Hacı Hacıyev (tam adı: Hacı Məmmədbağır oğlu Hacıyev) — baytar-alim, tibb elmləri doktoru, professor, Azərbaycan EA müxbir-üzvü, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət Aqrar Universiteti) elmi işlər üzrə prorektoru.
Həyatı Hacı Hacıyev 21 mart 1919-cu il Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Yaycı kəndində anadan olub. 1941-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirib. Kənd Təssərrafatı İnstitutunun kənd təsərrüfatı heyvanlarında daxili yoluxmayan xəstəliklər, klinik diaqnostika və cərahiyyə kafedrasının müəllimi olmuşdur. 1962-ci ildən dosent, 1967-ci ildən kənd təsərrüfatı elmləri elmləri doktoru, 1967-ci ildən professor, 1978-ci ildən Azərbaycan Kənd təsərrüfatı İnstitunun elmi işlər üzrə prorektoru olmuşdur. Hacı Hacıyevin təşəbbüsü ilə Naftalan neftinin tərkibinin ardıcıl surətdə öyrənilməsi və baytarlıqda tətbiqi üzrə problem laboratoriuası təşkil edilmişdi. Elmi-pedaqoji fəaliyyəti 3 monoqrafiyanın, 5 dərsliyin, 200-dən çox elmi məqalənin, "Baytarlıq terminləri lüğəti"nin müəllifidir. Naftalan nefti ilə müalicə sahəsiundə elmi işləri 1971-ci ildə Meksikada Beynəlxalq konqresin materiallarına daxil edilmişdir. Əsərləri Kənd Təssərrüfatı heyvanlarının yoluxmayan daxili xəstəlikləri, Bakı şəəhəri, 1977 Kənd Təsərrüfatı heyvanlarının müayinəsi, Bakı şəhəri, 1984 Klinik diaqnostika (yenidən işlənmiş və əlavə edilmiş 3-cü nəşri) Bakı, 1985Naxçıvan Ensiklopediyası Bakı 2002, s.175 Xarici keçidlər Aqrar Universitetdə professor Hacı Hacıyevin 100 illik yubileyi ilə əlaqədar elmi-nəzəri konfrans keçirilib İstinadlar
Kateqoriya:Səhiyyə