Star Wars Jedi: Fallen Order () — "Respawn Entertainment" tərəfindən hazırlanan, "Electronic Arts" tərəfindən nəşr olunan və döyüş-macəra janrında olan anons edilmiş videooyun. Videooyun ilk dəfə 4 may 2016-cı il tarixində anons edilmişdir. 2018-ci ildə keçirilmiş "Electronic Entertainment Expo" tədbirində açıqlanan videooyunun əsas süjeti "Ulduz müharibələri" kainatında, 66-cı əmrin qüvvəyə minməsindən az sonra, yəni "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filmindən sonra cərəyan edir. Videooyun barədə daha ətraflı məlumatlar 13 aprel 2019-cu il tarixində keçirilmiş "Star Wars Celebration" tədbirində açıqlanmışdır. Oyun 15 noyabr 2019-cu il tarixində Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün satışa çıxarılacaq.

Məzmun Qurma Oyunun əsas süjeti "Ulduz müharibələri. Epizod III: Sithin qisası" filminin sonunca gerçəkləşmiş 66-cı əmrin qüvvəyə minməsindən sonra, Ceday ordeninin üzvlərinin təmizlənməsindən sonra baş verənləri əhatə edir. Oyunçu padavan Kal Kestis (; Kameron Monaqan tərəfindən canlandırılıb) – sağ qalmış son cedaylardan birini idarə edir.

Geympley "Star Wars Jedi: Fallen Order" birnəfərli rejimdə üçüncü şəxs perspektivindən oynanılan döyüş-macəra videooyunudur.

İstehsal Stiq Asmussen 2014-cü ildə "Respawn Entertainment" heyətinə studiyanın oyun rejissoru olaraq qoşulmuş və studiyanın ikinci istehsal komandasına rəhbərlik etməyə başlamışdır. 2018-ci ilin may ayında bu layihənin üçüncü şəxs perspektivindən oynanılan və süjeti "Ulduz müharibələri" kainatında cərəyan edən bir döyüş-macəra videooyunu olacağı açıqlanmışdır. "Mafia III" videooyununun ssenaristi Aaron Kontreras oyunun ssenari komandasına rəhbərlik edirdi. Bu komandada Kris Avellon və digər dörd ssenarist var idi. Studiya yeni personajlar və məkanlar yaratmaq üçün "Lucasfilm" ilə əməkdaşlıq etmişdir.

"Respawn Entertainment" oyunu "Unreal Engine 4" videooyun mühərriki ilə yaratmışdır.

Marketinq və buraxılış

"Electronic Arts" şirkəti oyunu 2018-ci ildə keçirilən "Electronic Entertainment Expo" tədbirində anons etmişdir. Oyunun Microsoft Windows, PlayStation 4 və Xbox One platformaları üçün "Ulduz müharibələri: Skayuolkerin yüksəlişi" filminin premyerası ilə eyni tarixdə – 15 noyabr 2019-cu il tarixində satışa çıxarılacağı açıqlanmışdır.

İstinadlar

Xarici keçidlər Məlumat

Star Wars Jedi: Fallen Order — "Vukipediya" saytında.

Kateqoriya:2019-cu ilin videooyunları Kateqoriya:Electronic Arts oyunları Kateqoriya:Respawn Entertainment oyunları Kateqoriya:Döyüş-macəra videooyunları Kateqoriya:ABŞ videooyunları Kateqoriya:Ulduz müharibələri Kateqoriya:Ulduz müharibələri videooyunları Kateqoriya:Elmi fantastika videooyunları Kateqoriya:Xbox One videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation 5 videooyunları Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:Stadia videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Xbox Series X və Series S videooyunları Kateqoriya:PlayStation 4 Pro enhanced videooyunları