() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü.

Arealı Avrasiyada geniş yayılmışdır.

Botaniki xarakteristikası Hündürlüyü 1,5–2,5 m-dək olan bitkidir. Yarpaqların uzunluğu 20–50 mm, eni 4–17 mm-dir, lansertvari-ellipsvaridir, ucu bizdir. Çiçəkləri tək və ya 2–6-dək qrup şəklində uzunluğu 5–7 mm olan çiçək saplağında əmələ gəlir. Kasacığı əlvari, ucu küt və ya iti, nazik tükcüklərlə örtülmüşdür. Çiçək tacı açıq bənövşəyidən bənövşəyi rəngədək dəyişir. Çiçək tacının borucuğunun uzunluğu 4–5mm, qıfvaridir. Erkəkcikləri çiçək tacından kənarda yerləşir., bünövrəsində çılpaqdır. Meyvəsi qırmızı, sferik, uzunluğu 5–6-mm olan giləmeyvədir. Toxumları qonur, uzunluğu təxminən 2 mm-dir. Meyvələrin ayaqcığı 24 mm-dir. Toxumları 2-mm uzunluğunda, qonur rəngdədir.

Ekologiyası Rütubət və istisevən, işiğa davamlı bitkidir.

Azərbaycanda yayılması Kiçik Qafqazda, Talışda, Naxçıvanda təbii halda yayılmışdır.

İstifadəsi Dekorativ kol bitkisidir. Yaşıllaşdırmada müxtəlif kompazisyaların qurulmasında rast gəlinir.

Yarımnövləri

İstinadlar

Həmçinin bax