Qəbələ — Azərbaycan Respublikasının Qəbələ rayonunun Qəbələ şəhər inzibati ərazi dairəsində şəhər, Qəbələ rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Qutqaşen rayonunun Qutqaşen şəhəri Qəbələ şəhəri adlandırılmışdır. Bakı ilə arasında məsafə 225 km, əhalisi 13000 nəfərdir. Dəmiraparançayın sağ sahilində yerləşir.

Tarixi

Qəbələ Böyük Plinidə (23–79-cu illər) xatırlanan Kabalaka (Cabalaca)Плиний Ceкyнд, кн.VI, гл.Ю, § 29, BДИ, 1949, т.2, c.297 və Ptolomeydə (70–147-ci illər) adı çəkilən "Alban və Kavsi (Alazan və Samurçay) çayları arasındakı"Птoлeмeй, кн.V, гл.ll, 12. Пepeв. Лaтышeвa, BДИ, 1948, т.2, c.254. Xabala (Chabala) hesab olunur. Onun adı VII əsrdə Musa Kalankatlıda KavalakaMoиceй Kaлaнкaтyйcкий. Пepeв. Дayceттa, c.72, 150, 230 , "Erməni coğrafiyası"nda Kavaqak (Kavalak) və Ostani – MərzpanApмянcкaя гeoфaфия, c.40Гeoфaфия, изд. Cyкpи, c.39 kimi çəkilir. VIII əsrdə Gevond Kaqadan (Qala), Ostani Mərzpanyandan (mərzbanların iqamətgahı) danışır ki,Гeвoнд, c.92. bu da Qəbələyə uyğun gəlir. 300px|right|thumb|7 gözəl şəlaləsi 1959-cu ildən bu günədək möhtəşəm qala divarlarının xarabaları qalan Çuxur Qəbələ kəndinin (Azərbaycan Respublikasının Qəbələ rayonu) həndəvərində aparılan arxeoloji qazıntılar nəticəsində antik dövrə aid qədim Qəbələ şəhər yeri aşkara çıxarılmışdır. Qəbələnin xarabalıqları orta əsrlər şəhər yerindən 2 km cənub-şərqdə, Çuxur Qəbələ kəndinin yaxınlığında, Qafqaz dağlarının ətəklərində, Qaraçay və Covurluçay arasındakı geniş təpədədir. Hər tərəfdən qala divarları və bürclərlə əhatə olunmuş iki böyük hissədən – Səlbir və yerli əhalinin Govurqala adlandırdığı qaladan ibarətdir. Onlardan şərqdə, Covurluçayla Qoçalançay arasındakı geniş düzənlikdə məbəd yeri nekropolu və tikinti qalıqları vardır. Qəbələnin ətrafı meşə və vadilərlə zəngindir. Şəhər onu əhatə edən dağ kəndləri ilə yaxşı müdafiə olunurdu. Ən yaxın keçidlər olan Savalanda və Avalanda (yaxud Ağvanda) istehkamlar və bürclər tikilmişdi. Səlbirin qala divarları, dördkünc və yarımdairəvi bürcləri daha çox dağılmışdır.

250px|right|thumb|Qəbələ qalasının bürc qalıqları Divarlardakı və bürclərdəki mazğallar düzbucaqlı formasındadır. Şimal və qərb hissələrdə darvaza yerlərinin qalıqları durur. Səlbirin ərazisindən, ümumiyyətlə, bütün şəhəri dövrələyən dərin xəndəklə ayrılan Qala hissəsində divarlar, bürc və darvaza yerləri daha yaxşı qalmışdır. Qalanın cənub tərəfində hündürlüyü təxminən 7–8 m, diametri 5–6 m olan dairəvi və yarımdairəvi bürclər vardır. Hücum təhlükəsi zamanı xəndək su ilə doldurulurdu. Divarlar və bürclər çiy kərpicdən, çaydaşlarından və əhəng məhlulundan istifadə edilməklə bişmiş kərpicdən hörülmüşdür. Şəhər istehkamlarının bünövrəsinin qoyulmasında iri yonulmuş yerli tuf daşlarından istifadə olunmuşdur.Kaзиeв. Пepвыe итoги, c. 145–149 250px|thumb|Qəbələdə arxeoloji tədqiqatlar zamanı aşkarlanmış,üzərində Makedoniyalı İskəndərin təsviri olan gümüş tetradraxma (Azərbaycan Tarix Muzeyi) Qəbələnin şəhər yerində və antik dövrə aid qəbiristanında aparılan arxeoloji qazıntı işləri nəticəsində şəhər yerinin ən alt təbəqəsinin eramızdan əvvəl III minilliyin ikinci yarısına (erkən Tunc dövrü) aidliyi aşkar edilmişdir. Həmin təbəqədə itilənmiş dəvəgözü daşı, çaxmaq daşı və dəvəgözü daşı qırıntıları, keramika məmulatı parçaları və s. materiallar tapılmışdır. Bu təbəqədən üstə antik dövr təbəqələri gəlir. Onlarda alt təbəqəsi eramızdan əvvəl IV–III əsrlərə aid olunan üç tikinti dövrü ayırd edilir. Burada təsərrüfat oyuqları, bəzi novşəkilli kirəmitlər, yastı kirəmit parçaları, müxtəlif gil qablar, bəzək şeyləri, habelə möhürbəndli fərman tapılmışdır.C.M.Kaзиeв, И.A.Бaбaeв, Ф.Л.Ocмaнoв. "Paбoты Kaбaлинcкoй экcпeдиции. AO, 1969". M., 1970, c.376 Yuxarı təbəqə numizmatik tapıntılara (Makedoniyalı İsgəndərin (e.ə. 336–323-cü illər) draxma və tetradraxmalarına oxşatma olan yerli sikkələr, Parfiya hökmdarı III Fraatın (e.ə. təqribən 70–58-ci illər) draxmaları) və digər materiallara əsasən e.ə. II–I əsrin ikinci yarısına aid edilir. Bu təbəqədə daş divar bünövrələri, yastı və novşəkilli dam örtüyü kirəmitləri, çoxlu miqdarda gil qab qırıqları, bəzək əşyaları, gildən qayırılmış insan və heyvan fiquraları, habelə möhürbəndlərində istər şərq, istərsə də antik kemalları üçün səciyyəvi sujetlər olan fərmanlar aşkar edilmişdir.Г.M. Axмeдoв, И.A.Бaбaeв, H.C.Гyceйнoвa. Исcлeдoвaния гopoдищ Kaбaлы. AO, 1978". M., 1979, c.510

Qəbələ şəhər yerinin xarabalıqlarında və onun ətrafında I əsrə aid xeyli miqdarda Arşaki və Roma sikkələri, III əsrə aid 200-dən çox Sasani sikkəsi və digər sikkələr tapılmışdır. Qəbələdən, həmçinin, Böyük İsgəndərin və Parfiya padşahı III Fraatın draxmalarına oxşatma olan yerli sikkələr tapılmışdır ki, bu da e.ə. I əsrdə və eramızın əvvəllərində bir sıra ölkələrlə qızğın ticarət getdiyini göstərir.Kaзиeв. Пepвыe итoги, c. 149–150 Alvan (ehtimal ki, Alban) və Savalan keçidlərindən keçən ticarət yolları adlanırdı. Ticarət yolları Qəbələni Gürcüstan vasitəsilə Qərblə, Atropatena vasitəsilə İranla və Böyük Qafqaz vasitəsilə Şimalla əlaqələndirirdi.K. Trever – Qafqaz Albaniyasının tarixi və mədəniyyətinə dair oçerklər, c.253–261 Qəbələ ticarət əhəmiyyətini VIII–IX əsrlərdə də itirməmişdi.Sara Aşurbəyli – Şirvanşahlar dövləti, Bakı, 2006

Arxeoloji qazıntı materialları göstərmişdir ki, Qəbələdə şəhər həyatı I əsrdən başlayaraq XVIII əsrədək davam etmişdir. Binalar daşdan, çiy və bişmiş kərpicdən tikilir bayırdan və içəridən bəzən üstü mina ilə örtülmüş gildən hazırlanan relyefli həndəsi ornamentlərlə bəzədilirdi. VIII–IX əsrlər mədəni təbəqəsində tikintidə, ehtimal ki, evlərin damını örtməkdə istifadə olunan qır parçalarına təsadüf olunur. Göründüyü kimi, neft Bakıdan gətirilirdi. Şəhərə su Qəbələnin 5–6 kilometrliyindəki bulaqlardan, kəhrizlərdən gil boru – tünglər vasitəsilə gətirilirdi. Şəhərin həndəvərində dulus kürələri aşkara çıxarılmışdır. VII əsrə qədərki külli miqdarda müxtəlif saxsı qab və VIII əsrdən etibarən qab qırıqlarının tapılması burada dulusçuluğun inkişafından xəbər verir. Şirli qablar müxtəlif ornamentlərlə, bitki, heyvan və insan təsvirləri ilə bəzədilirdi.Kaзиeв. Пepвыe итoги, c. 151–152

Coğrafiyası Qoz və şabalıd meşələri ilə zəngin olan Qəbələ şəhərinin ətrafında çoxlu mineral su bulaqları və təmiz sulu çeşmələri var. Dağların ətəyində dəniz səviyyəsindən 1000 m yüksəklikdə yerləşən şabalıd meşəsi bu rayonun sərvətidir. Baharda bu meşədə gözəl bir mənzərə yaranır. Buradakı ağacların hər birinin orta yaşı 500 ildən çoxdur. Bu ağaclardan bəziləri dövlət tərəfindən mühafizə olunan ağacların siyahısına daxil edilmişdir.Qəbələ rayonun Məmmədağalı kəndinin yaxınlığında dəmirağac meşəliyi tapılmışdı.

İqtisadiyyatı Qəbələ şəhərində bir çox sənaye obyektləri fəaliyyət göstərir. Bunlar Qəbələ Konserv Zavodu, Asfalt, Dəmir-Beton, Kərpic, Fındıq, Şərab emalı və Qum-Çınqıl zavodlarıdır. Bütün bu zavodlar 2004-cü ildən sonra tikilib. Qəbələdə çox böyük turizm potensialı var. Son bir neçə il ərzində Qəbələdə bir neçə müasir otel, həmçinin 2011-ci ildə beynəlxalq hava limanı tikilib.

Əhali

Görkəmli şəxslər General-mayor Polad Həşimov — Qəbələ şəhərinin mərkəzində yerləşən Şəhidlər Xiyabanının qarşısından keçən küçəyə Polad Həşimovun adı verilib. Küçənin başlanğıc nöqtəsi Həzi Aslanov küçəsi ilə kəsişmədən başlayaraq son nöqtəsi Arif Haqverdiyev küçəsi ilə kəsişməyədək davam edir.

Təbriz Yaqubov — Birinci Qarabağ Müharibəsini şəhidi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 noyabr 1992-ci il tarixli 633 nömrəli qərarı ilə Təbriz Abuzər oğlu Yaqubovun adı oxuduğu Bum qəsəb tam orta məktəbinə verilmişdir.

Abidələri Qəbələ şəhərində müdafiə təyinatlı qədim qüllə (IX–XI əsrlər), XVIII əsrə aid edilən məscid, İmam Baba məqbərəsi (XVIII–XIX əsrlər), Cümə məscidi, eləcə də böyük tarix-diyarşünaslıq muzeyi vardır. Qəbələ şəhərinin şimalında, meşə zolağında "Ay işığı" istirahət zonası, Nohur gölünün sahilində "Sahil" istirahət zonası yerləşir. Bu istirahət zonalarının hər ikisi 2002-ci ildə tikilmişdir.

Əhmədiyyə Məmmədovun rayon mədəniyyət şöbəsinə rəhbərliyi dövründə (1983–1993-cü illərdə) görkəmli Azərbaycan yazıçısı hərbi və ictimai xadim İsmayıl bəy Qutqaşınlının 1985-ci ildə ev muzeyi yaradılmış və yazıçının məzarüstü abidəsi yenidən işlənmişdir. Azərbaycanda ilk dəfə Qəbələdə Şəhidlərin Xatirəsi Muzeyi yaradıldı. Respublikamızın ən zəngin tarix-diyarşünaslıq muzeyi olan Qəbələ Rayon Tarix Diyarşünaslıq Muzeyi yaradılıb. Həmçinin,onun bu vəzifədə çalışdığı illərdə Qəbələ Mədəniyyət Evi binası tikilib.

Otel və istirahət mərkəzləri thumb|Qafqaz Resort Hotel

Qafqaz Resort Hotel Qafqaz Resort Hotelhttps://www.booking.com/hotel/az/qafqaz-resort.ru.html?aid=315714;label=qafqaz-resort-ZWqX8LR_I5DolR_2joPUegS161694638574%3Apl%3Ata%3Ap1%3Ap2%3Aac%3Aap1t1%3Aneg%3Afi%3Atikwd-44813836980%3Alp1000998%3Ali%3Adec%3Adm;sid=03a24d933aa96f66b0087707576759c6;dest_id=-2708201;dest_type=city;dist=0;hpos=1;room1=A%2CA;sb_price_type=total;srfid=5f3e2463fa0ce009368de72809cb65fbded9b34cX1;type=total;ucfs=1&#hotelTmpl öz cazibədar təbiəti, Şərqə məxsus qonaqpərvərliyi ilə regionun ən üstünlük verilən otellərindən biridir. 2008-ci il ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən rəsmi açılışı olmuşdur. Otel Böyük Qafqaz sıra dağlarının ətəyində, Dəmiraparan çayının sahilində yerləşir. Bakı şəhəri ilə arasındakı məsafə 225 km təşkil edir. 80 nəfərlik Qarabağ restoranı, 120 nəfərlik Muğan restoranı, 200 nəfərlik Naxcıvan A La Carte restoranı, 100 nəfərlik Şirvan bar, 100 nəfərlik Xəzər disko bar, 50 nəfərlik Baxca barı ilə otel həm də biznes görüşlərinə ev sahibliyi edir.

Qafqaz Resort Hotel qonaqların rahatlığı üçün müxtəlif növ otaqlar dizayn etmişdir. 10 ədəd standart, 38 ədəd superior, 40 ədəd junior suite, 2 ədəd ailə suiti, 2ədəd kral otağı, 1 ədəd prezident otağı, 1 ədəd royal prezident otağı internet rabitəsi (pulsuz), seyf (pulsuz), minibar, havalandırma sistemi, fen, televizor( milli və beynəlmiləl kanallar), xarici telefon xətti ilə təchiz edilmişdir. Qaqfaz Spa və Sağlamlıq mərkəzi xoşbəxtlik, saflıq və dinclik və sağlamlıq rəmzidir. Bakı konfrans zalı öz texniki avadanlığı və texniki xidməti ilə tədbirləriniz və özəl günləriniz üçün ideal bir məkandır. Konfrans zalının sahəsi: 450 m² , hündürlüyü 7 m, Sinif formada: 250 nəfər, ziyafət formada: 300 nəfər, teatr formada: 400 nəfər, U formada: 100 nəfərlikdir. Qafqaz Resort Hotel qonaqlarının boş zamanını şən keçirməsini təmin edəcək əyləncə növləri təklif edir: Boulinq, Tennis, Peyntboll, ATV safari, at gəzintisi, uşaq klubu, alpnizim, müxtəlif növ ekskursiyalar və.s.

Qafqaz Riverside Hotel Qafqaz Riverside Hotel Qəbələnin turizm zonasına aid 20250 m² ərazisində, dəmiraparan çayının sahilində yerləşir. Rəsmi açılışı 2009-cu ildə ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən olmuşdur. Bakı şəhərindən olan məsafə 220 km təşkil edir. Otel müxtəlif ölçüdə və müxtəlif tələblərə uyğun otaqlar təklif edir. Otel türk hamamı, sauna buxar hamamı, fitnes zalı gözəllik mərkəzi, masaj otaqları kimi xidmətləri də təklif etməkdədir. Suvenirlər, xalçalar və xalçaçılıq məmulatları, tanınmış markaların mağazalarında qonaqlar istədiklırini əldə edə bilərlər. Qafqaz Riverside hotel konfrans və iclaslar üçün bütün zəruri imkanları təklif edir. 1 ədəd 150 nəfərlik konfrans zalı və 2 ədəd 25 nəfərlik iclas otaqları mövcuddur.

Qafqaz Sport Hotel