() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Vətəni Şimali Amerikadır. Cənubi Avropada və Yaxın Şərqdə mədəni əkin şəraitində becərilir.

Botaniki xarakteristikası Hündürlüyü 15–18 m-ə çatan, enli, yumru və möhkəm çətirli ağacdır. Yarpaqları üzbəüzdür, 5–7 ədəddir, ucu biz, uzunluğu 8–14 sm-dir. Yarpaqlarının rəngi qırmızıdır, yayda yaşıl, payızda isə sarı rəng alır. Maydan iyuna qədər çiçəkləyir. Açıq sarı rəngli çiçəkləri süpürgə çiçək qrupuna yığılmışdır. Meyvələri uzunluğu 3 sm-dən 5 sm-ə qədər olan qanadcıqlardır. Tоxumlarla, kök zoğları ilə çoхalır.

Ekologiyası Soyuğa davamlı, işıqsevən, quru, məhsuldar torpaqlarda yaxşı bitən, yarımkölgəyə dözən bitkidir. Əhəngli, turşulu torpaqlarda yaxşı inkişaf edir.

Azərbaycanda yayılması Respublikanın bir çox rayonlarında təbii və mədəni şəraitdə rast gəlinir.

İstifadəsi Gözəl dekorativ bitkidir, şose ətrafı ərazilərin yaşıllaşdırılmasında geniş istifadəsi məqsədyönlüdür.

Sinonimləri Homotipik sinonimləri

Heterotipik sinonimləri

İstinadlar

Həmçinin bax

Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış taksonlar Kateqoriya:1753-cü ildə təsvir edilən bitkilər Kateqoriya:Dekorativ ağaclar Kateqoriya:Şimali Amerika florası Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:35–39 ID olan Taksonbar Kateqoriya:Karl Linney tərəfindən adlandırılmış botanika taksonları