 Azərbaycanın sahibkar kəndlər Rusiya işğalından sonrakı dövrdə (1820–1890-cı illər)" adlı monoqrafiya. Бакы: Elm nəşriyyatı 2015 Slavyan ölkələri İkinci Dünya müharibəsi illərində müvzusunda. Magistratura səviyyəsi üçün ixtisas fənni proqram. BDU, nəşriyyatı, 2015. Krımın tarixinə dair. BDU-nun Xəbərləri, humanitar elmlər seriyası.N1, səh, 96–106, 2015. Krımın tarixinə dair. Turan-ilimi fikir və mədəniyyət dərgisi N27, səh 77–84,2016. Slavyan ölkələri tarixi (1917–2015). Ali məktəblərin bakalavr səviyyəsi üçün dərslik BDU, 2016. "Slavyan ölkələri tarixi " fənni üzrə bakalavr pilləsi üçün proqramm, Bakı, 2017, həmmüəllif.

Kitabları H.N.Məmmədov. "Polşanın müasir tarixi (XX əsrin sonları-XXI əsrin əvvəlləri)" Bakı: "Mürtəcim" Nəşriyyatı-Poliqrafiya mərkəzi 2017, 9,5 ç.v. adlı dərs vəsaitinin elmi redaktoru T.Ş.Baxşəliyev. Slavyan ölkələri tarixi (1917–2015-ci illər). Ali məktəblərin bakalavriat səviyyəsi üzrə tarixçi ixtisası üçün dərslik. Bakı, 2018 T.Ş.Baxşəliyev. Rusiya tarixi ən qədim zamanlardan günümüzədək. (Ali məktəblərin bakalavr pilləsi üçün dərslik). Bakı, "Təhsil", 2021, 808 səh.

Həmçinin bax BDU Tarix fakültəsi Abutalıb Cəlilov

İstinadlar

Kateqoriya:Bakı Dövlət Universitetinin müəllimləri Kateqoriya:Bakı Dövlət Universitetinin Tarix fakültəsinin müəllimləri Kateqoriya:Azərbaycan tarixçiləri Kateqoriya:Azərbaycanlı tarixçilər