Azərbaycanda məhv olmuş mədəni irs nümunələrinin siyahısı — müxtəlif dövrlərdə insan faktoru və ya təbii səbəblərdən dağılmış abidələrin siyahısı.
Siyahı
Şirvanşahlar sarayının bir hissəsi
Azərbaycan Rusiyanın tərkibinə daxil olduğu dövrdə Rusiya hərbi nazirliyi Şirvanşahlar sarayını qismən təmir etdi. Eyni zamanda saray binalarının hərbi təchizat anbarları kimi düzəldilməsi üçün böyük yenidən qurma işləri həyata keçirildi. Hərbi nazirlik tərəfindən icra edilən təmir işləri dağılmış hissələrin bərpası ilə birlikdə sarayın restavrasiyası üçün önəmli olan bir sıra detalların məhvinə səbəb oldu.
Saray binasını anbara uyğunlaşdırarkən hərbi nazirlik birinci və ikinci mərtəbədəki otaqları ayıran bir neçə divarı dağıtdı və ikinci mərtəbədə onların yerinə dam örtüyünü dəstəkləyən qövs şəkilli tağ qoydu. İkinci mərtəbənin bütün otaqlarındakı günbəz, çatma və xaç şəklində olan taxtapuşların qalıqları dağıdıldı; onlar düz, tirdən düzəldilmiş taxtapuşlarla əvəz edildi. Birinci mərtəbədəki pəncərə yerləri (iki cərgəli pəncərə) elə tutuldu ki, yalnız kiçik pəncərə qaldı. Birinci və ikinci mərtəbədə yeni geniş qapı yerləri açıldı.
Bu dövrdə Bakıdakı Rus Pravoslav Kilsəsi yerində Bakı kafedralı tikmək üçün sarayın sökülməsinə nail olmağa çalışdı. Ancaq bu xahiş çar hökuməti orqanları tərəfindən o səbəbə görə rədd edildi ki, saray otaqları böyük anbarlar kimi istifadə edilir.История Азербайджана. — Б.: Издательство Академии наук Азербайджанской ССР, 1960. — Т. 2-й. — С. 359.
Sarayın şimal fasadının ikinci mərtəbəsinə girəcək düzəldilib, divarda isə oyuq açılıb. Bu ona görə edilib ki, atlara qoşulmuş araba küçədən düz sarayın ikinci mərtəbəsinə girsin. Bu yenidən qurmalarla rus hərbi nazirliyi tarixi abidə kimi saraya böyük ziyan vurdu. Hərbi nazirlik sarayın şərq fasadına pilləkən əlavə etdi, cənub (və ya aşağı) həyəti isə mağzalları olan daş divarla əhatə edildi. Bu divar sarayı əhatə edən köhnə divardan qalan fundamentdən qurulmuşdu.
1918-ci il 31 mart soyqırımı zamanı Şirvanşahlar sarayı ziyan gördü. Ermənilərin atdığı top mərmiləri Şah məscidinin minarəsini zədələdi.Рустамова-Тогиди С. А. 1918. Азербайджанские погромы в фотографиях и документах. Стр. 50
Şamaxı Cümə məscidi
Bakıda Mart soyqırımının başladığı dövrdə Şamaxıda Stepan Lalayevin rəhbərliyi ilə "Daşnaksütyun" partiyası nümayəndələri dinc müsəlman əhaliyə qarşı qırğına başlamış və bu hadisələr zamanı törədilmiş yanğında tikintisi hələ tamamlanmamış Şamaxı Cümə məscidi ciddi zədələnmişdir. Bakıda yaşayan şamaxılıların General Tomsona verdikləri məlumata görə "şəhər talan edilmiş, daha sonra isə yandırılmış, heç bir məscid salamat saxlanmamışdır." Məsciddə törədilən yanğın zamanı 1800 dinc sakin, o cümlədən qadınlar, uşaqlar və yaşlılar məsciddə həbs edilərək daşnaklar tərəfindən yandırılmışdır.Президент Азербайджана ознакомился с мечетью Джума в Шемахе Yanğın zamanı çoxsaylı nadir əlyazmalar və kitablar da məhv edilmişdi. Ermənilər tərəfindən törədilmiş bu yanğının izlərini indi də məscidin bəzi divarlarında görmək mümkündür.
2009-cu ilin dekabrında Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən tarix-memarlıq abidəsi kimi qeydiyyata alınmış Şamaxı cümə məscidinin bərpa olunması haqqında sərəncam imzalanmışdır.Ильхам Алиев подписал распоряжение о реставрации Джума мечети в городе Шамаха. Day.az, 24.12.2009 Restavrasiya zamanı məscidin ortada yerləşən böyük və kənarlarda yerləşən kiçik gümbəzləri yenidən qurulmuş və nəfis naxışlarla bəzədilmişdir. Məscidin orta zalı milli interyer üslubunda bərpa edilmişdir və hazırda bu zalda 1500 nəfər eyni vaxtda namaz qıla bilir. Kompleks ərazisində iki hovuz və altı qalereya inşa edilmişdir. Yeni inşa edilmiş iki mərtəbəli inzibati binanın sahəsi 804 kvadrat metrdir. Məscid kompleksi ərazisində 250 nəfər üçün nəzərdə tutulmuş 520 kvadrat metr ərazisi olan Mərasim zalı və mətbəx də fəaliyyət göstərir. Kompleksə həmçinin zəngin invertara malik kitabxana da daxildir.
17 may 2013-cü ildə əsaslı bərpadan sonra Şamaxı cümə məscidinin açılışı baş tutmuşdur. Açılış mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, bütün Qafqazın müftisi, müsəlman ölkələrinin Azərbaycandakı səfirləri və Azərbaycandakı digər dinlərin nümayəndələri iştirak etmişlər.Президент Ильхам Алиев: Азербайджан, как независимое государство, вносит свой вклад в исламскую солидарность. Trend.az, 18.05.2013
Bibiheybət məscidi, Aleksandr Nevski kafedralı və Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi right|thumb|240px|1936-cı ildə məscidin dağıdılması 1920-ci ildə Azərbaycanda sovet rejimi qurulduqdan sonra bolşeviklərin dinə qarşı mübarizəsi başladı. Mömin müsəlmanlar üçün böyük əhəmiyyət kəsb edən Bibiheybət məscidi Bakıdakı provoslav Aleksandr Nevski kafedralı və polyak katolik kilsəsi — Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi ilə birlikdə yeni hökumətin hədəfi oldu.
1935-ci ilin sentyabrında Az. Mərkəzi İcra Komitəsi və Bakı Sovetinin Rəyasət Heyəti "zəhmətkeşlərin şikayətlərinə əsaslanaraq" qətnamə qəbul edib məscidlərdəki dini mərasimləri qadağan etdi: "Удовлетворить ходатайство 300 рабочих нефтепромысла им. Сталина о закрытии в сел. Шихово молитвенного дома "Биби"." 1936-cı ildə məscid dağıdıldı. Kompleksin bir çox tikililəri birinci partlayışdan sonra dağıldı, minarə yalnız üçüncü partlayışdan sonra dağıldı.Ризван Байрамов, архитектор. Утерянная реликвия. Архитектурный комплекс "Биби-Эйбат". irs-az.com (2007).. Məscidin dağıdılmasından sonra ele eyni ildə Moskvada tarixi əhəmiyyəti olan memarlıq abidələrinin saxlanmasına qərar verildi. Məscidin dağıdılmasına görə sədr Azkomstarisa Salamov 20 il üçün Sibirə sürgün edildi. Daha sonra məscidin yerində şose tikildiВ Баку закончилась реконструкция средневековой мечети Биби-Эйбат. (недоступная ссылка — история). Межгосударственная телерадиокомпания "Мир" (23.07.2008).. 1998-ci ildə Heydər Əliyevin sərəncamına uyğun olaraq Bibiyeybətdə yeni binanın bərpa edilməsi işi başlandı. 12 iyul 1998-ci il tarixində Bibiheybət məscidinin açılış mərasimi keçirildi.
1931-ci ildə sovet hökuməti Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsini sökdü. Həmin il kilsə partlayıcı maddə vasitəsi ilə məhv edildi. Hazırda kilsənin yerində Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 189 və 190 saylı Orta Ümumtəhsil məktəbləri yerləşir. 2006-cı ildə eyni adı daşıyan yeni kilsə Bakının digər bir yerində tikilmişdir. 29 aprel 2007-ci ildə yeni kilsə nunsi tərəfindən təqdis edilib.
1936-ci ildə Stalinist hökumət Aleksandr Nevski kilsəsini sökmək qərarına gəldi. Həmin il kilsə partlayıcı maddə vasitəsi ilə məhv edildi. Hazırda kilsənin yerində Bülbül adına Orta İxtisas Musiqi məktəbi, 189 və 190 saylı Orta Ümumtəhsil məktəbləri yerləşir.
Ermənilərin Dağlıq Qarabağda dağıtdığı abidələr Ermənilərin Qarabağda dağıtdığı abidələr arasında taleyi bilinənlər aşağıdakılardır: Qarabağ xan sarayı. Şuşanın işğalından sonra saray dağıdılaraq xarabalığa çevrilmişdir. Xan qızı Natəvanın sarayı. Şuşanın işğalından sonra mülk dağıdılaraq xaraba halına salınmışdır. Hazırda mülkün qalıqları qalıb. Hacı Quluların mülkü. Şuşanın işğalından sonra Hacı Quluların mülkü top atəşinə tutularaq divarları dağıdılmışdır. Yuxarı Gövhər ağa məscidi. Qarabağ müharibəsi zamanı Şuşanın işğalından sonra məscid qismən dağıdılmış, interyerləri demək olar ki, məhv edilmiş, minarələrinin dekoru zədələnmiş və çadırvari örtükləri dağıdılmışdır. 2017-ci ildə Qondarma Dağlıq Qarabağ Respublikasının İranın "Part Saman jahan Co." memarlıq şirkəti ilə məsciddə bərpa işləri aparacağı haqqında məlumat yayılmışdır. Aşağı Gövhər ağa məscidi. 2005–2007-ci illərdə məscid yarı dağılmış vəziyyətdə idi. Saatlı məscidi. Şuşanın işğalından sonra məscid xarabalığa çevirilmiş, onun zəngin interyerləri tamamilə, minarəsi isə qismən dağıdılmışdır. Cümə məscidi (Ağdam). Bu məscid ermənilər tərəfindən dağıdılmışdır. Fotoqraf Andrey Qalafeyev 2007-ci ildə Ağdamın Cümə məscidini "mal-qara peyini ilə çirklənmiş" şəkildə təsvir edir. Vaqif türbəsi. Şuşanın işğalından sonra məqbərəyə zərər dəymiş, və o hal hazırda bərbad vəziyyətdədir. Bülbülün ev-muzeyi (Şuşa). Şuşanın işğalından sonra Azərbaycan opera müğənnisi Bülbülün ev-muzeyinə ziyan dəymişdir.AZE.az — Последние новости Азербайджана, Кавказа, СНГ, мировые новостиПолад Бюльбюльоглу посетил дом своего отца в Шуше . Day.az Çörək muzeyi (Ağdam). Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin hücumları nəticəsində muzeyə iki dəfə mərmi düşmüşdü. Birinci mərmi üçüncü sərgi zalına düşsə də, partlamamışdı. İkinci mərmi isə 1992-ci ilin avqust ayının 12-də, saat 16:40 radələrində Əsgəran rayonunun Xanabad və Naxçıvanik kəndi istiqamətindən atılan zaman muzeyə düşərək, muzeyi tamamilə məhv etmişdir. Yanğını söndürməyə cəhd göstərilsə də, muzeyi xilas etmək olmadı. Bunun nəticəsində muzeydə olan 1500-dək eksponat tavan taxta materialından hazırlandığından tez alışmış və bir saat ərzində muzey külə dönmüş, dəyirmanın yalnız divarları qalmışdı.
Cuğa nekropolu
Culfa rayonunda Azərbaycan hökuməti tərəfindən erməni xaçkarlarının məhv edilməsi haqqında ilk dəfə olaraq Ermənistan 1998-ci ildə səsləndirmişdir.Bundan bir neçə il əvvəl isə Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsindəki etnik erməni vətəndaşları Azərbaycana qarşı qaldıraraq öz azadlıqları uğrunda müharibəyə səsləmiş və nəticədə Qarabağ müharibəsi baş vermişdi. Müharibə 1994-cü ildə Ermənistan və Azərbaycan arasında atəşkəs əldə edilməsi ilə dayandırılmışdı. Qarabağ müharibəsi nəticəsində Azərbaycan ərazisinin iyirmi faizini itirmiş, Qarabağdakı ermənilər tanınmamış Dağlıq Qarabağ Respublikası qurmuş, Qarabağın türk kökənli sakinləri isə qaçqın vəziyyətinə düşmüşdür. Amerika Arxeologiya İnstitutundan Sara Pikman qeyd edir ki, "Qarabağın itirilməsi azərbaycanlıların Naxçıvandakı erməni abidələrini məhv etmək istəmələrində böyük rol oynamışdır."Pickman, Sarah. "Tragedy on the Araxes ." Archaeology. June 30, 2006. Retrieved April 16, 2007
1998-ci ildə Azərbaycan Ermənistanın Culfada erməni xaçkarlarının məhv edilməsi ilə bağlı iddiasını rədd etmişdir. Bundan sonra Erməni Memarlığı Cəmiyyətinin İrandan olan üzvü Arpiayr Petrosyan qəbiristanlığın buldozerlərlə məhv edildiyini göstərən video kadrları yayımlamışdır.
Bundan sonra İran hökuməti Naxçıvan Muxtar Respublikası rəhbərliyi ilə birgə abidələrin məhvini pisləyən bəyannamə yaymışdır. Naxçıvan Muxtar Respublikasının Bakıdakı nümayəndəsi Həsən Zeynalov, Culfada erməni xaçkarlarının məhv edilməsi iddiasını "ermənilərin növbəti çirkli yalanı" adlandırmışdır. Azərbaycan hökuməti ona qarşı yönəldilən iddialara birbaşa cavab verməsə də, "Azərbaycanlıların ruhunda vandalizmin olmaması"nı qeyd etmişdir."Azeris dismiss Iran's concern over Armenian monuments in Nakhchivan ." BBC News in BBC Monitoring Central Asia. December 11, 1998. Retrieved April 16, 2007 Ermənistan tərəfinin ciddi reaksiya verməsi və Ermənistan Mədəniyyət Naziri Qagik Gurdiciyanın Azərbaycanın erməni abidələrini məhv etməsinin qarşısını almaq üçün beynəlxalq aləmə müraciət etməsindən sonra Azərbaycanın bu fəaliyyətini bir müddət dayandırdığı iddia edilir.
Erməni arxeoloq qeyd edir ki, 1987-ci ildə onların Naxçıvana ilk səfəri zamanı bölgədə "27,000 monastır, kilsə, xaçkar və sənduqə" tipli abidə olmuşdur. 1998-ci ildə isə xaçkarların saynın 2,700-ə düşdüyü bildirilir."Armenian intellectuals blast 'barbaric' destruction of Nakhchivan monuments ." BBC News in BBC Monitoring Central Asia. February 13, 2003. Retrieved April 16, 2007
2003-cü ildə ermənilər Azərbaycanın yenidən Naxçıvandakı erməni abidələrini məhv etməyə başlaması haqqında iddia ortaya atdılar. 4 dekabr, 2002-ci ildə erməni arxeoloq və tarixçilər görüşərək müzakirələr aparmış, nəticədə bir müraciət qəbul edərək bunu bütün beynəlxalq təşkilatlara və onların rəhbərliklərinə çatdırmışdılar.