Mustafa Kamal Atatürkün heykəli — 2010-cu ilin 17 may tarixində Türkiyə Cümhuriyyətinin banisi, Türkiyə İstiqlaliyyət Müharibəsindəki Türk Milli Hərəkatının öndəri Mustafa Kamal Atatürkün Bakıda qoyulmuş heykəli.

Haqqında 2010-cu il Mayın 17-də Bakının Nəsimi rayonunda, Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında, Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki parkda, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün abidəsi açılmışdır. Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva, Türkiyənin o dövrdə Baş naziri olan Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğan iştirak etmişlər. Azərbaycanın və Türkiyənin dövlət bayraqları ilə bəzədilmiş parkda açılış münasibətilə fəxri qarovul dəstəsi düzülmüşdür. Heykəlin müəllifi Azərbaycan Respublikasının xalq rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının rektoru Ömər Eldarovdur.

Həmçinin bax Məhəmməd Füzuli heykəli (Bakı) Hüseyn Cavidin heykəli (Bakı)

İstinadlar

Kateqoriya:Bakıdakı heykəllər Kateqoriya:Ömər Eldarovun heykəlləri Kateqoriya:Mustafa Kamal Atatürk abidə və memorialları Kateqoriya:2010-cu ilin heykəlləri