() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Çində və Koreyada yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 25 m-ə, gövdəsinin diametri 70 sm-ə çatan, kənarları aşağıya doğru əyilmiş, sıx çətirli ağacdır. Gövdəsi boz qabıqla örtülmüş və iki qatlıdır: üst qatı məxməri, alt qatı sarıdır. Yarpaqları lələkvaridir, 5–13 xırda yarpaqcıqdan ibarətdir, uzunluğu 25–35 sm-dir. Yarpaqcıqların kənarı tam və ya bir qədər dalğavari dişlidir, ucu sivridir. Üstdən nöqtəşəkilli, açıq-yaşıldır, lətli vəzilərlə örtülüdür. İyun-iyul aylarında çiçəkləyir. Çiçəkləri bircinslidir, sarımtıl-yaşıl rəngdədir, budaqlarının uclarında süpürgəşəkilli çiçək qrupunda toplaşmışdır. Meyvələri diametri 1 sm-ə çatan, şarşəkilli yaxud armud formalı, lətli, parlaq-qaradır, beş toxumludur. Sentyabr-oktyabr aylarında yetişir. 300 ilə qədər yaşayır. Tez böyüyən bitkidir.

Ekologiyası Soyuğa və kölgəyə davamlıdır.

Azərbaycanda yayılması Gəncədə, Hacıkənd meşəliyində və Bakı Nəbatət bağında becərilir.

İstifadəsi Qabığında və meyvəsinin lətli hissəsində berberadin alkoloidi vardır. Amur məxmərağacının gövdəsinin mantar qatından sənayedə istifadə edilir. Möhkəm oduncağından mebel düzəldilir.

Sinonimləri Heterotipik sinonimləri

İstinadlar

Mənbə Azərbaycan dendroflorası. V cild. Bakı: Elm, 2019, 370 səh.

Həmçinin bax

Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Dərman bitkiləri Kateqoriya:Avrasiya florası Kateqoriya:Asiya florası Kateqoriya:Bitki yağları Kateqoriya:30–34 ID olan Taksonbar Kateqoriya:Yeməli vəhşi bitkilər