Füzuli kantatası — bəstəkar Cahangir Cahangirov tərəfindən 1959-cu ildə yazılmış və elə həmin il Azərbaycan Dövlət Opera və Balet Teatrında premyerası baş tutmuş kantata. Əsərdə klassik Azərbaycan şairi Məhəmməd Füzulinin qəzəllərindən və Rəsul Rzanın Füzuliyə həsr edilmiş şerindən istifadə edilmişdir.

Bütövlükdə üç hissədən ibarət olan kantata girişlə başlayır. Burada Füzuli dövrünün ab-havası və lirik fəlsəfi ideyası yüksək emosional tonda təcəssümünü tapmışdır. Bunun üçün bəstəkar “Rahab” muğamından bacarıqla istifadə etmişdi. Ümumiyyətlə, kantatada Füzuli qəzəllərinin ruhu musiqi təcəssümünü tapır. Eyni zamanda bəstəkar müxtəlif emosional vəziyyətlərin qarşılaşdırılması ilə dramatik inkişafa nail olur.

Füzuli kantatası aid olduğu musiqi janrının ən gözəl nümunələrindən biri hesab edilir. Cahangir Cahangirovun kantatası bu janrda yazılan digər əsərləri kölgədə qoyub. 500 ilə yaxındır ki, poeziyada davam edən Füzuli möcüzəsi Cahangir Cahangirov yaradıcılığında öz musiqi əksini tapıb. Bəstəkar bu əsərində Füzulinin "Söz haqqında", "Şəbi-hicran" və "Məni candan usandırdı" qəzəllərini musiqinin dili ilə ustalıqla canlandıra bilib. Bəstəkar Füzulinin əsrlər öncə sözə çevirdiyi hislərini musiqinin dili ilə səsləndirməyi, XVI əsrin böyük şairinin hiss və fikirlər aləminə ustalıqla daxil olmağı bacarıb. "Füzuli" kantatası bəstəkarın yaradıcılığında şah əsərəsə çevrilib. Kantata ilk dəfə efirdə və radioda səsləndikdən sonra insanlar bu janrı sevməyə başlayıblar.

Tarixi

Cahangir Cahangirov öz yaradıcılığında vokal-instrumental musiqiyə, kütləvi mahnı janrına daha çox meyil göstərmişdir. Buna görə də, onun yaradıcılığı Azərbaycan xor musiqisinin və kütləvi mahnılarının inkişafında böyük rol oynamışdır. Onun bəstələdiyi kantatalar, oratoriyalar və süitalar geniş dinləyici kütləsinin məhəbbətini qazanmışdır.

Cahangir Cahangirovun "Füzuli" kantatası ona çox böyük şöhrət gətirmişdir. Azərbaycanda ilk kantata 1934-cü ildə Üzeyir Hacıbəyli tərəfindən yaradılmışdır. Bu kantata qədim Şərqin filosof-şairi Firdovsinin 1000 illiyinə həsr olunmuşdu. Sonralar isə – 1938-ci ildə Qara Qarayev Azərbaycanın ikinci kantatasını – "Ürək mahnısı" əsərini yazmışdır. Üçüncü kantata isə Cövdət Hacıyev tərəfindən yaradılmışdır. Bu ənənəni Rauf Hacıyev, Niyazi davam etmişdirlər. Bu sırada Cahangir Cahangirov da bu ənənəyə töhfə vermiş və "Füzuli" kantatasını yaratmışdır.

Daha sonralar üslubu gənc bəstəkarlar tərəfindən davam etdirilən Cahangir Cahangirov "Füzuli" kantatasından on il əvvəl solist, xor və simfonik orkestr üçün "Arazın o tayında" adlı vokal-simfonik poema qələmə almışdır. Bu poemanı bitirəndə Cahangirovun iyirmi səkkiz yaşı tamam olmamışdı. Bu əsər SSRİ-də, xüsusən paytaxt Moskvada "qocaman düşüncələr poeması" kimi qarşılanmış, "ucqar şedevr" obrazı ilə qiymətləndirilmişdi. Cahangirov növbəti kantatalarına qədər xor mahnılar, onlarla xor miniatürləri yazmışdır. Nəhayət, bəstəkar 1956-cı ildə daha bir ümumittifaq sədalı uğuru – "Dostluq haqqında mahnı" kantatasına imza atmışdır. Üç il sonra isə Cahangir Cahangirov "Füzuli" kantatasını qələmə almışdır.

Füzuli kantatası 1959-cu ilin əvvəlində yazılmışdır. Onun bacısı Roza xanım Cahangir Cahangirovun "Füzuli" kantatasını xatırlayaraq qeyd etmişdir:

"Füzuli" kantatası ilk dəfə 1959-cu ilin aprelində, şairin 400 illik xatirəsinə həsr olunmuş təntənəli gecədə Azərbaycan Dövlət Opera və Balet Teatrında səsləndirilmişdir. Həmin müsabiqədə əsər birinci yeri tutmuşdur. Kantata ilk dəfə efirdə və radioda səsləndikdən sonra insanlar bu janrı sevməyə başlayıblar. Kantata üç hissədən ibarətdir və bu hissələr arasında demək olar ki, heç bir tematik musiqi əlaqəsi yoxdur. Hər bir hissənin musiqi xarakterindən asılı olan qəzəl beytləri bir növ əsərin formasını diktə edir. Bu cür istifadə sərbəst formanın yaranmasına və inkişafına səbəb olur. Bədii-estetik və xalq musiqisi çalarları ilə zəngin olan kantata, təqdim edilməsindən qısa müddət sonra Azərbaycanda məşhurlaşmışdır.

Sözləri 180px|thumb|right|Məhəmməd Füzulinin Əzim Əzimzadə tərəfindən 1914-cü ildə çəkilmiş bədii portreti, Azərbaycan Milli İncəsənət Muzeyi. Bəstəkar şairin beş qəzəlindən istifadə etmişdir. Cahangir Cahangirovun Füzuli kantatasında Məhəmməd Füzulinin qəzəllərindən, əsərin finalında isə Rəsul Rzanın Məhəmməd Füzuliyə həsr edilmiş şerindən bir bənd istifadə olunmuşdur. M. Füzuli qəzəlləri XVI əsrdən etibarən muğam kompozisiyasının poetik əsası olmaqla, söz və musiqi arasında qırılmaz əlaqələr yaratmışdır. Mənəvi və fiziki gözəllik, şəxsiyyətin tərbiyəsi, əməksevərlik, cəsarət və digər gözəl insani keyfiyyətlər şairin əsərlərinin özəyini təşkil edir.

Bəstəkar əsər üzərində çalışmağa başlamazdan əvvəl Füzulinin divanlarını, o cümlədən “Leyli və Məcnun” poemasını öyrənmiş daha sonra isə bu iri külliyyatdan “Söz”, “Ney kimi”, “Məni candan usandırdı”, “Ol pərivəş” qəzəlləri və “Leyli və Məcnun” poemasının “Bu Məcnuna anası pənd verdiyidir və Bustani məlamətdən xari-nədamət dərdiyidir” hissəsindən “Qəzəli-Ustad” qəzəllərindən istifadə etmək qərarına gəlmişdir.

Musiqisi

Kantata bir-birinə bağlı olmayan, geniş, ətraflı musiqidən ibarətdir. Kantatanın poetik əsası kimi götürülmüş kiçik qəzəllər hissələrin formasını müəyyən edir. Bunlar hər şeydən əvvəl, kupletli və ya adi üçhissəli formalardır. Kantatanın əhval-ruhiyyəsi, əsasən lirik xarakter daşıyır. Əsərin fəlsəfi ideyası, əqidəsi bəstəkar tərəfindən ümumiləşdirilmiş emosional obrazlarla təmsil olunur. Burada Cahangir Cahangirovun musiqi dili üçün xarakterik olan cəhətlərdən biri – nəqledicilik təzahür edilmişdir. Bu xüsusiyyət kantatanın birinci hissəsinin girişində və ikinci hissəsində qabarıq, tələsmədən, aramla hərəkət edən aydın musiqi ifadəsində verilir. Giriş həm də xalq çalğı alətləri ifaçılarının tonal dayaq göstərməsini xatırladır. center|600 px Bəstəkar öz dinləyicisini Füzulinin obrazlar aləminə aparan kantatanın “Söz” adlanan birinci hissəsində musiqi vasitəsilə sözün zənginliyi haqqında danışır və sözün insan fikirlərinin sevinci və dərdini, dərin hisslərini göstərmək qüvvəsinə malik olmasını açmağa çalışır. Müəllif lad-harmoniya və orkestr vasitəsilə (major və minor qarşılaşdırılması, muğamın şöbələri, orkestr qruplarının, nüansların müxtəlifliyi, kontrastlıq f/p) bədii məzmunun zərif, incə xüsusiyyətini qeyd edir. Mətnin obrazlı ifadəsi üçün bəstəkar müxtəlif melodik hərəkətləri və polifonik yazını xüsusi olaraq nəzərə çatdırmağa səy göstərir.

Birinci hissənin lirik-fəlsəfi əhval-ruhiyyəsi kodada dramatizm xüsusiyyətini əldə edir. Qəzəllərdə istifadə olunan əruz vəzni musiqi ilə də qeyd olunur. Əruz vəzni üçün səciyyəvi olan vurğuların dəqiq bölüşdürülməsi, ayrı-ayrı beytlərin təkrarı musiqi ibarələrinin improvizasiyalı sonluqlarına imkan yardır.

İkinci hissədə öz sevgilisi üçün darıxan şairin obrazını yaradan solistin “Məni candan usandırdı” adlı lirik-kədərli mahnısı kantatada aparıcı rol oynayır. Kulminasiyanı təşkil edən orta şöbədə solist “Şəbi-hicran” ifadəsi ilə başlayan xorla özünəməxsus tərzdə dialoq aparır. Sərbəst, səmimi axan melodiyanın “ahəngdarlığı” xor və orkestrın unison müşayəti ilə qeyd olunur. center|600 px Kantatanın bu hissəsində melodiya və musiqinin inkişafında muğam üslublarının təsiri xüsusilə hiss olunnur. Cahangir Cahangirov bunlardan böyük ustalıqla istifadə edir. Lad şöbələrinin inkişafı ardıcıl olaraq tez-tez tonika dayağına qayıtmaqla gedir. Məslən, musiqi si bemol minorda Şur muğamında başlayır. Sonra lya bemol Şahnaza keçir və mi bemol Rastdan sonra yenə də si bemol Şura və lya bemol Şahnaza qayıdır. center|600 px Kantatanın mərkəzi kulminasiya hissəsi Bayatı-Kürdün (Şurda) kulminasiya şöbəsi ilə üst-üstə düşür. Burada mənbəyini muğamdan götürən variantlılıq prinsipi müəyyən dərəcədə hərtərəfli inkişaf təəssüratı yaradır.

İkinci hissə üç hissəli formada yazılmışdır. Belə ki, bütün bölmələr intonasiya nöqteyi-nəzərindən bir-birinə sıx bağlıdır. Bu bağlılığa iki amil kömək edir: birinci amil – hər bir yeni bölmə əvvəlki bölmənin inkişaf variantı kimi qavranılır; ikinci amil – bütün bölmələrin birləşməsində leytmotiv rolunu oynyan mövzudur. Bu mövzu ilk dəfə ikinci hissənin orkestr girişində, daha sonra xorun və solistin ifasında eşidilir.

Bu mövzu müəyyən dərəcədə üçüncü hissəyə də daxil olur. Kantatanın üçüncü hissəsində insanda alicənablıq və ruh yüksəkliyi kimi hissləri canlandıran sevgi tərənnüm edilir. Finalın kənar hissələri (üçüncü hissə də üç hissəlidir) lirikdir. Onlar sanki kantatanın əvvəl edilmiş lirik cizgilərini davam etdirir. Kantata Rəzul Rzanın Füzuliyə həsr edilmiş şeri əsasında kiçik fuqatolu koda ilə yekunlaşır. Bu kodada C. Cahangirov xor fakturasının kamil bilicisi olmağı özünü büruzə vermişdir. Koda, təbii, melodik nəfəsə tabe olaraq çox azad inkişaf edir. Bəstəkar tərəfindən geniş istifadə olunan polifoniya yazının müxtəlif variantlarında istifadə olunması həmiə müəyyən poetik məxmunla diktə olunur.

Cahangir Cahangirovun "Füzuli" kantatasından bəhs edən Tahir Abbaslı qeyd etmişdir:

Lad-məqam xüsusiyyətləri Birinci hissə

Üç hissəli kantatanın bir hissəsinin girişi iki bölmədən ibarətdir. Burada birinci bölümdə “Rahab” muğamından sitat kimi istifadə olunmuşdur. “Rahab” muğamının intonasiyalarının səsaltı polifonik ifadələri orkestr vasitəsi ilə ifa olunduqdan sonra, sanki bu bölümün öz mövzusunu tamamlayır. Daha sonra isə ikinci bölüm yeni ritmik mövzunun səslənməsi ilə başlayır. Tədqiqatçı N. Mirzəyeva bu hissənin iki müqəddimədən ibarət olduğunu qeyd etmişdir.

Giriş hissəsindən sonra gələn bölümlər a+b+a1+b1 formasında “Söz” qəzəli və c+d+c formasında isə “Ney kimi” qəzəlinin beyt misraları ilə əhatələnir. Qəniyev 11 Beləliklə, giriş hissəsinin birinci bölümü Ad libitum, ikinci bölümü Andante, “Söz” qəzəli ilə əhatələnən bölümdə isə Meno Mosso, Piu mosso templərindən, 6/8, 2/4, ¾, 4/4 ölçülərindən, poco piu mosso, ritenuto, espressivo, crescendo, diminuendo, p, pp, ppp və f, ff, fff nüanslarından istifadə olunmuşdur. “Ney kimi” qəzəli ilə əhatələnən bölüm isə Maestoso nüansında başlayır. 4/4 ölçü və Es dur tonallığı bu bölüm üçün xarakterikdir. Burada mf, f, ff, espressivo, poco piu mosso, largo con forzo, crescendo, diminuendo nüansları özünü büruzə verir.

Bu hissədə c bölümü xor səslərində, d bölümü isə böyük simfonik orkestrın ifasında səslənir. C bölümünün reprizası zamanı orkestr səslərində səsaltı polifonik elementlər özünü büruzə verir. Hər iki bölümün sonu üçün fermato işarəsi xarakterikdir. Bu hissə a+b+a1+b1+c+d+c formasında istifadə edilir.

Bu hissədə melodik və monodik səslənmələr həm dirijordan, həm də orkestr ifaçılarından ustalıq tələb edir. “Rahab” muğamının intonasiyalarının orkestr girişində özünü dəyişkən ritmdə büruzə verməsi və daha sonrakı ifalarda lad və ölçü dəyişkənliyinin meydana çıxması dirijorluq texniki qaydalarını zənginləşdirir. Qadın xorunun sinopkalı çıxışından sonra dirijor bas səslərin uzanmasını təmin edir və bu zaman tenor səslərində ¾ ölçüdə melodiyaların qarışıq gizli, aksentləri özünü göstərir.

İkinci hissə

Kantatanın ikinci hissəsi özündə geniş musiqi fikirlərini cəmləşdirir. Burada orkestr girişindən sonra Füzulinin “Məni candan usandırdı” qəzəlindən bütünlüklə melodik xətlərin inkişafı boyu istifadə olunmuşdur. Bəstəkar bu hissədə müstəqil musiqi mövzuları ilə mürəkkəb üç hissəli forma yaratmağa müvəffəq olur. A və b bölümlərindən əvvəl orkestrin ifasında giriş partiyası səslənir və bu bölümlərin təkrarından sonra koda üzə çıxır. Burada a bölümü “Məni candan usandırdı” qəzəlinin birinci beyti ilə, b bölümü ikinci və üçüncü beytlə, c bölümü isə dördüncü beytlə kişi xorunun solo altın deyişməsi ilə ifadələnir. Bu hissədəki kulminasiya c bölümündə dördüncü beytin birinci misrası ilə kişi xorunun iştirakı ilə verilir. Yenidən üzə çıxan a və b bölümləri əvvəlki a və b bölümlərini təkrarlayaraq kodaya giriş yaradır.