Hal-hazırda Avropa İttifaqına gələcəkdə üzv olmaq üçün doqquz ölkə namizəddir: Türkiyə (14 aprel 1987-ci ildən bəri), Şimali Makedoniya (22 mart 2004-cü ildən bəri), Monteneqro (2008-ci ildən bəri), Albaniya və Serbiya (hər ikisi 2009-cu ildən bəri), Moldova və Ukrayna (hər ikisi 2022-cu ildən bəri) və Gürcüstan (2023-ci ildən bəri). Albaniya və Şimali Makedoniyadan başqa bütün ölkələr qoşulma danışıqlarına başlayıb. Bosniya və Herseqovina və Kosova (Kosova 5 Aİ ölkəsi tərəfindən tanınmır) Aİ-yə üzvlük üçün potensial namizədlər kimi tanınıblar. Danışıqlarda ən tez irəliləyən Serbiya və Monteneqronun 2025-ci ilə qədər Aİ-yə üzv olması gözlənilir. Digər danışıqlar davam etsə də, Türkiyə ilə danışıqlar durğunluq dövründədir.

Kopenhagen kriteriyaları və Maastrixt sazişinə uyğun olaraq, qoşulma kriteriyası belədir: azadlıq, demokratiya və insan hüquqları və fundamental azadlıqlara hörmət və qanunun aliliyi prinsiplərinə hörmət edən hər bir "Avropa ölkəsi" Aİ-yə üzvlük üçün müraciət edə bilər. Ölkənin Avropa ölkəsi olub-olmaması Aİ institutları tərəfindən siyasi cəhətdən qiymətləndirilir.

Şərq Tərəfdaşlığı strategiyasına görə, Aİ-nin 2020-ci ildən əvvəl post-sovet ölkələrindən hər hansı birini bloka qoşulmağa dəvət edilməsi ehtimal edilmir. Ancaq 2014-cü ildə Aİ Gürcüstan, Moldova və Ukrayna ilə Assosiasiya sazişi imzalayıb və Avropa Parlamenti hər 3 ölkənin "Avropa perspektivi"ni tanıyan qətnamə qəbul edib.Richard Balmforth and Natalia Zinets. Ukraine president sets 2020 as EU target date, defends peace plan . Reuters. 25 September 2014.

Hal-hazırkı vəziyyət Status Assosiasiya sazişi Üzvlük üçünmüraciət Namizədstatusu Danışıqlar başlayır Tədqiq bitir Fəsillər 2009-04-01 (SAS) 2009-04-28 2014-06-24 2020-03-24 – – 2015-06-01 (SAS) 2016-02-15 2023-12-15 – – – 2016-06-01 (AA) 2022-03-03 2023-12-14 – – – 2016-04-01 (SAS) – – – – – 2016-06-01 (AA) 2022-03-03 2022-06-23 2023 2024 – 2010-05-01 (SAS) 2008-12-15 2010-12-17 2012-06-29 2013-06-27 33-ün 3/33-i 2004-04-01 (SAS) 2004-03-22 2005-12-17 2020-03-24 – – 2013-09-01 (SAS) 2009-12-22 2012-03-01 2014-01-21 2015-03-24 34-ün 2/17-i 1964-12-01 (AS) 1987-04-14 1999-12-12 2005-10-03 2006-10-13 33-ün 1/16-ı 2017-09-01 (AA) 2022-02-28 2022-06-23 2023 2024 –

İstinadlar

Kateqoriya:Avrointeqrasiya