Siqetvar (; ; ) — Macarıstanın cənubunda Baranya medyesində yerləşən şəhər.

Tarixi Siqetvardakı tarixi qalıntı Siqetvar qalasıdır. Kelt və Roma dövrlərindən balayaraq müdafiə məqsədli binaların inşa edildiyi məlumdur. Günümüzə qədər gəlib çatmış Siqetvar qalasının 14-cü əsrdə orijinal formasında inşa edildiyi hesab edilir. Qala I Süleymanın vəfatından öncə sonuncu qələbəsi olan Siqetvar döyüşünün sonnunda Osmanlı İmperiyası tərəfindən ələ keçirilmişdir. I Süleyman burada vəfat etmişdir.

Siqetvar uzun müddət Osmanlı İmperiyasının hakimiyyəti altında qalmışdır. 1689-cu ildə qala və şəhər Osmanlı hakimiyyətindən çıxdı. Sonrakı müddət ərzində şəhərdə memarlıq və cəmiyyət baxımından əhəmiyyətli dəyişikliklər baş vermişdir. Əli Paşanın öz adına tikdiyi məscid bir katolik kilsəsinə çevrildi.

Beynəlxalq əlaqələri Qardaşlaşmış şəhərlər Siqetvar aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır:

İmatra, Finlandiya Eppinqen, Almaniya Slatina, Xorvatiya Trabzon, Türkiyə Deva, Rumıniya

Qalereya

Həmçinin bax Baranya (medye)

İstinadlar

Xarici keçidlər

in Hungarian Szigetvár at funiq.hu