Oktyabr — Qriqorian təqvimi ilə ilin onuncu ayıdır. 31 gündən ibarətdir.
Qədim Roma təqvimində ilin səkkizinci ayı olmuş (latın dilində "səkkiz" mənasını verən octo sözündən), lakin təqvimə yanvar və fevral ayları əlavə edildikdən sonra da öz adını saxlamışdır. Qədim Romada təqvim ili mart ayında (müharibə allahı Marsın şərəfinə) başlayırdı.
Oktyabr ayı Şimal yarımkürəsində payız, cənub yarımkürəsində isə yaz fəslinə təsadüf edir. Burada o, şimaldakı aprel ayının ekvivalentidir və əksinə.
Qısa illərdə oktyabr və yanvar ayları həftənin eyni günündə başlayır. Uzun illərdə isə bu cür üst–üstə düşmə halı ümumiyyətlə olmur.
Əlamətdar hadisələr
Uşaq kitabları həftəsi (İngiltərə) – oktyabrın ilk həftəsi Beynəlxalq Təbəssüm Günü – oktyabrın birinci cümə günü Çin Xalq Respublikasının Milli günü – 1 oktyabr Kipr Respublikasının müstəqillik günü – 1 oktyabr Nigeriyanın müstəqillik günü – 1 oktyabr Beynəlxalq qeyri–zorakılıq günü – 2 oktyabr Alman Birliyi Günü (Almaniya) – 3 oktyabr Portuqaliya Respublikasının elan olunması – 5 oktyabr Beynəlxalq Müəllimlər Günü – 5 oktyabr Xorvatiyanın müstəqillik günü – 8 oktyabr İspaniyanın Milli günü – 12 oktyabr (Amerikanın kəşfi) Şükranlıq bayramı (Kanada) – oktyabrın ikinci bazar ertəsi Kolumb Günü (ABŞ–ın əksər ştatları) – oktyabrın ikinci bazar ertəsi Sağlamlıq və İdman Günü (Yaponiya) – oktyabrın ikinci çərşənbə axşamı Ümumdünya Ərzaq Günü – 16 oktyabr 1956–cı il Macarıstan İnqilabının Xatirə günü – 23 oktyabr Birləşmiş Millətlər Günü – 24 oktyabr Türkmənistanda Müstəqillik Günü – 27 oktyabr Yunanıstanda Oçi Günü (Yox Günü) – 28 oktyabr Türkiyədə Cümhuriyyət Bayramı – 29 oktyabr Hellovin, Samayn (Samhain) – 31 oktyabr Azərbaycanda Müstəqillik günü – 18 oktyabr
Doğumlar 20 oktyabr – Şövkət Ələkbərova, Azərbaycanın xalq artisti, müğənni. 10 oktyabr Nilufər Əsgərova 8 oktyabr-Abdulov Ceyh
İstinadlar