Oqoy adası ( — «susuz») — Baykal gölü, Kiçik dəniz boğazında yerləşən ən böyük ada.
ada uzunsov formaya malikdir. Uzunluğu 2,9 km, eni 0,6 km təşkil edir. Adada yaşayış yoxdur. Olxon adasında yerləşən Şara-Şulun burnu ilə Baykal gölünün qərb sahili arasında yerləşir.
Təbiəti Adanın bitki örtüyü olduqca kasaddır. Ərazisi əsasən otlar və alçaqboylu kolar örtür. Adanın nisbətən mərkəsi hissəində şam ağacları yayılmışdır. Heyvanlar aləmi — Sünbülqıran, ilan. Ərazisində Torağaylar və gümüşü qağayı yuva qurur.
Görməli yerləri və turizm 2005-ci ildə Moskva buddizm mərkəzinin rəhbərliyi altında adanın ən hündür nöqtəsində dakini Traoma Qaqmoya həsr edilmiş Stupa inşa edilmişdir.
Stupanın tikintisi ilə adaya turizm axını sürətlənir. yayda adaya katerlərlə, qışda isə buz üstü magistralla gəlmək olar.
Bitkilərin fiziologiya və biokimiya Sibir İnstitutunun nümayəndələrinin sözlərinə görə adaya turizm axının sürətlənməsi adanın bitki və heyvanlar aləminə böyük zərər verə bilər.
İstinadlar
Mənbə Sirlərlə dolu Olxon — Oqoy adası Kateqoriya:Göl adaları