Qnarovskaya Valeriya Osipovna () — sovet əsgəri, sanitar təlimatçı, Sovet İttifaqı Qəhrəmanı (ölümündən sonra)
1942-ci ilin yazında 229-cu atıcı diviziyanın tərkibinə qatılıb və 1942-ci ilin iyul ayında Stalinqrad cəbhəsində vuruşub.
23 sentyabr 1943-cü ildə İvanenki kəndi yaxınlığında, 907-ci atıcı alay, 244-cü atıcı diviziyanın sanitar təlimatçısı, əsgər Qnarovskaya, yaralı əsgərləri döyüş ərazisində çıxarıb, sarğı stansiyasına (və ya tibb məntəqəsinə) aparan zaman, tibb məntəqəsinin önünə iki alman tankının keçdiyini görür. Yaralıları qurtarmaq üçün, 19 yaşlı Valeriya Qnarovskaya, bir neçə əl bombası ilə birgə özünü tankaların birinin altına ataraq tankı partladır. İkinci tankı isə Valeriya Qnarovskayanın xilas etdiyi sovet əsgərləri vurur. 19 yaşlı əsgər Valeriya Qnarovskaya bu hadisəylə qəhrəmancasına şəhid olur.
Bioqrafiyası
Uşaqlıq illəri 18 oktyabr 1923-cü ildə, Lujskiy qəzasının, Modolitsı kəndində doğulub. Atası Osip Qnarovskiy Yandeb kəndinin poçt müdiri çalışıb. Anası Yevdokiya Mixayilovna isə, evdar qadın olub.
1924-cü ildə Qnarovskilər ailəsi Yandeb kənd sovetliyinə köçüb və Valeriya burada ibtidai məktəbi bitirib. İbtidai məktəbi bitirdikdən sonra, Podporojie şəhərində Puşkin adına orta məktəbə qəbul olunub. 1941-ci ildə Valeriya 10-cu sinfi bitirdikdən sonra Dağ-Mədənçilik instituna daxil olmağı planlaşdırır. Lakin müharibə onun bu planlarını alt-üst edir. Müharibə başladıqdan sonra ailə (anası Yevdokiya Mixayilovna, 75 yaşlı nənəsi və kiçik bacısı) Omsk vilayətinin, Berdyuzhskiy rayonuna evakuasiya olunub.
İstinadlar
Kateqoriya:Sovet İttifaqı Qəhrəmanları Kateqoriya:Böyük Vətən müharibəsində həlak olanlar