Pijonit — mineral, monoklinik piroksen, (Mg, Fe2+, Ca)2[Si2O6]

Haqqında Pijonit - qatışıqları: Al, Fe3+, Ti, Mn. İkiləşməsi adətən {001} üzrə sadə və polisintetik. Adətən zonallıq müşahidə olunur. Toleit və qabbro tərkibli kiçik intruzivlərin və lavaların sürətlə krislallaşması zamanı əmələ gəlir. Kristallaşma dərinlikdə getdikdə pijonit rombik piroksenə keçir, diopsid-hedenbergit komponentlərin qalan hissəsi isə monoklinik piroksen lövhələri şəklində ilkin piroksenin {001} müstəvilərinə paralel yerləşir. Növ müxtəlifliyi: ferropijonit.

İstinadlar

Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.

Kateqoriya:Kalsiumun mineralları Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Dəmirin (II) mineralları Kateqoriya:Monoklinik sinqoniya mineralları