Ukrayna müstəqillik abidəsi () — Ukraynanın müstəqilliyinə həsr olunan abidə. Abidə Kiyevin mərkəzində, müstəqillik meydanında yerləşir.

Tarixi Abidə 2001-ci ildə Ukrayna müstəqilliyinin 10-cu ildönümü şərəfinə Kiyevdəki müstəqillik meydanının kompozisiya mərkəzində ucaldılıb.

Memarlıq xüsusiyyətləri Abidəni stilistik baxımdan ukrayna barokkosu ilə ampir üslubunun qarışığına aid edirlər. Abidə özündə 52 metr hündürlüyə malik sütun üzərində ukrayna milli geyimində əlində başınağacı budağı tutmuş bürüncdən hazırlanan qız fiqurunu ehtiva edir. Abidənin ümumi hündürlüyü 62 metrdir.

Layihənin müəllifləri — heykəltaraş A. V. Kuş, memarlar, S. V. Babuşkin, A. V. Komarovski, R. İ. Kuxarenko, O. K. Stukalov. Heykəltəraş Anatoli Kuş qız fiqurunun yaradılması üçün model qismində öz qızından istifadə edib.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2001-ci ildə yarananlar Kateqoriya:Kiyevin görməli yerləri Kateqoriya:Kiyev abidələri Kateqoriya:Kiyev tarixi Kateqoriya:Zəfər abidələri