Hörmətli fahişə və ya Səxavətli fahişə () — Fransa yazıçısı və filosofu Jan Pol Sartr tərəfindən 1946-cı ildə fransız dilində yazılan teatr tamaşası. İki pərdəli əsərdə hadisələr 1930-cu illərdə Amerika Birləşmiş Ştatlarında baş verir.O'Neil Patrick M., Great world writers : twentieth century. Marshall Cavendish, 2004. . Səhifə. 1352 Əsərin əsas süjet xətti cənub əyalətlərinin birində yaşayan ailənin oğlanlarını zənci bir şəxsi qətlə yetirdiyi üçün həbs edilmələrindən qurtarmasından bəhs edir. Ailə bu istəyini küçə qadını Lizzi MekKeyi oğlanlarının əvəzinə günahsız zənci şəxsi günahlandırması üçün yalandan şahidlik etməsinə razı salaraq həyata keçirir.Sartre, Jean-Paul. Le Diable Et Le Bon Dieu. Taylor & Francis. Səhifə. 28

İlk dəfə 1946-cı ilin noyabrında nümayiş olunan tamaşa, Sartrın 1945-ci ildə ABŞ-yə etdiyi səyahətdəki müşahidələrindən sonra yazılmışdır. Yazıçı teatr tamaşasını 1931-ci ildə bu ölkədə baş verən doqquz zənci şəxsin iki küçə qadınına təcavüz etməklə günahlandırıldığı üçün həbs edildiyi Skottsboro məhkəməsindən və səyahət ərəfəsində burada tanış olduğu Riçard Raytın əsərlərindən ilhamlanaraq yazmışdır.Drake, David. Sartre. Haus Publishing, 2005. Sartr əsərdə irqçiliyi və Amerika cəmiyyətindəki təbəqə sistemini küçə qadının, ona təcavüz etdiyi üçün günahlandırılan zənci şəxsin və cinayət törətmiş varlı şəxsin hekayəsindən bəhs edərək ironik bir şəkildə sərt tənqid etmişdi.Cody Gabrielle H., Sprinchorn Evert. The Columbia encyclopedia of modern drama. Columbia University Press, 2007. . Səhifə. 1190

Sartrın ekzistensializm janrında yazdığı və Lizzinin əhatəsində sərt kişilər, varlılar və linç şəxslərinin olmasına baxmayaraq seçimlərində nə qədər azad olduğundan bəhs edən əsər bir çox tənqidlərə məruz qalmışdır. Əhali yazıçının bir fransız olaraq Amerika Birləşmiş Ştatlarına qarşı çıxdığını bildirmişdi. Sartr gələn bu tənqidlərə belə bir cavab vermişdi: "Mən Amerika Birləşmiş Ştatlarına yox, irqi ayrı-seçkiliyə qarşıyam." Digər tənqidlərdə Sartın ABŞ-də qaldığı qısa müddətdə əhalinin gündəlik vərdişləri barədə düzgün müşahidələr apara bilmədiyi bildirilmişdi. Həmçinin Sartrın zənci obrazında gücsüz və çarəsiz bir xarakter yaratması, haqsızlığa qarşı mübarizə aparmaq əvəzinə imtina etməyə üstünlük verməsi liberal baxımdan tamaşaçılar tərəfindən xoş qarşılanmadı.

Sartr 1952-ci ildə ekranlaşdırılan filmi izləyərək, tamaşanın SSRİ-də nümayiş olunması üçün əsərin sonunu dəyişdi. Dəyişdirilmiş yeni sonda Lizzi yalandan şahidlik etməyi rədd edərək təbəqə ayrı-seçkiliyini və irqçilikdə qırılma nöqtəsi ortaya çıxardı.Caws, Peter. Sartre. Routledge, 1984. . Səhifə. 13 Yazıçı əsərin sonundakı dəyişikliklə əlaqədar olaraq bildirmişdir: "Ən gənc şəxslərə kimi bir çox şəxslərin bu teatr tamaşasını seyr etdiyindən xəbərdaram. Əsərin məyusedici bir halda sonlandırılması tamaşaçını çox məyus etdi. Həyatda mübarizə aparmaq məcburiyyətində olan bu kütlənin ehtiyacı olan yeganə şeyin ümid olduğunu bilirəm." Əsas personajın qəhrəmancasına qərarı və tamaşanın optimist sonlandırılması 1930-cu illərdə ABŞ-dəki irqi ayrı-seçkiliyi xatırlatmadığı üçün yenidən bir çox tənqidlərə məruz qaldı.

Sartrın az tanınan teatr tamaşalarından biri olan "Hörmətli fahişə" əsəri ilə əlaqədar olaraq Andre Jid 1947-ci il 15 mart tarixli qeydlərində bildirir ki, "Sartrın "Hörmətli fahişə" əsərinin bir növ şah əsəri olduğunu düşünürəm. Yazıçının son yazdığı iki uzun və sıxıcı romanlarından heç xoşum gəlməmişdi. Lakin "Hörmətli fahişə" əsəri Sartrın yazdığı gözəl hekayələrdən sonra yaratdığı ən güclü və mükəmməl tamaşadır."Gide, André Gide. Journals: 1939–1949. University of Illinois Press, 2000. . Səhifə. 274

Tamaşanın mənşəyi

1945–1946-cı illər thumb|right|Jan Pol Sartr "Hörmətli fahişə" tamaşasını 1946-cı ildə, Amerika Birləşmiş Ştatlarına səyahət etdikdən sonra yazmışdır.

İkinci Dünya müharibəsindən sonra Fransanın üzərində Amerika Birləşmiş Ştatlarının mədəni təsirlərinin olduğu görünürdü. 1945-ci ilin yaz aylarında ölkədəki kinoteatrlarda ABŞ-nin nuar filmləri nümayiş olunurdu. Daha əvvəl Sergey Eyzenşteyn və Vsevolod Pudovkin kimi rus rejissorlarının filmləri ilə maraqlanan Sartr və Simona de Bovuar Orson Uellsin filmlərini də izləyirdilər. İosif Stalinin idarə etdiyi SSRİ-də tamaşaçını həyəcanlandıran bir filmin olmadığına inanırdılar. Sartr və Bovuar, Uellsin 1941-ci ildə ekranlaşdırığı Vətəndaş Keyn adlı filmini çox bəyəndilər. Müharibədən sonra 1945-ci ildə Sartr ABŞ-yə iki dəfə səyahət etdi və ölkədə irqi ayrı-seçkiliyin düşünmədiyi qədər böyük ölçülərdə olduğunu müşahidə etdi. Anni Jolan Solal bildirir ki, "Evindən, gündəlik həyatından və tarixi tolerantlıqlarından uzaqda olan bu səyahətlər Sartrın siyasi mübarizələrinin başlanğıcı oldu." Səyahətdən sonra nəşr etdirdiyi məqalələrində də bu irqi ayrı-seçkiliyi daim tənqid etdi. "Le Figaro" qəzetindəki məqalələrin birində Sartr yazırdı: "ABŞ-nin istər şimalında, istərsə də cənubunda zənci şəxslərlə ağ şəxslər arasındakı fərqlər məni doğrudan da çox təəccübləndirdi." Yalnız xidmət şirkətində işləyə bilən zəncilərin küçələrdə ağ şəxslərin yanından keçməsi belə problemlərə səbəb olurdu.

Sartrın müşahidələrinə görə ağ Amerikan cəmiyyəti zəncilərlə əlaqələnmirdi və onların da özləri ilə əlaqalənməməsini istəyirdilər. Ağ şəxslər zəncilərin yeganə olaraq liftlərlə, baqajlarla və ya ağ şəxslərin ayaqqabıları ilə maraqlanmalarını istəyirdilər. Çünki ağ şəxslər zənciləri yaxşı vəziyyətdə görmək istəmirdilər. Bu mövzuda nəşr edilən ilk məqaləsindən sonra Amerikanlar Sartra öz daxili işlərinə qarışmaması barədə xəbərdarlıq etdilər. Yazıçı "Le Figaro" qəzetində nəşr edilən ikinci məqaləsində bildirirdi:

İrqçilik müharibə ilə bərabər Sartrın diqqətini cəlb edən anlayış idi. Sartr 1946-cı ildə "Hörmətli fahişə" tamaşasını yazmazdan əvvəl "İrqçilik və Yəhudilər" () adlı məqalə nəşr etdirmişdi. Bu məqaləsində yazıçı nasional sosializmdən yox, irqçiliyin Fransada yaratdığı təsirlərdən bəhs edirdi. Sartr bu cür bildirərək antisemitizmi də xatırlatdı: "Bir yəhudi hardan gəlirsə gəlsin və ya nə etmiş olursa olsun. Fərqi yoxdur! Öldürülməlidir. Bir müharibəyə hazır olduğu və ya bir müqavimət hərəkatında iştirak etdiyi üçün yox. Çox daha asan bir səbəb: Bir yəhudi olduğu üçün." Yazıçı üzərində müşahidələr apardığı kapitalizmə qarşı reaksiyasını "Hörmətli fahişə" tamaşasını yazaraq göstərdi. Bu tamaşanı yazarkən mövzuya eyni fikir baxımından yanaşdı. Yazıçı qeydlərində bildirirdi ki, "Eynilə yəhudinin tək günahının yəhudi olması fikrini zəncilərə də aid etmək olar. "Bir zənci hər zaman pis şeylər edər" fikri hal-hazırda dünyada insanların düşüncələrinə hakimdir."

Skottsboro məhkəməsi

Sartrın tamaşanı yazarkən 1931-ci ildə ABŞ-də baş verən "Skottsboro məhkəməsi" ilham mənbəyi olmuşdur.Wright Richard, Kinnamon Keneth, Fabre Michael. Conversations with Richard Wright. Univ. Press of Mississippi, 1993. . Səhifə. 119 Bu məhkəmədə Alabama istiqamətində irəliləyən qatarda iki küçə qadınına təcavüz etdikləri iddia edilən doqquz zənci şəxs günahlandırılmış və onlar təcavüz etməkdən həbs edilmişdi. Məhkəmə əsnasında qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq məhkəmə öz fikirlərindən geri dönmədi. Şübhəlilər illərlə həbs cəzası almışdı.

1931-ci ildə Alabamada iş tapa bilmək üçün cənub əyalətinə gedən ağ və zənci şəxslər arasında qatar hərəkətdə olarkən mübahisə yarandı.Painter, Nell Irvin. Creating Black Americans: African-American history and its meanings, 1619 to the present. Oxford University Press US, 2006. ISBN. 9780-19-513755-2 201. Səhifə. 201 Qatar mühafizəçisi 1931-ci il mart ayının 25-də Alabamada yerləşən Skottsboro qəsəbəsində doqquz afroamerikalı zənci və dörd ağ şəxs qatardan endirilərək həbs edildi. Həbs edilən iki ağ şəxsin kişi paltarları geyinmiş qadınlar olduğu ortaya çıxdı. Rubi Bets və Viktoria Pris adlı bu qadınlar ifadələrində iş tapa bilmək üçün qatarda olduqlarını bildirdilər. Əslində küçə qadını olan Bets və Pris həbs edilmək istəmədikləri üçün doqquz gənc şəxsin onlara təcavüz etdiyini iddia etdilər. Bir-birlərini tanımayan doqquz zənci şəxs hamısı ağ şəxslərdən ibarət olan məhkəmə üzvləri tərəfindən təcavüz etdikləri üçün günahlandırıldı. On üç yaşında olan Roy Rayt xaricində digərləri ölüm hökmü ilə cəzalandırıldı. Bu məhkəmə "qanuni linç" anlayışının yaranmasına da səbəb oldu. ABŞ-nin ağ şəxslərinin daha çox yaşadığı cənub əyalətlərində ədalətli qərarların verilməməsi mövzusu ilə tez-tez qarşılanırdı. 1882–1946-cı illərdə ABŞ-də beş yüzdən çox zənci üçün linç məhkəməsi baş tutmuşdu. Buna baxmayaraq, bu məhkəmə beynəlxalq ictimaiyyətdə geniş əks-səda yaratdı. Kommunistlər Amerikalı zəncilərin və onları dəstəkləyənlərin gənc şəxsləri müdafiə etməsi üçün çox köməklik göstərdilər. Qadınlardan birinin zəncilərlə bağlı mənfi ifadəsindən imtina etməyinə baxmayaraq "Skottsboro şəxsləri" olaraq adlandırılan şübhəlilərin ən sonuncu məhkumu 1950-ci ildə azadlığa buraxıldı.

Süjet xülasəsi

Birinci pərdə Cənub əyalətlərinin birində yaşayan tanınmış ailənin övladı gənc sənaye işçisi Tomas və onun üç dostu futbol matçından sonra sərxoş şəkildə qatara minirlər. Şimal əyalətlərinin birində yaşayan küçə qadını Lizzi də özünə kiçik cənub qəsəbəsində yeni həyat qurmaq üçün eyni qatarla səyahət edir. Sərxoş ağ şəxslər əvvəlcə Lizziyə tanış olmaq üçün yaxınlaşırlar. Daha sonra isə qatara minən iki zənci şəxsi ələ salıb onlarla mübahisə edirlər. Tomas cibindən silah çıxardıb zənci şəxslərdən birini qətlə yetirir. Bunu görən digər zənci şəxs isə qorxaraq qatarın şüşələrindən tullanaraq qaçır. Lizzi isə bütün hadisələrin şahidi olmuşdur.

Teatr tamaşasının ilk səhnəsində qaçan zənci şəxs Lizzinin yeni yaşamağa başladığı evində tapır və özünü xilas etməsi üçün ondan kömək istəyir. Lizzi zənci şəxsə kömək etməsi üçün şəxsin lehinə ifadə verməli idi. Qadın əvvəlcə hakimləri və polisləri qarışıqlığa salacaq bu təklifi rədd edir. Lakin zənci şəxs Lizziyə çöldə yığışan ağ şəxslərin onu axtardığını və ona linç mühakiməsi ediləcəyini bildirir. Lizzi heç bir günahı olmayan zənciyə kömək edəcəyinə söz verir və ondan evdən getməsini istəyir. Zənci şəxs Lizzidən onu gizlətməsini xahiş edir. Lakin qadın bu təklifi qəbul etmir və şəxsi yaşadığı evdən uzaqlaşdırır.

Lizzinin qəsəbədəki ilk müştərisi qapının zəngini çalaraq gizlənən Fred adlı ağ şəxsdir. Fred həmin ərazinin Senatorunun oğludur. O, bir gün əvvəl rəqs barında Lizzi ilə qarşılaşmışdır. Qadınlara heç vaxt güvənməyən və Lizzi ilə keçirdiyi gecəyə aid utanc hissini qadından yatağı "günah qoxusu gəldiyi üçün" yığmasını istəyən Fred polisin gəlməyini gözləyirmiş kimi görünür. Gənc şəxs Lizziyə əvvəlki gecə üçün on dollar təklif edir. Bunu eşidən Lizzi əsəbləşir. Lakin Fred ona Senatorun oğlu olduğunu bildirir. Şəxsin zəngin olmasından və ehtişamdan təsirlənən Lizzinin əsəbləri sakitləşir. Buna baxmayaraq Lizzi yenə də pulu qəbul etmir. Bunu görən Fred pulu masanın üzərinə qoyur.

Fredin Lizzi ilə bir gecə keçirməsinin səbəbi əvvəlki gün qəsəbəyə gələn zaman başına gələnləri qadının özündən eşitmək və onu istədiyi tərəfə istiqamətləndirmək idi. Çünki Fred zənci şəxsi qətlə yetirən Tomasın əmisi oğludur və Tomasın cəzalandırılmasını istəmir. Lizzinin başına gələnləri eşitdikdən sonra bunların doğru olmadığını bildirən Fred ona özünə görə doğru hadisələri danışır. Fredin danışdığına görə iki zənci şəxs Lizziyə təcavüz etmək istəmiş, bunu gərən bəzi ağ şəxslər isə qadını xilas etməyə çalışmışlar. Zənci şəxslərdən birinin bıçaq çıxardığını görən Tomas silahını çıxardıb onu qətlə yetirmiş, digər zənci adam isə qorxaraq qaçmışdır.