1981 Avroviziya Mahnı Müsabiqəsi (; ) — sayca 26-cı Avroviziya Mahnı Müsabiqəsidir. Conni Loqanın ifa etdiyi "What's Another Year" mahnısı ilə 1980 Avroviziya Mahnı Müsabiqəsində qələbə qazanmasının ardınca 1981-ci ildə İrlandiya müsabiqəyə ikinci dəfə ev sahibliyi etmək hüququ qazanmışdı. Müsabiqə ölkənin paytaxtı Dublin şəhərində RDS Simmonscourt Pavilion-da keçirilmişdir. Müsabiqə 1981-ci ilin 4 aprel tarixində baş tutmuşdur.
1981-ci ildə Kipr adası Avroviziyaya ilk dəfə qoşulmuşdur. Eyni zamanda Yuqoslaviya dörd illik, İsrail isə bir illik fasilədən sonra müsabiqəyə geri dönmüşdür. İsrailin müsabiqəyə geri dönməsi ilə birlikdə Mərakeş etiraz olaraq müsabiqədə iştirakdan imtina etmiş və bir daha Avroviziyaya geri dönməmişdir. Eyni zamanda İtaliya son illərdə ölkədə müsabiqənin reytinqinin aşağı düşməsi səbəbi ilə Avroviziya 1981-də iştirak etməmişdir. Ümumilikdə 20 ölkənin iştirak etdiyi müsabiqədə Böyük Britaniya təmsilçiləri Bucks Fizz qrupu ifa etdikləri "Making Your Mind Up" adlı mahnı ilə qalib gəlmişdirlər. Bu Böyük Britaniyanın Avroviziyada 26 ildə dördüncü qalibiyyəti idi.
Final Lüksemburq təmsilçisi Jan-Klod Paskal "Nous les amoureux" adlı mahnı ilə 1961 Avroviziya Mahnı Müsabiqəsində Lüksemburqa qələbə qazandırmışdır. № Ölkə Dil Müğənni(lər) Mahnı Azərbaycanca Yer Xal 1 Almanca Marti Brem "Wenn du da bist" Sən orada olanda 17 20 2 Türkcə Modern Folk Trio və Ayşəgül "Dönme Dolap" Dönmə dolab 18 9 3 Almanca Lena Valaitis "Johnny Blue" Conni Blu 2 132 4 Fransızca Jan-Klod Paskal "C'est peut-être pas l'Amérique" Bəli, bura Amerika deyil 11 41 5 İvritcə Hakol Over Habibi "Halayla" (הלילה) Bu axşam 7 56 6 Danca Tommi Seybax və Debbi Kameron "Krøller eller ej" Buruqdurlar yoxsa yox 11 41 7 Boşnakca Seid Memiç "Lejla" Leyla 15 35 8 Fincə Riki Sorsa "Reggae OK" Reqqi OK 16 27 9 Fransızca Jan Qabilu "Humanahum" Humanahum 3 125 10 İspanca Baçelli "Y sólo tú" Və yalnız sən 14 38 11 Niderlandca Linda Uilliams "Het is een wonder" Bu bir möcüzədir 9 51 12 İngiliscə Sheeba "Horoscopes" Bürclər 5 105 13 Norveçcə Finn Kalvik "Aldri i livet" Həyatda ola bilməz 20 0 14 İngiliscə Bucks Fizz "Making Your Mind Up" Qərar vermək 1 136 15 Portuqalca Karlos Payan "Playback" Fonoqrama 18 9 16 Niderlandca Emli Starr "Samson" Samson 13 40 17 Yunanca Yiannis Dimitras "Feggari Kalokerino" (Φεγγάρι καλοκαιρινό) Yay ayı 8 55 18 Yunanca Island "Monika" (Μόνικα) Monika 6 69 19 İtalyanca Peter, Syu və Mark "Io senza te" Məni Sənsiz 4 121 20 İsveçcə Byörn Skifs "Fångad i en dröm" Röyalarda olmaq 10 50
Nəticələr Səsvermə nəticələri Cəmi Avstriya 20 6 1 5 6 2 Türkiyə 9 1 3 5 Almaniya 132 5 12 3 8 8 2 7 8 12 3 6 4 7 12 10 5 8 12 Lüksemburq 41 10 5 3 4 3 1 4 6 5 İsrail 56 8 4 6 7 7 8 4 5 4 3 Danimarka 41 1 1 7 4 3 2 5 2 12 4 Yuqoslaviya 35 4 8 2 1 5 2 3 10 Finlandiya 27 2 1 2 5 5 1 5 6 Fransa 125 12 12 12 7 2 4 10 6 4 5 1 10 3 8 7 12 10 İspaniya 38 10 6 4 3 10 3 2 Niderland 51 3 5 3 4 7 2 7 6 7 2 3 2 İrlandiya 105 7 3 6 10 10 12 5 6 5 10 1 10 12 1 7 Norveç 0 Böyük Britaniya 136 4 8 4 5 12 10 10 3 7 8 12 10 3 6 8 6 4 8 8 Portuqaliya 9 8 1 Belçika 40 1 7 1 6 8 2 3 7 5 Yunanıstan 55 6 2 6 1 10 1 2 8 6 6 7 Kipr 69 5 3 6 8 8 7 10 7 12 3 İsveçrə 121 2 2 7 8 4 12 12 10 4 1 12 12 12 8 4 10 1 İsveç 50 10 2 5 7 1 12 6 2 4 1
Xarici keçidlər Eurovision.tv
Həmçinin bax Avroviziya Mahnı Müsabiqəsi
Kateqoriya:1981-ci ildə İrlandiya