Stalinin qaranlıq keçmişi — qısametrajlı sənədli film.

Məzmun Ekran əsərində qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanınan Stalinin ömür yoluna, xüsusilə də Bakıdakı fəaliyyətinə xüsusi yer ayrılmışdır. Tarix Stalini qəddar, kapitalizmin ən böyük düşməni, minlərlə insanın ölümünün baiskarı kimi tanıyır. İosif Vissorionoviç Cuqaşvilinin (Stalin) anası onu din xadimi kimi görmək istəyirmiş. Lakin tale elə gətirib ki, Stalin din xadimi yox, böyük imperiyanın ən böyük diktatoru olub. O dövrdə Stalin deyirmiş ki, onun həyat məktəbi Bakı olub. O, Azərbaycan dilində də danışa bilirmiş. O, Bakı qoçularının ətrafında birləşərək neftxudalardan böyük miqdarda pullar toplayıb. Stalin Bakıda 7 dəfə çar ordusu tərəfindən həbs edilsə də, o, Bakı qoçularının köməyi ilə Bayıl türməsindən qaça bilib. Buna baxmayaraq 28 aprel 1920-ci ildə — Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra "Koba" ləqəbli Stalini şəxsən tanıyan 200-dən çox Bakı qoçusu bir-bir güllələnmişdir.

Filmin üzərində işləyənlər Ssenari müəllifi: Cəlaləddin Qasımov Quruluşçu rejissor: Cəlaləddin Qasımov Baş prodüser: Cəlaləddin Qasımov Redaktor: Əkbər Qoşalı Mətni səsləndirən: Eldost Bayram

Mükafatlar "Stalinin qaranlıq keçmişi" sənədli filmi təqdim olunduğu 6 beynəlxalq festivaldan 4-nün müsabiqə proqramına daxil edilmişdir"Stalinin qaranlıq keçmişi" filmi 4 festivalın müsabiqə proqramına daxil edilib. "Stalinin qaranlıq keçmişi" filminin seçildiyi festivallar aşaağıdakılardır. İl Mükafatın adı Ölkə Nəticə8 aprel 2019INTERNATIONAL SHORTSFILM FESTIVALSeçilmiş8 aprel 2019The Lift-Off SessionsSeçilmiş11 aprel 2019First-Time Filmmaker SessionsSeçilmiş11 may 2019Cefalù film festival 2019Seçilmiş1 iyun 2019Under The Stars International Film FestivalSeçilmiş10 sentyabr 2019International Moving Film FestivalYarı Finalçı10 sentyabr 2019LIFFT INDIA FILMOTSAV — World Cine FestYarı Finalçı10 sentyabr 20192019 Cutting Edge Film FestivalSeçilmiş1 oktyabr 2019DIRECTORS CUT INT'L FILM FESTIVALYarı Finalçı10 noyabr 2019FestiflixSeçilmiş10 noyabr 2019Directors Circle Festival of Shorts PensilvaniyaSeçilmiş24 noyabr 2019FIORENZO SERRA FILM FESTIVALSeçilmiş12 dekabr 2019Inshort Film Festival 2019Seçilmiş1 yanvar 2020The BeBop Channel Content FestivalSeçilmiş

İstinadlar

Kateqoriya:2019-cu ilin Azərbaycan filmləri