Şəhla Ağapur və ya Şəhla Ağapur-Benakohell () — Almaniyada yaşayan azərbaycanlı rəssam, yazıçı və qalereya direktoru. O, həmçinin yazıçılıq və şairlikdən əlavə heykəltaraşlıqla da məşğuldur.

Həyatı Şəhla Ağapur Tehran şəhərində azərbaycanlı ailədə anadan olmuşdur. O, erkən yaşlarından incəsənət və ədəbiyyatla maraqlanmağa başlamışdır. O, həmçinin jurnalistika ilə də məşğul olmuşdur. İran İslam inqilabından sonra Ayandegan qəzetində çalışmışdır. Dissident jurnalist fəaliyyətinə görə İrandan Almaniyaya miqrasiya etməyə əcbur olmuşdur.

Berlinə köçdükdən sonra sərbəst iş formasında çalışmış və Almaniyada və başqa ölkələrdə öz əsərləri nümayiş etdirilən sərgilər təşkil etmişdir. and other countries.http://www.kodoom.com/en/search/?q=shahla+aghapour&qw=Berlin%2C+Germany | |title =Exhibitions and Readings 2003-cü ildə Berlin İncəsənət Universitetində İncəsənət ixtisası üzrə magistr təhsilini başa vurmuşdur. Bundan sonra incəsənət müəllimi və rəssamlıq layihələrinin rəhbəri kimi çalışmışdır."Workshops for children at Moabiter Ratschlag"

Şəhla Ağapur Almaniya Federal Rəssamlar İttifaqının üzvüdür. Həmçinin Almandilli ölkələrdə yaşayan sürgündəki yazıçıların PEN Mərkəzinin üzvüdür. Sürgündəki iranlı yazıçıların təşkilatı olan İranlı Yazıçılar İttifaqının 2007-ci ildən 2009-cu ilə qədər sədri olmuşdur.

Fəaliyyəti Sərgiləri Milli Qalereya (İran) Ay Qalereyası (İstanbul) Azad Berlin İncəsənət Sərgisi (Almaniya) Küləyin oyuncaqları, Berlin-Hamburq-Münster-Zaqreb-Split-Vrqorak (səyahət sərgisi) Kulturministerium Brandenburq (Potsdam, Almaniya) Spandau Mədəniyyət Mərkəzi (Almaniya)http://www.berliner-zeitung.de/die-kulturhaus-galerie-stellt-werke-einer-iranischen-kuenstlerin-aus-angst-und-trauer-in-gesichtern-16909936 | |title = Berliner Zeitung (newspaper) Brandenburq Mədəniyyət Nazirliyi (Almaniya) Oppenheim Mədəniyyət Qalereyası forumu (Almaniya) Saviour kilsəsi (Almaniya) İncəsənət marketi (Almaniya) Brext-Haus (Almaniya) Rathaus Şöneberq (Almaniya) Qədim Od Stansiyası (Almaniya) Delft Mədəniyyət Mərkəzi (Niderland) Zürix Mədəniyyət Klubu (İsveçrə) Luqano Mədəniyyət İttifaqı (İsveçrə) Prussiya Landtaqı (Almaniya) "İran gecəsi" sərgisi (Almaniya. Almaniyanın o dövrki və ondan əvvəlki prezidentlərinin həyat yoldaşları da sərgiyə qatılmışdır) Hyuston Hilton oteli (ABŞ) Fars Mədəniyyət Mərkəzi (ABŞ) Sürgün salonu (Almaniya) Benakohell Qalereyası (Almaniya)

Nəşrləri Andishaje hessi ( ), (farsca), Tehran, İran Sarate garme hes ( ), (farsca), Bohum, Almaniya Ashovtegieh Djahan ( ), (farsca), Bohum, Almaniya Parvaze sorkhe tan ( ) (farsca), Almaniya Oliver Tvist Tehranda, Almaniya Morvarid-e Siah ( ), (farsca), Bohum, Almaniya

Həmçinin bax Cənubi Azərbaycan

İstinadlar

Kateqoriya:İran azərbaycanlıları Kateqoriya:İran şəxsləri