Terminator () — 1984-cü ildə istehsal olunmuş ABŞ-nin fantastik janrlı döyüş filmlərindən biridir. "Terminator" filmi 2008-ci ildə Konqres Kitabxanası tərəfindən "mədəni, tarixi və estetik olaraq mühüm film" kateqoriyasına aid edilərək, ABŞ Milli Film Arxivində mühafizə edilməsinə qərar verilmişdir.News from the Library of Congress Loc.gov saytında, Yoxlanılıb: 22 avqust 2015I'll Be Back.. Forever — Library of Congress Loc.gov saytında, Yoxlanılıb: 22 avqust 2015

Məzmun

2029-cu ildə süni intellektə sahib olan "Skaynet" adlı hərbi kompüter sistemi nüvə müharibəsini törədir və robotları idarə etməyə başlayır. İnsanlar isə yalnız Con Konnor adlı şəxsə ümid bəsliyirlər. Çünki Con Konnorun sayəsində insanlar robotlara qarşı müqavimət göstərə bilmişlər. Bu səbəbdən "Skaynet" sistemi Con Konnorun anası olan Sara Konnoru öldürmək üçün keçmişə, 1984-cü il tarixinə Terminator adlı robotu göndərir. Con Konnor isə öz növbəsində Sara Konnoru qorumaq üçün Kayl Riz adlı döyüşçünü keçmişə göndərir. Onlar Los Anceles şəhərində peyda olurlar. Terminator geyim və silah əldə etmək üçün bir sıra şəxsləri öldürür. Bu müddətdə Kayl Riz geyim və silah əldə edərək, gələcəkdəki hadisələri yadına salmağa başlayır.

Sarah Konnor ofisiant vəzifəsində çalışır. Günlərin birində onunla eyni adda olan şəxsin öldürüldüyü xəbərini alır. Bir müddət sonra restoranda nahar etdiyi zaman televiziya kanallarının birində onunla eyni adlı digər şəxsin öldürüldüyünü eşidir. Bu zaman telefon köşkündə adların siyahısına nəzər yetirir. Sarah Konnor öz adı ilə eyni olan şəxslərin siyahısına diqqət yetirdikdə, adının qurbanlardan üçüncü sırada yerləşdiyini görür və bundan vahimələnir. Ardlnca Sarah Konnor naməlum şəxsin onun izlədiyini görür. Sarah Konnor "Texnuar" adlı gecə klubuna çatır və buradan polislərə zəng vurur. Terminator Sarah Konnorun yaşadığı evə gəlir. Burada Sarah Konnorun dostu Cincer Venturanı və Cincerin sevdiyi şəxs olan Mett Byukenanı öldürür. Bu zaman Terminator Sarah Konnorun daşınıq zəngini eşidir və onun yerini təyin edir. Terminator gecə klubuna çatır və Sarah Konnoru öldürmək istəyir. Bu zaman Kayl Riz ona müqavimət göstərir və Sarah Konnoru xilas edərək, buradan maşınla uzaqlaşır.

Kayl Riz ona bir sıra məlumatları bildirsə də, Sarah Konnor ona inanmır. Bu müddətdə Kayl Rizi Terminator təqib etməyə başlayır. Eyni zamanda Kayl Riz polislər tərəfindən təqib edilərək, həbs edilir. Terminator isə buradan uzaqlaşmağı bacarır. Kayl Riz həbs edilərkən, polislərə gələcəkdə baş verən hadisələr haqqında danışır. Lakin həkim Silberman, leytenant Treksler və polis Vukoviç ona şübhə yanaşır və Kayl Riz həbsxanada saxlamağa qərara gəlirlər. Bu müddətdə Terminator zədələnmiş hissələrini bərpa etməyə çalışır. Ardınca Terminator polis məntəqəsinə gələrək, bir sıra polisləri öldürür. Kayl Riz həbsxanadan qaça bilir və Sarah Konnoru götürərək, buradan uzaqlaşırlar. Kayl Riz ona aşiqdir və bu səbəbdən keçmişə göndərilməsinə razılıq bildirmişdir. Onlar arasında sevgi münasibəti yaranmağa başlayır. Bu müddətdə Terminator yenidən zədələnmiş hissələrini bərpa etməyə çalışır.

Terminator onların saxlandıqları yeri təyin edir və bura yollanır. Kayl Riz və Sarah Konnor maşınla ondan qaçmağa başlayırlar. Terminator isə motosikletlə onları təqib etməyə başlayır. Kayl Riz onun müqavimətini dəf etmək üçün partlayıcı qurğulardan istifadə edir. Lakin bu zaman ağır yaralanır. Terminator isə benzin daşıyan avtomobil ilə toqquşaraq zədələr alır. Terminator avtomobili özü idarə edərək, onları yenidən təqib edir. Bu zaman Kayl Riz avtomobilə partlayıcı qurğu qoyaraq, onu sıradan çıxarır və böyük partlayış baş verir. Kayl Riz və Sarah Konnor onun məhv olduğunu zənn edirlər. Lakin Terminator fəaliyyətini bərpa edir və onları təqib etməyə davam edir. Onlar yaxınlıqdakı "Kiberdayn Sistems" () kompaniyasına məxsus zavoda tərəf qaçırlar. Kayl Riz onunla mübarizə aparır qərarına gəlir. Bu zaman partlayıcı qurğudan istifadə edir. Böyük partlayış baş verir və Terminator müxtəlif hissələrə bölünür. Ayağından zədə almış Sarah Konnor Kayl Rizin öldüyünü görür. Bu zaman Terminatorun baş və yarı bədən hissəsi yenidən onu təqib etməyə başlayır. Bu zaman Sarah Konnor çətinliklə də olsa, hidravlik pressi işə salır və Terminatorun prosessoru məhv edilir. Terminatorun zərər çəkməmiş əli "Kiberdayn Sistems" əməkdaşları tərəfindən götürülür.

Sarah Konnor öz həyatı davam etməyə və övladını böyütməyə qərara gəlir. Bu səbəbdən Meksikaya yollanmağa qərara gəlir. Maşınla yolda gedərkən diktofona, Conun gələcəkdəki bu hadisələri öyrənmək üçün danışıqlarını yazmağa başlayır. Yanacaq doldurma məntəqəsində az yaşlı uşaq "Polaroid" fotoapparatı onun şəklini çəkir. Həmin fotonu gələcəkdə Con Konnor Kayl Rizə göstərəcəkdir. Sarah Konnor yola düşən zaman güclü qasırğa barədə məlumatı eşidir.

Saundtrek

Rollarda Aktyor/aktrisa Rol Qeydlər Arnold Şvartsenegger Terminator Linda Hamilton Sarah Konnor Maykl Bin Kayl Riz Pol Uinfeld Ed Traksler Lans Henriksen Hal Vukoviç Bess Motta Cincer Ventura Erl Boen Həkim Piter Silberman Rik Rossoviç Mett Buşanan Franko Kolombo rolu yoxdur Gələcəkdəki Terminator Dik Miller rolu yoxdur silah satıcısı Şaun Şipps Nensi Bill Pakston Pank lideri Bred Rirden Pank Brayan Tompson Pank

İstinadlar

Xarici keçidlər Filmi izlə (azərbaycan dilində)

Terminator terminatorium.com

Həmçinin bax

ABŞ filmlərinin siyahısı Böyük Britaniya filmlərinin siyahısı

Kateqoriya:ABŞ-nin fantastika filmləri Kateqoriya:1984-cü ilin filmləri Kateqoriya:ABŞ filmləri Kateqoriya:Ceyms Kemeronun filmləri Kateqoriya:Kiberpank filmləri Kateqoriya:Süni intellekt haqqında filmlər Kateqoriya:ABŞ-nin elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ-nin təqib filmləri Kateqoriya:Müstəqil ABŞ filmləri Kateqoriya:ABŞ-nin antiutopik filmləri Kateqoriya:ABŞ-nin postapokaliptik filmləri Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:Los-Anceles haqqında filmlər Kateqoriya:İngiliscə müstəqil filmlər Kateqoriya:İngilis dilində elmi fantastika döyüş filmləri Kateqoriya:ABŞ Milli Film Reyestrinin qeydiyyatına alınmış filmlər Kateqoriya:Ən Yaxşı Elmi-fantastika filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:Dramlar Kateqoriya:Metro-Goldwyn-Mayer filmləri Kateqoriya:Orion Pictures filmləri Kateqoriya:ABŞ-nin hamiləlik haqqında filmləri Kateqoriya:Texnologiyaya təsir haqqında filmlər Kateqoriya:Qeyl Enn Herdin prodüseri olduğu filmlər Kateqoriya:Hadisələrin gələcəkdə cərəyan etdiyi filmlər Kateqoriya:Dronlar haqqında filmlər