Maliyyə və bank menecmenti — Maliyyə menecmenti – müəssisənin strateji və taktiki məqsədlərinə nail olmaq üçün rasional mənbələrdən maliyyə resurslarının cəlb edilməsi və onlardan daha səmərəli istifadə olunması yolu ilə pul axınlarını effektiv idarə edən elmdir. Maliyyə menecmenti müəssisələrin maliyyə fəaliyyətinin , yəni onların kapital və gəlirlərinin formalaşması və istifadəsi ilə əlaqədar pul münasibətlərinin idarəetmə məharətidir. Bank menecmenti bankın strateji və taktiki planlaşdırması, təhlil, tənzimləmə və bank fəaliyyətinə nəzarətlə əlaqədar olan münasibətlərin, maliyyə resurslarının, marketinq fəaliyyətinin, bank əməliyyatlarının yerinə yetirən işçi qrupunun idarəolunmasını tərənnüm edir.
Maliyyə menecmenti Maliyyə menecmenti – maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə siyasətini, metodlarını, vasitələrini, eləcə də maliyyə sabitliyini və artımının təmin edilməsi sahəsində qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün idarəetmə qərarlarını qəbul edən və bu qərarları praktikada həyata keçirən insanları əlaqələndirən maliyyə resurslarının idarə edilməsi sistemidir. Maliyyə menecmenti maliyyə sisteminin bütün elementlərinə nüfuz edir və bazar iqtisadiyyatı şəraitində idarəetmə strukturunun ən mühüm tərkib hissəsi kimi çıxış edir. Maliyyə menecmentinin predmetini kapitalın hərəkətini əks etdirən pul axınları təşkil edir. Maliyyə menecmenti maliyyə, idarəetmə, uçot və təhlil sahəsindəki nəzəri işləmələri və onun çərçivəsində hazırlanmış yanaşmaların praktiki tərəflərini müvəffəqiyyətlə əlaqələndirən iqtisad elminin ən perspektiv istiqamətlərindən biridir. Maliyyə menecmentinin vəzifələrinə daxildir: maliyyə hesabatının təhlili; pul vəsaitinin proqnozlaşdırılması; səhm buraxılışı; kredit və borcların alınması; investisiyalarla əməliyyatlar; firmaların birləşmə və sərfetmə əməliyyatlarıının qiymətləndirilməsiA.İmran, Menecment, Bakı-2007,
Maliyyə menecmentinin məqsədləri
Maliyyə menecmentinin əsası qısamüddətli və uzunmüddətli perspektivdə maliyyə resurslarından səmərəli istifadə edilməsi amillərinin təhlilinə əsaslanan və maliyyə xidmətlərinin fəaliyyət istiqamətlərini müəyyənləşdirən maliyyə siyasətidir. Müvafiq siyasətin işlənib hazırlanması üçün maliyyə təhlilinin mənbələri dövlət maliyyə orqanlarının rəsmi hesabatları, institusional bazar strukturlarının (banklar, investisiya şirkətləri, əmtəə, fond və valyuta birjaları) informasiyası, statistik məlumatlar, sahələrarası və ölkələrarası məlumatların müqayisə edilməsi, şirkətlərin kənar istifadəsi üçün hazırlanmış maliyyə-mühasibat hesabatlarıdır. Müəssisələr səviyyəsində müvafiq maliyyə siyasətinin işlənib hazırlanması və qərarlar qəbul edilməsi üçün təsərrüfatdaxili prosesləri daha ətraflı açıqlayan daxili idarəetmə informasiyasından da istifadə edilir. Maliyyə menecmentinin məqsədləri aşağıdakılardır: şirkətin fəaliyyətinin faydalı iqtisadi nəticəsinin maksimallaşdırılması, məsrəflər minimallaşdırılmaqla mənfəətin maksimallaşdırılması, şirkətin iqtisadi potensialının artırılması, bazarda rəqabət qabiliyyətinin təmin edilməsi, mövcud maliyyələşdirmə mənbələrindən daha yaxşı istifadə edilməsi və qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün yeni maliyyələşdirmə mənbələrinin cəlb edilməsi, şirkətin aktivlərinin strukturunun optimallaşdırılması, yaxın gələcəkdə şirkətin maliyyə sabitliyinin təmin edilməsi. Maliyyə menecmentinin strateji məqsədi müəssisənin bazar dəyərini maksimum artırmaqdan ibarətdir. Maliyyə menecmenti məqsədlərinə nail olmaq müvafiq idarəetmə metodlarının tətbiq edilməsi sayəsində mümkündür. Maliyyənin idarə edilməsi metodları konkret tarixi xarakter daşıyır, makro və mikro səviyyələrdə iqtisadi münasibətlər inkişaf etdikcə bu metodlar da inkişaf edir. İnkişaf etmiş bazar münasibətləri şəraitində maliyyənin idarə edilməsinin əsas metodları aşağıdakılardır: prnoqnozlaşdırma və planlaşdırma, maliyyələşdirmə və kreditləşdirmə, özünümaliyyələşdirmə, vergitutma, sığorta, lizinq, trast, faktorinq, girov, maddi həvəsləndirmə, sanksiyaların tətbiq edilməsi. Maliyyə menecmenti müəyyən maliyyə vasitələri toplusunun köməyi ilə həyata keçirilir: ilkin vasitələr – pul vəsaitləri, debitor və kreditor borcları, qısamüddətli maliyyə qoyuluşları – səhmlər və istiqrazlar; təkrar vasitələr – opsionlar, fyuçerslər, forvard kontraktları.
Maliyyə menecmentinin funksiyaları
Maliyyə menecmentinin mahiyyəti onun yerinə yetirdiyi funksiyalarda təzahür edir. Bu funksiyaları iki qrupa ayırmaq olar: İdarəetmə subyekti funksiyası. Bura təşkil, təhlil, planlaşdırma, motivasiya və nəzarət funksiyaları aiddir; Xüsusi funksiya. Bura aktivlərin, kapitalın, investisiyanın, pul axınlarının və maliyyə risklərinin idarə edilməsi funksiyaları aiddir. Maliyyə resurslarının maliyyələşmə mənbələri xüsusi kapitaldan və borc vəsaitlərdən ibarətdir. Xüsusi kapitala nizamnamə kapitalı, amortizasiya ayırmaları, müəssisənin sərəncamında qalan xalis mənfəət (bölünməyən mənfəət) və azad olunmuş resurslar aiddir. Borc vəsaitlərin tərkibinə bank kreditləri, qiymətli kağızlar (istiqraz vərəqələri, səhmlər) və lizinq daxildir. Müəssisənin effektiv maliyyə fəaliyyəti daim borc vəsaitləri cəlb etmədən mümkün deyil. Borc kapitaldan istifadə müəssisənin təsərrüfat fəaliyyətinin həcmini genişləndirir, xüsusi kapitaldan daha effektiv istifadəni təmin edir, müxtəlif məqsədli maliyyə fondlarının formalaşmasını sürətləndirir, son nəticədə müəssisənin bazar dəyərini artırır. Hərçənd istənilən biznes fəaliyyətinin təşkili üçün xüsusi kapital əsas rol oynayır, lakin iqtisadiyyatın bəzi sahələrinin müəssisələrində, o cümlədən ticarət firmalarında isitifadə olunan borc vəsaitlərin məbləği xüsusi kapitalın məbləğini xeyli üstələyir. Bununla əlaqədar borc vəsaitlərin cəlb edilməsinin və onlardan effektiv istifadənin idarə olunması maliyyə menecmentinin müəssisənin təsərrüfat fəaliyyətinin yüksək son nəticələrinə nail olmasına yönəldilən mühüm funksiyalarından biridir. Müəssiəsənin borc vəsaitlərinin cəlb edilməsi mənbələri və formaları müxtəlifdir. Müəssisənin cəlb etdiyi borc vəsaitləri aşağıdakı əsas əlamətlərə görə təsnifləşdirilir: cəlbetmə məqsədlərinə görə; cəlbetmə mənbələrinə görə; cəlbetmə dövrünə görə; cəlbetmə formasına görə; təminetmə formasına görə.
Maliyyə menecmentinin beynəlxalq aspektləri
Beynəlxalq hesablaşmalarda tətbiq edilən ödəmələrin növləri: nağd ödəniş, kreditlə ödəniş; ödəmələrin kombinə edilmiş növləri (nağd və kreditləşmə yolu ilə hesablaşmalar). Nağd ödəmələrin mahiyyəti. Bu zaman ödəmə, kredit verilmədən və ya vaxtı uzadılmadan aparılır. İxracat üçün ən əlverişli şərt ondan ibarətdir ki, ödəmə, kontrakt imzalandıqdan sonra aparılır. İxracatçı üçün əlverişlidir ki, mal onun ölkəsinə daxil olduqdan və malın keyfiyyəti haqqında akt tərtib edildikdən sonra ödəmə aparılsın. İxracatçı üçün əlverişlidir ki, ya avans alsın və ya qabaqcadan ödəmə aparılsın. Kredit hesabına ödəmənin mahiyyəti: Bu zaman ödəmə mal alınmamışdan əvvəl və ya sonra aparılır. Birinci haqda idxalatçı kreditor kimi çıxış edir və o ixracatçıya avans verir, yəni alacağı malın müəyyən hissəsinin dəyərini ödəyir, lakin hələ əmtəələr üçün heç bir sənədə malik deyil. İkinci halda isə, əmtəələr üçün sənədlər alındıqdan sonra ödəmə həyata keçirilir. Burada kreditor kimi ixracatçı çıxış edir. Bir qayda olaraq ixracatçı malın satılmasında maraqlıdır və idxalatçıya daha əlverişli şərtlər verir, o cümlədən, bu və ya digər formada ona kredit verir. Kombinə edilmiş formada (nağd və kredit hesabına) ödəmələr maşın, nəqliyyat vasitələrinin, avadanlıqların və s. üçün idxal – ixrac əməliyyatları da tətbiq edilir. Dünya təcrübəsində korporasiyalar daha bahalı məhsulların satışı zamanı idxalatçı kontrakt imzalandıqdan sonra ixracatçıya nağd yolla avans köçürür, qalan vəsaiti isə kredit formasında ödənilir. Beynəlxalq hesablaşmalarda tətbiq edilən hər hansı bir hesablaşma forması ya göndərilən malın xüsusiyyətindən və ya müştərinin inamından asılıdır. Beynəlxalq tijarət təjrübəsində sonrakı hesablaşm a formaları tətbiq edilir: Bank köçürməsi; sənədli akkreditiv, inkasso –tapşırıqı. Bank köçürməsi ödəmə tapşırığı ilə həyata keçirilir. Ödəmə tapşırığı bir bank tərəfindən digərinə ünvanlanır. Belə köçürmə bank çekləri vasitəsilə də aparılır. Ödəmə tapşırığı bankın əmridir və öz müxbirinə ünvanlanır. Bu əmr xariji alıjıya vəsaitin köçürülməsi haqqında verilir. Bank köçürməsi üzrə əməliyyatlar sonrakı kimi aparılır: İxracatçı mal göndərilməsi haqqında sənədi idxalatçıya verir; İxracatçı idxalatçıya pulun köçürülməsi haqqında ərizə – tapşırığı banka verir; Bank hesabdan pulu çıxarır; İdxalatçının bankı pulu ixracatçının bankına göndərir; İxracatçının bankı pulu ixracatının hesabına yazır; İxracatçının bankı vəsaitin tranzit hesaba daxil olması haqqında məlumat verir; Hesablaşmaların inkasso formasının mahiyyəti. Bu formada hesablaşma zamanı bank müştəriyə çatacaq pul vəsaitinin alınmasını öz üzərinə götürür. Belə ki, ixracatçı malı yola saldıqdan sonra öz bankına inkasso – tapşırığı verir və başqa sənədləri təqdim edir. İxracatçının bankı sənədləri idxalatçının bankına göndərir. İdxalatçının bankı isə sənədləri ödənilmək üçün idxalatçıya verir. Son nəticədə idxalatçının bankı pulu ixracatçının bankına köçürür. Sənədli akkreditivin mahiyyəti: bu hesablaşma formasının mahiyyəti ondan ibarətdir ki, müştəri (idxalatçı) banka tapşırıq verir ki, onun hesabından vəsait ixracatçıya köçürülsün. Bu hesablaşma forması ixracatçı üçün əlverişlidir, çünki bu hesablaşma forması ödənilməmək riskinə təminat verir və valyuta gəlirini tezliklə alınmasına şərait yaradır. Alıcı bu məqsəd üçün bankdan kredit də ala bilər. Ümumiyyətlə, hesablaşma sonrakı kimi aparılır: idxalatçı razılaşmış vaxtda akkreditivin açılması haqqında öz bankına tapşırıq verir. İdxalatçının bankı ixracatçının bankından akkreditiv hesabının açılmanı xahiş edir. İxracatçı akkreditivin açılması haqqında məlumat aldıqdan sonra idxalatçının ünvanına mal yola salır. İxracatçı yola salınmış malın hesab sənədini öz bankına verir və ödəniləjək məbləği alır. Mal sənədlərini ixracatçının bankı idxalatçının bankına göndərir. Beynəlxalq kreditlər istənilən valyuta ilə verilə bilər. Kreditlər qısa müddətli (1 ilə); ortamüddətli (1 ildən 5 ilə) və uzunmüddətli (5 ildən yuxarı) verilir. Qısamüddətli kreditlər cari ödənişlərə (dövriyyə kapitalı üçün) verilir. Uzunmüddətli kreditlər əsas kapitala investisiyalara yönəldilir və maşın və avadanlıqların ixracatının ödənilməsi üçün istifadə edilir. Texniki nöqteyi – nəzərdən verilməsinə görə kreditin növləri: kredit xətti; təcili ssuda. Birinji formada kredit müştəri yə kreditləşmə limiti əsasında verilir və bu zaman kreditin verilmə müddəti müəyyən edilir. Həmin müddət ərzində müştəri istənilən vaxtda heç bir rəsmiləşmə aparılmadan bankdan kredit ala bilər. Kredit müəyyən müddətə verilir. Belə kredit təcili adlanır və bu zaman tərəflər kreditin verilməsi və silinməsi qaydası haqqında razılaşırlar. Qısamüddətli kreditdə kredit, faizlə birlikdə geri qaytarılır. Örta və uzunmüddətli kreditdə börj müəyyən qrafik əsasında silinir və faiz ödənilir. Bu o zaman baş verir ki, müştəri investisiyadan gəlir götürür. Çox hallarda borc, kreditləşən obyekt istismara verildikdən sonra silinir. Beynəlxalq kreditin verilmə üsulları: vekselin təminatı; evrokredit İxracatı vekseli ödəmə vasitəsi kimi alır. Bank ya həmin vekseli nəzərə alır və ya həmin vekselə görə ssuda verir.