Rəşid Məmmədkuliyeviç Rəhimov () — Tacikistan futbol məşqçisi və keçmiş futbolçusu.
Klub karyerası Düşənbə şəhərinin "Əmək ehtiyatları" komandasının şagirdi olmuşdur. 1982-ci ildə Pamirin əsas komandasına daxil oldu və SSRİ çempionatında oynadı. Tərəfdarları onu "Saddy Iskandariy" (Sadd bir maneədir, Makedoniyalı İskəndərin şərqdəki ləqəbidir, yəni "Makedoniyalı İskəndər maneəsi" adını daşıyır) adlandırılan keçilməz müdafiəçi tərəfindən xatırlanır. 1991-ci ilin ortalarına qədər Pamirdə oynadı və bu mövsümlər ərzində 277 matçda Düşənbə komandasında oynadı və 24 qol vurdu.
1991-ci ildə Spartak Moskvaya getdi və 1992-ci ilin ortalarına qədər qırmızı ağlarda Rusiya çempionatında oynadı. Bu müddətdə Rəhimov Spartakda 11 matç oynadı.
1992-ci ilin yazında Sequnda təmsilçisi "Real Valyadolid" klubuna transfer oldu və 1993-cü ilin ortalarına qədər bir illik müqavilə imzaladı. Yeni klubda, 29 matçda oynadı və 2 qol vurdu. Mövsüm ərzində komanda da üç məşqçi dəyişdi, hər biri yeni mövqedə gördü Rəhimovu : futbolçunu mərkəz yarımmüdafiəçisi və mərkəz müdafiəsiçisi qoydular, cinah hücumçusu kimi də oynadılar. Klubda uğursuz (oyunçu komandaya öyrəşə bilmirdi, xüsusilə tez-tez dəyişən məşqçi və mövqe probleminə görə) çıxışa baxmayaraq rəhbərlik Rəhimovdan ayrılmaq istəmirdi. Nəticədə oyunçuya maaşından ciddi bir azalma ilə müqavilə təklif edildi, o isə imtina etdi. 1993-cü ilin sentyabrından Moskvanın "Lokomotiv" klubunda oynamağa başladı. O, 1993-cü ildə Rusiya çempionatının sonuna qədər "Spartak"a icarəyə verildi. Rusiya çempionatında 3 matç və 2 UEFA Kuboku matçında forma geyindi. 1993-cü ilin oktyabr ayının əvvəlində o, ayağını qırdı və bir müddət yaşıl meydanlardan kənarda qaldı. 1994-cü il mövsümünə Lokomotivdə başladı, lakin ilin ortalarında o, 1994/95 Çempionlar Liqasında özünü göstərmək istədiyindən yenidən Spartaka keçdi (1 illik müqavilə).
1995-ci ilin əvvəlində o, Avstriyanın Austriya Vyana klubuna keçdi və o, 2000-ci ilin ortalarına qədər orada oynadı və o vaxt ərzində 120 oyunda 12 qol vurdu.
2000-ci ilin ortalarından 2001-ci ilin ortalarına qədər o, Avstriya klubu Admira Vakker Mödlinqdə 33 matçda forma geyindi. Həmin ilin ortalarından 2002-ci ilin mövsümünədək Avstriya klubu "Rid" də çıxış etdi və bu klubda futbolçu kimi karyerasını sona çatdırdı. Rəşid Rəhimov kariyerinin bütün dövrlərində 515 oyunda 39 qol vurdu.
Mükafatları
Futbolçu karyerasında frameless|16x16px Qızıl (1) SSRİ Birinci Liqası Çempionuː ÇSKA-Pamir FK 1988-1989 frameless|16x16px Qızıl (2) Rusiya Çempionuː Spartak Moskva 1992-1993, 1993-1994 frameless|16x16px Gümüş (2) Avstriya Kuboku 1999-2000
Məşqçi karyerasında frameless|16x16px Gümüş (1) Rusiya Kuboku Lokomotiv Moskva FK 2008-2009 Məşqçi karyerası O, futbolçu karyerasını bitirdikdən sonra 2002-cu ildə Admira Vakker klubundan məşqçi təklifi aldı. 2004-cü ilə qədər keçmiş klubunda çalışdı.
2006-cı ildə Amkar Perm FK-ya dəvət aldı və həmin il Amkar Premyer Liqada yüksək səviyyədə çıxış etdiyindən onunla daha 2 illik müqavilə imzalandı.
2007-ci ildə Lokomotiv Moskva ilə 3 illik müqavilə imzaladı və 28 aprel 2009-cu ildə istefaya verildi. O, doqquz aydan sonra Amkara qayıtdı.
28 sentyabr 2011-ci ildə Amkar Perm prezidenti Gennadi Şilov Rəhimovun istefasını qəbul etdiyini təsdiqlədi.
5 Sentyabr 2018-ci ildə o, Axmat Qroznı (komanda əvvəlki dövrdə Terek adlanırıdı) ilə müqavilə imzaladı və bir il orada işlədi. +KlubÖlkəOyunQələbəHeç-heçəMəğlubiyyətOrta xalAdmira511713211.25Amkar411613121.49Lokomotiv401611131.48Amkar701917341.46Axmat1515938541.32
İstinadlar
Kateqoriya:Spartak Moskva FK futbolçuları Kateqoriya:Lokomotiv Moskva FK futbolçuları Kateqoriya:Rusiya futbol məşqçiləri Kateqoriya:SSRİ Yüksək Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Legioner Rusiya futbol məşqçiləri Kateqoriya:Rusiya Premyer Liqası məşqçiləri Kateqoriya:SSRİ futbolçuları Kateqoriya:Rusiya milli futbol komandasının oyunçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Real Valyadolid FK futbolçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Austriya Vyana FK futbolçuları