Muniba Mazari (, ) — Pakistan rəssamı və sosial-siyasi fəalı. O, 21 yaşında avtomobil qəzasına uğramışdır və Pakistanın əlil-arabasından istifadə edən ilk modelidir. Yaradıcılıqla yanaşı, tez-tez müxtəlif tədbirlərdə motivasiya natiqi kimi çıxış edən Muniba BMT Qadınlar təşkilatının Pakistan üzrə milli səfiridir.

Həyatı Muniba 3 mart 1987-ci ildə Pakistanda anadan olmuşdur. Əslən bəlucdur. 18 yaşında ilə həyatı quran Munibanın 2007-ci ildə, 21 yaşında avtomobil qəzası zamanı onurğası zədələnir. Munibanın Nil adlı övladlığa götürdüyü oğlu var.

Fəaliyyəti Muniba xeyriyyəçi kimi fəaliyyət göstərməklə yanaşı, özünün "Munibanın lövhəsi" adlı markasını yaratmışdır.

Muniba Mazari müxtəlif kampaniyalarında iştirak etmiş, bir müddət Pakistanın milli televiziyasında aparıcı kimi işləmişdir. Hal-hazırda Pakistanın BMT Qadınlar təşkilatının xoşməramlı səfiridir. O, burada qadın və uşaq hüquqları barədə çıxışlar edir. Muniba BBC tərəfindən 2015-ci ilin 100 qadınından biri, Forbs jurnalı tərəfindən 30 yaşdan cavan 30 nüfuzlu insandan biri seçilmişdir. İstinadlar

Kateqoriya:Əlil incəsənət xadimləri Kateqoriya:Əlil arabası istifadəçiləri