Esme üçün – məhəbbət və səfalətləHekayənin adının bu cür göstərildiyi birinci kitab: və ya digər adı ilə Esme üçün – məhəbbət və yoxsulluqlaHekayənin adının bu cür göstərildiyi ikinci kitab: () — ABŞ yazıçısı Cerom Selincerin ən çox tanınan hekayələrindən biri. İlk dəfə "The New Yorker" jurnalının 8 aprel 1950-ci ildə nəşr edilən nömrəsində nümayiş edilmişdir. Hekayədə İkinci Dünya müharibəsi əsnasında Avropada döyüşən Amerika baş serjantı İksdə yaranan ruhi özünüidarəetmə pozğunluqlarından, Esme ve Çarlz adlı iki ingilis bacı-qardaşının ona göstərdiyi sevgi nəticəsində sağalmasından və daxili rahatlıq əldə etməsindən bəhs edilir.
İkinci Dünya müharibəsindən sonra Amerika Birləşmiş Ştatlarında ən çox tanınan və əsərləri bəyənilən yazıçılardan biri olan Selincerin bir çox əsərlərinin əsas fikri "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsinin mövzusu ilə oxşardır. Yazıçının əsərlərində bildirdiyi əsas fikir bu cürdür: "İstənilən bir şəxs məhəbbətsiz yaşaya bilməz." Selincer Amerika ordusunda xidmət etdiyi və Normandiya əməliyyatında iştirak etdiyi üçün hekayə ilk dəfə nəşr olunanda əsərin avtobioqrafik hekayə olduğu iddiaları irəli sürüldü. Yazıçı "hekayəni müharibədə yaşadığı pis təcrübələr nəticəsində yazdığı" iddialarını rədd etdi.
İki hissəli hekayənin ilk hissəsində müəllifin on üç yaşlı qız övladı Esme və onun qardaşı Çarlzla tanış olmasından bəhs edilir. Esme müəllifin yazıçı olduğu öyrənəndə ondan özü üçün səfalətlə əlaqəli bir hekayə yazmağını xahiş edir. Hekayənin səfalətdən bəhs edən ikinci hissəsində hadisələr Normandiya əməliyyatından sonra Almaniyada baş verir. Birinci hissənin müəllifi olan baş-serjant İks müharibə yaşananlar səbəbi ilə özünü yalnız hiss edir və əziyyət çəkir. Bu hissə Esmenin göndərdiyi bir məktub və hədiyyə nəticəsində İksin yaşadığı ağır depressiya və ruhi özünüidarəetmə pozğunluqlarından xilas olması ilə bitir.
"Esme üçün – məhəbbət və səfalətlə" əsəri "The New Yorker" jurnalında ilk dəfə nəşr edildiyində oxuyucular və bir çox tənqidçilər tərəfindən "yazıçının ən yaxşı hekayəsi" olaraq qəbul edildi. Hekayə Selincerin ilk nəşri 6 aprel 1953-cü ildə edilən hekayə kolleksiyası "Doqquz hekayə" əsərində də yer alır. Bu kitabın Böyük Britaniyada nəşr edilən versiyası hekayə ilə eyni adı daşıyır.
Arxa plan thumb|left|250px|Selincerin Normandiya əməliyyatında iştirak etmədən əvvəl qarşı xəbəralma təlimi gördüyü Tiverton qəsəbəsi. Bu ərazi "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsinin birinci hissəsində bəhs edilən qəsəbə ilə çox oxşardır.
Selincer 1941-ci ildə Amerika ordusunda döyüşmək üçün rəhbərliyə müraciət etdi. Onun bu müraciəti ürək xəstəliyi səbəbi ilə rədd edildi. Yaponiyanın 7 dekabr 1941-ci ildə Pörl-Harboru bombalamasından sonra ABŞ İkinci Dünya müharibəsinə rəsmi şəkildə daxil olduğunu elan etdi. 23 yaşlı Selincerin müraciəti yenidən dəyərləndirildi və o, orduya qatıldı. 1942-ci il 27 aprel tarixindən əməliyyatlarda iştirak etməyə başladı. Fransız və alman dillərini bilən yazıçı sonrakı iki il ərzində Amerikada yaşadı və Merilenddə qarşı xəbəralma birliyinin təlimlərində iştirak etdi.
Müttəfiq dövlətlər 1944-cü ilin iyul ayında Almaniya tərəfindən işğal edilən Avropaya üz tutmağı planlayırdılar. Baş serjant Selincerin qoşunu 1944-cü ilin ilk günlərində bu əməliyyata hazırlaşmaq məqsədilə İngiltərəyə üz tutdular. Gəmi Liverpula çatanda yazıçı ordan Londona getməyi qərarlaşdırdı. Bu şəhərdə Dördüncü Piyada Diviziyasının XII Piyada Qoşununda qarşı xəbəralma kəşfiyyatçısı və baş serjant kimi iştirak etdi. Yazıçının piyada diviziyasının qərargahı Devon qraflığının Tiverton qəsəbəsi idi. Selincer Tivertondakı qarşı xəbəralma təlimlərində iştirak etdi və bu təlimlərdə müharibə kəşfiyyatı, təxribat, işğal edilən ərazilərin axtarılması və bu ərazilərdəki vətəndaşlarla həbs edilən düşmən qoşunlarının sorğulanması mövzusunda təlim aldı. Yazıçı 6 iyun 1944-cü ildə baş verən Normandiya əməliyyatında döyüşündən sonra müharibə qurtarana qədər Fransa və Almaniyadakı beş əməliyyatda iştirak etdi. Tivertonda olarkən boş vaxtlarını qəsəbənin səki daşları ilə döşənmiş dar küçələrində səyahət etməyə, barlarda içkilər qəbul etməyə və kilsədəki başladılan xoru seyr etməyə sərf edirdi. Amerika qoşunları gəlmədən əvvəl Tiverton qəsəbəsinin əhalisi təxminən 10 min nəfərdən ibarət olan kiçik ərazi idi. Diviziyanın qərargahı qəsəbənin xaricində böyük malikanə idi. Selincer də bu malikanədə yaşayırdı. Yazıçı R. Berd Şuman "Böyük Amerika yazıçıları: XX əsr" adlı kitabında və tədqiqatçı Kennet Slavenski isə "Üzücü banan qabığı və Cerom Selincer" adlı kitabında bildirirlər ki, "həm Selincerin Tivertonda yaşadığı hadisələr, həm də hekayədəki ərazi ilə Tiverton qəsəbəsi arasında oxşarlıqlar səbəbi ilə "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsindəki ərazi Tiverton ola bilər."
Tədqiqatçılar Selincerin müharibə dövründə yaşadığı təcrübələrin yazıçının hekayəsinə ilham mənbəyi olduğunu qəbul edirlər. Yazıçının orduda xidmətdə olarkən yazdığı "Az qaynadılmış serjant", "Son icazənin son günü", "Həftədə bir dəfə səni öldürə bilməz" adlı bir çox hekayəsi müharibənin davam etdiyi müddətdə müxtəlif jurnallarda nəşr edildi. Yazıçı müharibə bitdikdən sonra da bu mövzulu əsərlər yazmağa davam etdi. "Banan balığı üçün mükəmməl bir gün" əsərində keçmiş əsgər Seymur Qlassın intihar etməsini, "Tanıdığım bir qız" əsərində Buhenvald həbs düşərgəsində vəfat edən bir qızdan bəhs etdi. "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsi Selincerin müharibə ilə əlaqədar olaraq yazdığı ən tanınmış hekayələrindən biridir. Tədqiqatçılar Normandiya əməliyyatında iştirak edən baş serjant İksin döyüşlər əsnasında yaşadıqları səbəbi ilə ruhi olaraq özünüidarəetməni itirməsindən bəhs edən bu hekayəni İkinci Dünya müharibəsinin təsiri ilə yaranan ən mükəmməl ədəbi əsərlərdən biri olaraq qəbul edirlər.
Yazıçının bitirdikdən sonra "The New Yorker" jurnalına göndərdiyi "Esme üçün – məhəbbət və səfalətlə" əsəri ilk dəfə jurnal rəhbərliyi tərəfindən rədd edildi. 1950-ci ilin fevral ayında Selincer "The New Yorker" jurnalının redaktorlarından biri olan Qus Lobranoya bildirmişdi: "Mən sizə yazıb tamamladığım "Esme üçün – məhəbbət və səfalətlə" adlı hekayəmi jurnalınızda nəşr edilməsini istədiyim üçün göndərdim. Lakin gördüm ki, hekayənin altı səhifəsini qısaltmısınız. Bunu bərpa etməyinizi istəyirəm." Selincerin istəyindən sonra jurnal rəhbərliyi hekayənin yenidən hazırlanmış versiyasını nəşr etməyi qərara aldı.
Nəşrolunma tarixi Hekayə ilk dəfə "The New Yorker" jurnalının 8 aprel 1950-ci ildə buraxılan nömrəsinin 28-ci səhifəsində nəşr olundu. "Esme üçün – məhəbbət və səfalətlə" əsəri 1949-cu ilin aprel ayından 1951-ci ilin iyul ayına kimi Selincerin yeganə nəşr edilən hekayəsi idi. 1950-ci ilin avqust ayında İngiltərənin "Emiş Emilton" nəşriyyatının rəhbəri Cemi Emilton, Selincerlə əlaqə yaratdı. Emilton yazıçıya "Word Review" baxış-icmalında oxuduğu "Esme üçün – məhəbbət və səfalətlə" əsərini çox bəyəndiyini və yazıçının bütün hekayələrinin İngiltərədə nəşr edilmə hüquqlarını almaq istədiyini bildirdi. Selincer bu təklifi qəbul etdi.
"Story" jurnalının yaradıcısı və redaktoru Marta Foli "Esme üçün – məhəbbət və səfalətlə" əsərini 1950-ci il "Amerikanın ən yaxşı hekayələri"nin siyahısına əlavə etdi və əsər "1950-ci ilin priz hekayələri" bölməsində nəşr edildi. "Esme üçün – məhəbbət və səfalətlə" Folinin illik olaraq seçərək bu siyahıda nümayiş etdirdiyi Selincerin üç hekayəsindən biridir.
Selincer 1952-ci ilin noyabr ayında hekayənin antologiyası üçün daha əvvəl müxtəlif jurnallarda nəşr edilən doqquz əsərini seçdi. Bu əsərlər arasında "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsi də var idi. Yazıçı hekayəsinin tək şəkildə jurnallarda nəşr edilməsini istəmirdi. Hekayə Amerika Birləşmiş Ştatlarında 6 aprel 1953-cü ildə "Little, Brown and Company" nəşriyyatı tərəfindən "Doqquz hekayə" adı ilə nəşr edildi və böyük müvəffəqiyyət əldə etdi. "Doqquz hekayə" əsəri "The New York Times" jurnalının ən çox satılan əsərlərin siyahısında doqquzuncu yerdə qərarlaşdı və bu siyahıda üç ay müddətində qaldı. Cemi Emilton əsəri İngiltərə nəşriyyatında "Esme üçün və digər hekayələr" adı ilə nəşr etdirməyi fikirləşirdi. Əsərlərinin adları mövzusunda çox sərt qaydalar qoyan Selincer Emiltonun hekayənin Böyük Britaniya nəşriyyatında adını seçməsini qərara aldı. "Doqquz hekayə" əsəri Böyük Britaniyada "Esme üçün – məhəbbət və səfalətlə və digər əsərlər" adı ilə nəşr edildi. Bəzi müəlliflər belə düşünürlər ki, "Əsərin bu cür adlandırılmasında "Esme üçün – məhəbbət və səfalətlə" hekayəsinin Böyük Britaniya jurnallarında nəşr edilən Selincerin ilk hekayəsi olmasının və Britaniyalı gənc xanımın hekayəyə ad verməsinin də təsiri olmuşdur."
"Esme üçün – məhəbbət və səfalətlə" hekayəsi son dəfə 2005-ci ildə "The Complete New Yorker" adı ilə satılan DVD-də yer aldı. Bu DVD 1925–2005-ci illər arasında "The New Yorker" jurnalında nəşr edilmiş bütün məqalələri ehtiva edirdi. Həmçinin DVD-nin daxilində "Esme üçün – məhəbbət və səfalətlə" əsərindən başqa Selincerin on iki hekayəsi mövcud idi.
Obrazlar 250px|thumb|right|Hekayənin ilk dəfə nəşr edildiyi "The New Yorker" jurnalının 8 aprel 1950-ci ildə buraxılan 28-ci və 29-cu səhifələri.
Baş serjant İks — Hekayənin müəllifi və əsas obrazı. Birinci hissədə Normandiya əməliyyatında iştirak etməzdən əvvəl, xüsusi bir uşaqla İngiltərədə tanış olmasından bəhs edir. İkinci hissədə isə adı naməlumdur. Üçüncü şəxsin adından danışılan ikinci hissədə əsas mövzu baş qəhrəmanın döyüşlərdə yaşadığı ruhi-pozğunluqlardır. Əsas obraz baş serjant İks kimi adlandırılır. Esme — Baş serjant İksin əməliyyatda iştirak etməzdən bir gün əvvəl tanış olduğu on üç yaşlı qız övladı. Esme hekayənin ikinci hissəsində Baş serjant İks əməliyyatda olarkən ona məktub yazır. Hekayənin ilk hissəsində oxuyuculara Esmenin ailə həyatı quracağı və toy mərasiminə Baş serjant İksi də dəvət etdiyi barədə məlumat verilir. Çarlz — Esmenin beş yaşında olan oğlan qardaşı. Esmenin baş serjant İkslə tanış olduğu gün onların yanında olur. Kapral Z. Kley — Baş serjant İksin əməliyyatdan sonra Avropada yaşadığı günlərdə qaldığı otaqdakı dostu. Tədqiqatçı Harold Blum "C. D. Selincer və çovdarlıqda uçurumdan qoruyan" adlı kitabında yazır ki, "kobud, sadə və əsəbi bir şəxs olan Kapral Z. Kley hekayənin səfalət və yoxsulluq hissəsinin rəmzidir." Loretta — Kapral Z. Kleyin nişanlısı. Kley əməliyyatda olarkən ona tez tez məktub yazır. Mecley xanım — Esme və Çarlzın dayəsi. Mecley xanım baş serjant İkslə tanış olduqları gün uşaqları çayxanaya gətirən şəxsdir. Baş serjant İksin həyat yoldaşı — Hekayənin ilk hissəsində baş serjant İks barədə danışan şəxs. İks həyat yoldaşı ilə danışandan sonra Esmenin toy mərasiminə getməməyə qərar verdiklərini bildirir. Qrençer ana — Baş serjant İksin qayınanası. Hekayənin ilk hissəsində haqqında danışılır. Baş serjant İksin böyük qardaşı — Hekayənin ikinci hissəsində İks böyük qardaşı tərəfindən düşüncəsizcə yazılan bir məktubu oxuyur.
Süjet xülasəsi Hekayə kişi müəllifin toy mərasiminə dəvət edilməsi ilə başlayır. Müəllif 18 apreldə baş tutacaq bu toy mərasimində iştirak etməyi istəyir. Lakin onun "nəfəs kəsən bir əqli idarəetmə"yə sahib olduğunu bildirən həyat yoldaşı ilə mövzu barədə mübahisə etdiklərini və toy mərasiminə getməyəcəklərinə qərar verdiklərini bildirirlər. Çünki qayınanası aprel ayının ikinci həftəsində onları ziyarət etməyə və növbəti iki həftəni burada qalmağı planlayırdı. Bundan sonra müəllif altı il əvvəl tanış olduğu gəlinlə əlaqədar olaraq bir şeylər yazmağa qərar verir. Hekayənin ilk hissəsində gəlinlə tanış olduğu hadisələrdən bəhs edir.
Birinci hissə