thumb|300px|Mari Kuqu-Yumo və qardaşı Yyn (Keremet) drakes formasında dünya okeanının sularında sülh yaradırlar

Kosmoqonik miflər ; "dünya", "kainat" + "doğum"dan — dünyanın mənşəyi və onun hissələri, onun yaradılması, kosmosun xaosdan çıxması haqqında miflər. Əksər mifologiyaların əsas ilkin süjeti. Miflərin əsas kateqoriyası. Mənşə mifinin bir növü. Kosmoloji anlayışlarla ayrılmaz şəkildə bağlıdır.

Onlar xaosun (boşluğun), kainatda nizamın olmamasının və ilkin elementlərin qarşılıqlı təsirinin təsviri ilə başlayır. Xaosun və ya xaosun özünün bir təcəssümü çox vaxt dünya okeanı, ilkin sulardır. Bir çox qədim kosmoqonik miflərdə okean və xaos ekvivalent və ayrılmazdır. Dünyanın yaranması, yaradılması mifoloji zamanda, empirik (tarixi) "kafir" zamandan əvvəlki xüsusi ilkin müqəddəs dövrdə baş verir.. Ondan ayrılmış, lakin ritual vasitəsilə təsirlənmiş və xüsusi bir yerdə - dünyanın mərkəzində kosmoqonik miflər vasitəsilə təkrarlanmışdır .

Türkdilli xalqların yaşadığı ərazilərdə, o cümlədən Azərbaycanda qeydə alınan mifoloji toponimlərin böyük bir hissəsi kosmoqonik miflərlə əlaqədar olaraq yaranmışdır.

Haqqında «Bu miflərin əksəriyyəti öz xarakterinə görə arxaik və etimoloji miflərə nisbətən daha çox mərasimi olub kosmosun, xüsusilə onun bir sistemdə birləşən hissələrinin mənşəyi haqqında məlumat verir. Bu mifoloji sistemdə kainatın, dünyanın yaranmasının təsviri və şərhi ön planda durur» Şükürov A.M. Mifologiya. 1-ci kitab, Bakı, 1997, 188 s..

Mifoloji etnotoponimlərlə etnonimlər müəyyən dərəcədə əlaqədar olduğundan onlar dil tarixi ilə bağlı qiymətli bir mənbə kimi xalqın mifik təfəkkürünü və həmin miflərdə rüşeym şəklində yatan fəlsəfi-sosial düşüncə tərzini özündə yaşadan sübut və fakt kimi dəyərlidir.

Türklərin – azərbaycanlıların Şərqin, eyni zamanda da Qafqazın qədim, sivilizasiyalı, özünəməxsus mədəni və qrammatik cəhətdən cilalanmış dilə malik bir xalqın qədimliyini inkar edənlərə, onları gəlmə hesab edənlərə qarşı qoyulacaq ən tutarlı, təkzib edilməz faktlardandır.

Mifoloji toponimlər. Mifoloji toponimlərin etimologiyasını araşdırdıqca məlum olur ki, misirlilərin, şumerlərin, hindlilərin, yunanların və digər qədim xalqların mifik dünyagörüşünün aparıcı olduğu dövrdə - ibtidai icma dövründə keçdiyi bütün mərhələləri qədim türklər – azərbaycanlılar da keçmişlər. Bunu miflərin strukturu və sistemliliyi və mifoloji obrazların – varlıqların onomastik vahidlərdə inikası da sübut edir. Bir məsələni də qeyd etmək lazımdır ki, türk xalqlarının mifik düşüncə tərzi, yəni mif süjetləri mərasimlərdə, nağıl və dastanlarda, deyimlərdə və digər şifahi xalq ədəbiyyatı janrlarında bir sistem kimi dövrümüzə qədər gəlib çatmışdır. Mifoloji toponimlər də xalqımızın mifik dünyagörüşünü ən kamil və etibarlı şəkildə mühafizə edib, əsrdən-əsrə ötürən mənbələrdəndir. Mifologiya yunanca «mifos» və «loqos» sözlərindən əmələ gəlmişdir, mənası, «rəvayət», «əfsanə», «nağıl», «dastan», «söz», «anlayış» kimi başa düşülür. Mifologiya ictimai inkişafın ilkin mərhələləri üçün səciyyəvi olan dünyanı anlama üsulu, ictimai şüurun ilkin formasıdır. Elə bir xalq yoxdur ki, onun özünəməxsus mifologiyası olmasın. Lakin dünyada türk xalqları kimi elə xalq kökə söykənən əsas tiplər, əfsanələr, nağıl və dastanlara onlarda da rast gələ bilərik. İlk vaxtlarda – insan sürüsünün çox inkişaf etmədiyi dövrdə mifologiya ibtidai cəmiyyətin mənəvi həyatında mühüm yer tuturdu. Həmin cəmiyyətlərdə mifologiya ictimai şüurun universal forma: kimi çıxış edirdi. Qədim yunanlar allahlar və qəhrəmanlar haqqında yaranan əsərləri mifologiya adlandırırdılar Vəliyev V. Azərbaycan folkloru. Bakı, 1985, 414 s. A.F.Losev mifologiya haqqında danışarkən yazır: «mifologiya ideal varlıq deyil, maddi reallıqdır, hiss edilən, yaradılan gerçəklikdir» Xalıqov F.R. Folklor onomastikası. II hissə. Bakı, 2000, 132 s..

İ.Zeynalov mifoloji təfəkkürün formalarından bəhs edərkən onu dünyanın və bütünlükdə ətraf aləmin mənəvi mənimsənilməsində - dərk olunmasında xüsusi üsul adlandırır Əhmədov T.M. Azərbaycan toponimiyasının əsasları, Bakı, 302 s.

Mif bəşəriyyətin mənəvi mədəniyyətinin ilkin forması olaraq xalq fantaziyası kimi bədii şəkildə işlənmiş ictimai formaları və təbiəti təmsil edir. Spesifik mifoloji məntiqin başlıca şərtləri birinci o idi ki, ibtidai insan özünü ətraf, təbii və sosial mühitdən ayırmırdı, ikincisi, təfəkkür bölünməzlik və qarşılıqlı cəhətlərini saxlayırdı və hərəkət sahələrində emosional affektdən demək olar ki, ayrılmaz idi. Bunun nəticəsidir ki, bütün miflərdə obrazların sadəlövhcəsinə insaniləşməsi, ümumi şəxsləndirmə, təbii, sosial və mədəni obyektlərin «metaforik» müqayisəli qarşılaşdırılması olmuşdur. Kosmosun qüvvə, xassə və fraqmentlərinin insanlaşdırılmış konkret hissi obrazlar kimi ifadəsi maraqlı mifoloji fantastikanı doğurur. Müəyyən qüvvə və qabiliyyətlər plastik olaraq çoxəllilik, çoxgözlülük və s. kimi ifadə oluna bilərdi, zahiri simanın qəribə şəkildə transformasiyası, xəstəlik, müxtəlif qüvvələr kimi, adamyeyənlər, kosmodünya ağacı, yaxud canlı nəhəng kimi, qəbilə, tayfa əcdadları ilkin varlıqlar – zoomorf və antromorf təbiət qüvvələri formasında ifadə olunurdu. Bu isə sosial qrupların heyvan növləri ilə eyniliyi və qohumluğu haqqında totemik baxışları ifadə edirdi Əliyev R.M. Azərbaycan nağıllarında mifik görüşlər. Bakı, 1992, 116 s.. «Kitabi-Dədə Qorqud» dastanında «Basatın Təpəgözü öldürdüyü» boyda Təpəgöz, pərilər və s. məhz mifoloji obrazlardır.

Özü də maraqlıdır ki, qədim sivilizasiyaya malik olan xalqların hamısının mifləri biri-birinə çox oxşayır, yaxınlıq təşkil edir. Elə bu uyğunluğu nəzərə alaraq tədqiqatçıların əksəriyyəti dünya xalqlarının miflərini əsasən aşağıdakı kateqoriyalara bölürlər: Etimoloji miflər, kosmoqonik miflər, antromorfik miflər, totemik miflər, qəhrəmanlıq mifləri və s.Özəl B. Türk mifologiyası. Bakı, 1997, 628 s.

Türk xalqlarının, eyni zamanda Azərbaycan xalqının mifləri də həmin bölgü əsasında tədqiq olunur və onu da qeyd edək ki, yuxarıda göstərilən bölgü nisbi olsa da, həm elmi, həm də metodoloji cəhətdən düzgündür. Mifologiyanın hər bir kateqoriyası haqqında ətraflı məlumatı növbəti fəsillərdə verəcəyik, ancaq onu da qeyd etmək istəyirik ki, yuxarıda göstərilən mif qruplarının hamısı Azərbaycan-türk xalqının mifoloji dünya görüşündə özünə məxsus şəkildə əksini tapmışdır. Azərbaycan xalqının mifik təfəkküründən, mifoloji obrazlar sistemindən və onun məfkurəvi siqlətindən bəhs edərkən A.Şükürov birinci növbədə Azərbaycan mifologiyasını türk mifologiyası kontekstində götürür və onun dörd inkişaf mərhələsini qeyd edir. Birinci mərhələ kimi müəllif, arxaik-totemistikmərhələni göstərir ki, bu dövr üçün də öküz mifi daha mühüm yer tutur. İkinci mərhələni isə, qurd görüşünün öküz mifizmi ilə çarpaz qoşalaşması kimi xarakterizə edir. A.Şükürov Azərbaycan-türk mifologiyasının üçüncü mərhələsini Zərdüştlüklə, dördüncü mərhələni isə islamla bağlayır Budaqov B.Ə. , Qeybullayev Q.Ə. Ermənistanda Azərbaycan mənşəli toponoimlərin izahlı lüğəti. Bakı, 1998, 452 s..

Mifoloji dünyagörüş elə bir xarakterə malikdir ki, xalqın bütövlükdə söz sənətinin, ruhi-mənəvi aləminin, eyni zamanda qədimliyinin müəyyən olunmasında mühüm əhəmiyyət kəsb edir. Təkcə onu qeyd etmək lazımdır ki, xalqımızın uzun əsirlik ədəbiyyatı-mənəvi sərvəti mifologiyanın üzərində yüksəlib, ondan qidalanıb və qidalanır. Ancaq indiyə qədər mifologiyamız linqvistik aspektdə demək olar ki, elmi şəkildə ətraflı tədqiqata cəlb olunmamışdır. Bu sahədə M.Seyidov, Y.Məmmədov, M.Çobanov, F.Cəlilov, F.Xalıqov və digər tədqiqatçılar müəyyən araşdırmalar aparsalar da, Azərbaycan mifologiyası linqvistik cəhətdən sistemli tədqiq olunmamışdır. «Mifoloji dünyagörüşün linqvistik cəhətdən öyrənilməsi qədim dünyagörüş və təfəkkürlə bağlı saysız-hesabsız leksik vahidlərin üzə çıxarılmasına imkan yaradır. Bu vahidlərin geniş öyrənilməsi Azərbaycan və azərbaycanlılarla bağlı bir sıra mühüm mifoloji anlamların düzgün dərk edilməsində əsas amilə çevrilə bilir Cavadov Ə.M. Qız, quz, qur sözlərinin Oğuz etnonimi ilə heç bir əlaqəsi yoxdur /Azərbaycan onomastikası problemləri/, Bakı, 1993, s. 107-109.

Mifik dünyagörüşlə bağlı onomastik vahidlərin Azərbaycan folklorşünaslığında işləklik dairəsi də diqqəti cəlb edir. Onların ifadə etdikləri ayrı-ayrı mənalar, şifahi xalq ədəbiyyatının müxtəlif janrlarında qeydə alınan variantları bu günə qədər də tədqiq olunmamış, mifoloji təfəkkürümüzün dərindən öyrənilməsində bir vasitə olduğu unudulmamışdır. Belə onomastik göstəricilərin tədqiqi Azərbaycan xalqının etnogenezində yaxından iştirak edən qəbilə və tayfa birliklərinin ictimai-mifik təfəkkürü ilə sıx bağlıdır.

Mifoloji obraz, tanrı adı – toponim-etnonim-toponim istiqamətində keçid təsadüfi xarakter daşımır. Bu qədim türklərin, o cümlədən azərbaycanlıların dünyagörüşü, həyata baxışı, milli xarakteri ilə bağlı hadisədir. Belə ki, qədim türklər tapındıqları, sitayiş etdikləri müqəddəslərə – tanrılara xüsusi qayğı əlaməti olaraq onların adını uşaqlarına vermişlər Məmmədov Y.Q. Dilin onomastik vahidləri və onlara aid sözlər arasında leksik-semantik əlaqəyə dair. /Azərbaycan onomastikası problemləri/, Bakı, 1987, s. 147-149.

Qədim türklərin – Azərbaycanlıların da mifoloji inamlarının mərkəzində dayanan varlıqlara hörmət, ehtiram yuxarıda göstərdiyimiz tərzdə olmuşdur. Deməli, Y.Məm-mədovun irəli sürdüyü konsepsiya bütün hallarda özünü doğruldur. Və Azərbaycan dilində qeydə alınan mifoloji toponimlərin hamısını nəzərdən keçirdikdə məlum olur ki, əslində onlar vaxtilə toponim olmuşlar. Yəni, hal-hazırda dilimizdə mifoloji toponim kimi səciyyələnən adlarımız ən qədim zamanlarda tanrı adı – mifoloji obraz-toponim-etnonim-toponim istiqamətində inkişaf yolu keçmişdir.

Mifoloji toponimlə toponim arasında bərabərlik işarəsi qoymaq olmasa da, əksər nümunələr uyğunluq təşkil edir.

Azərbaycan dilində qeydə olunan mifoloji antropooykonimlər və hidronimlərin mənşəyinə – etimologiyasına nəzər salanda məlum olur ki, onların bir qismi kosmoqonik, bir qismi zoomorfik, digər bir qismi isə müxtəlif mifoloji inamlarla əlaqədar yaranmışdır.

Günəşlə əlaqəli kosmoqonik toponimlər Kosmoqonik miflərin əsas cəhətlərindən biri təbiətlə insanın sıx əlaqədə götürülməsidir. Burada ya insan dünya yaradılan elementdən düzəldilir, ya da kainat ilk insan bədənindən yaradılır. Bu miflərdə xaosun kosmosa çevrilməsi xüsusi ilə aydın şəkildə ifadə olunur. Onlarda bilavasitə kosmosun strukturu haqqında kosmoloji-astral təsəvvürlər əks olunur.

Kosmoqonik miflərin strukturunda əsas yeri günəş və ay tutur. Həmin miflərdə Günəş və Ay mədəni qəhrəmanlar, sevgililər, bacı, qardaş və bəzən də valideyn övlad kimi təqdim olunur. Burada əsas məsələ ondan ibarətdir ki, kosmoqonik miflərdə Günəş və Ay əsasən müqəddəs, fövqəltəbii varlıqlar kimi xarakterizə edilir. Sadə şəkildə desək, onlar bir növ obrazlaşdırılır.

Qədim insanlar Günəşin yaradıcı və Ayın məftunedici xüsusiyyətlərini primitiv də olsa dərk etmişlər və bu dərk etməni müəyyən xarakterdə izah etməyə çalışmışlar. Elə indinin özündə də Günəş türk xalqlarında və Azərbaycan xalqında işıq və istilik mənbəyi kimi həyat verən müqəddəs varlıq hesab olunur. Hətta bəzən xalq arasında kimi isə nəyəsə inandırmaq üçün «o gün haqqı», «o işıq haqqı» və s. ifadələri işlənir. Ay isə xalq arasında zəriflik, incəlik, təmizlik və zülmət gecəni aydınladan bir varlıq-obraz kimi səciyyələndirir. «Aydan arı, sudan duru» ifadəsi də Ayın türk-Azərbaycan xalqında müqəddəsləşdirildiyini bir daha əsaslandırır. Günəşin və Ayın türk xalqlarında kultlaşdırıldığını, müqəddəsləşdirildiyini göstərən digər bir xüsusiyyət isə bu varlıqların şifahi xalq yaradıcılığı ilə yanaşı, həm də yazılı ədəbiyyatımızda bu obrazların geniş işləklik dairəsinə malik olmasıdır. Klassik Azərbaycan ədəbiyyatmı Günəş və Ayın semantikası əsasında yaradılan epitet, metafora və digər məcazlarsız təsəvvür etmək olmaz.