2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsi () — sayca ənənəvi 17-ci Avroviziya Uşaq Mahnı Müsabiqəsidir. Müsabiqə 24 noyabr 2019-cuil tarixində "Share the joy" devizi altında Polşanın Qlivitse şəhərində keçirilmişdir. Bu Polşanın Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ilk ev sahibliyi olmuşdur. Müsabiqəyə İda Novakovska, Aleksandr Sikora və 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsində Polşaya qələbə qazandırmış Roksana Veqel aparıcılıq etmişdir.
18 iyul 2019-cu il tarixdə Avropa Yayım İttifaqı ümumilikdə 19 ölkənin Qlivitsedə keçirilən müsabiqədə iştirak edəcəyini təsdiqləmişdir. Bu ölkələrdən İspaniya 12 illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. 2018-ci ildə müsabiqədə iştirak etmiş Azərbaycan və İsrail isə yarışmada iştirakdan imtina etmişdir.
Qlivitsedə keçirilən 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Superhero" mahnısı ilə ev sahibi ölkə olan Polşa təmsilçisi Viki Qabor qalib gəldi. Bu Polşanın müsabiqədə ikinci qalibiyyəti oldu.
Keçirildiyi yer
2018-ci ildə Polşa təmsilçisi Roksana Veqelin "Anyone I Want to Be" mahnısı ilə müsabiqədə qələbə qazanmasının ardınca Polşanın 2019 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi AYİ tərəfindən dekabr ayında öz təsdiqini tapmışdır. Polşadan öncə isə Ermənistan və Qazaxıstan da müsabiqəyə ev sahibliyi etmək namizədliklərini irəli sürmüşdürlər.
2019-cu ilin mart ayında Polşanın Qlivitse şəhərində yerləşən Qlivitse Arenanın müsabiqənin keçirələcəyi məkan olduğu bəyan edilmişdir. Arena 17,178 nəfəri qarşılamağa hazırdır. Qlivitse ilə yanaşı eyni zamanda 6 şəhər daha öz namizədlik təkliflərini irəli sürmüşdürlər. Lakin təşkilat komitəsinin tələblərinə uyğun yalnız Qlivitse Arena uyğun gəlmişdir.
Şəhər Arena Tutum Qdansk Ergo Arena 15,000 Qlivitse Qlivitse Arena 17,178 Katovitse Spodek 11,500 Krakov Tauron Arena Kraków 20,400 Lodz Atlas Arena 13,800 Şetsin Arena Szczecin 7,027 Torun Arena Toruń 9,250
İştirakçılar
№ Ölkə Dil Müğənni(lər) Mahnı Tərcümə Yer Xal 01 İngiliscə Cordan Əntoni "We Will Rise" Yüksələcəyik 8 121 02 Fransızca, İngiliscə Karla "Bim bam toi" Bim bam sən 5 169 03 Rusca, İngiliscə Tatyana Mejentseva və Orjak Denberel "A Time for Us" Bizim üçün vaxt 13 72 04 Makedonca, İngiliscə Mila Moskov "Fire" Alov 6 150 05 İspanca Melani Qarsiya "Marte" Mars 3 212 06 Gürcücə, İngiliscə Georgi Rostaşvili "We Need Love" Bizə sevgi lazımdır 14 69 07 Rusca, İngiliscə Liza Misnikova "Pepelny (Ashen)" (Пепельный) Külrəngi 11 92 08 İngiliscə, Maltaca Eliana Qomes Blanko "We Are More" Biz daha çoxuq 19 29 09 Uelscə Erin Mai "Calon yn Curo (Heart Beating)" Ürək döyünür 18 35 10 Qazaxca, İngiliscə Yerjan Maksim "Armanyńnan qalma" (Арманыңнан Қалма) Xəyalından qalma 2 227 11 Polyakca, İngiliscə Viki Qabor "Superhero" Superqəhrəman 1 278 12 İrlandca Anna Karney "Banshee" Siren 12 73 13 Ukraynca, İngiliscə Sofiya İvanko "The Spirit of Music" Musiqinin ruhu 15 59 14 Niderlandca, İngiliscə Mateu "Dans met jou" Səninlə rəqs 4 186 15 Ermənicə, İngiliscə Karina İqnatyan "Colours of Your Dream" Arzunun rəngləri 9 115 16 Portuqalca, İngiliscə Joana Almeyda "Vem comigo (Come with Me)" Mənimlə gəl 16 43 17 İtalyanca, İngiliscə Marta Viola "La voce della terra" Yerin səsi 7 129 18 Albanca İsea Çili "Mikja ime fëmijëri" Mənim uşaqlıq dostum 17 36 19 Serbcə, İngiliscə Dariya Vraçeviç "Podigni glas (Raise Your Voice)" (Подигни глас) Səsini yüksəlt 10 109
Digər ölkələr Aşağıda adları göstərilən ölkələr daha öncə Avroviziya Uşaq Mahnı Müsabiqəsində iştirak etsələr də, 2019-cu ildə müsabiqədə iştirak etməmişdirlər.
(2012-2018) (2003-2012) (2003-2005) (2007-2016) (2003-2005) (2012-2018)
(2003-2014) (2003-2017) (2003-2011) (2007-2011) (2010-2013) (2014-2015)
(2003-2005) (2003-2009) (2013-2015) (2014-2015) (2003-2014) (2003-2008)
Xəritə thumb|400px|center|JESC 2018 Map|İştirakçı ölkələrin xəritəsi|
İstinadlar
Həmçinin bax Avroviziya Uşaq Mahnı Müsabiqəsi Avroviziya Mahnı Müsabiqəsi 2019 Avroviziya Mahnı Müsabiqəsi
Xarici keçidlər JuniorEurovision.tv
Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi Kateqoriya:2019-cu ildə musiqi