thumb|200px|left|Atollun kosmosdan təsviri. Vahanqa () — Tuamotu arxipelaqına, Akteon adaları qrupuna daxil olan kiçik atoll (Fransa Polineziyası).

Coğrafiya Atollun sahəsi 3,8 km²-dir. Daxilində laqun vardır. Laqun okean sularından tam təcrid olunub. Manqareva atollundan 225 km məsafədə yerləşir. Atoll tam olaraq palma ilə örtülmüşdür.

İnzibati bölgüsü İnzibati baxımından Qambe kommunasına daxildir.

Tarixi Vahanqa ilk dəfə 1606-ci ildə portuqal əsilli ispan dənizçisi və səyyahı Pedro Fernandes Kiros tərəfindən kəşf edilmişdir.

Əhali 2007-ci il məlumatına görə adada yaşayış yoxdur. Bununla belə adada eniş-uçuş zolağı vardır.

Mənbə

Kateqoriya:Sakit okeanın adaları Kateqoriya:Okeaniya adaları Kateqoriya:Mərcan adaları Kateqoriya:Sakit okeanın yaşayış olmayan adaları Kateqoriya:Yaşayış olmayan arxipelaq