Pyotr Pavloviç Jarikov (; ) — Azərbaycan-sovet teatr aktyoru və rejissoru, Azərbaycan SSR xalq artisti (1941), Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı.

Həyatı Pyotr Jarikov -ci ildə Moskvada anadan olmuşdur. 1912-ci ildə Moskva Bədaye Teatrının studiyasını bitirmişdir. O, bu teatrda işləməyə isə hələ 1911-ci ildən başlamışdır. 1918-ci ildən Moskva Kamera Teatrında çalışmış, 1920–1927-ci illərdə Saratov, Kazan, Penza, İrkutsk, Samara, Krasnodar və digər şəhərlərin teatrlarında fəaliyyət göstərmişdir. 1928–1963-cü illərdə isə Azərbaycan Dövlət Rus Dram Teatrında çalışmışdır.

Pyotr Jarikov 1921-ci ildən pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Bundan əlavə, Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatı seçilmişdir.

Pyotr Jarikov 9 yanvar 1969-cu ildə Bakıda vəfat etmişdir.

Təltif və mükafatları "Azərbaycan SSR xalq artisti" fəxri adı — 8 yanvar 1941 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938 "Qırmızı əmək bayrağı" ordeni — 9 iyun 1959 "Şərəf nişanı" ordeni — 25 fevral 1946

Teatr fəaliyyəti

İfa etdiyi əsas rollar

"Ağıldan bəla", Aleksandr Qriboyedov — Çatski "Müfəttiş", Nikolay Qoqol — Xlestakov "Vaqif", Səməd Vurğun — Vidadi "İstedadlar və pərəstişkarlar", Aleksandr Ostrovski — İrakli Dulebov "Cehizsiz qız", Aleksandr Ostrovski — Karandışev "Narahat qocalıq", Leonid Raxmanov — Polejayev "Qiyam", Dmitri Furmanov — Furmanov "Dələduz", Aleksandr Afinogenev — Okayomov "Atalar və oğullar", İvan Turgenev — Vasili Baçarov "Nikbin faciə", Vsevolod Vişnevski — Zabit "Şərəf qanunu", Aleksandr Şteyn — Dobrotvorski "Ağaclar kökləri üstə ölürlər", Alexandro Kasona — Sinyor Balbua "Feldmarşal Kutuzov", Vladimir Solovyov — Barklay de Tolli "Əzablı yollarla", Aleksey Tolstoy — Nikolay Smokovnikov "Domoklun qılıncı", Nazim Hikmət — Hakim "Merlenin ailəsi", Emil Zolyanın əsəri əsasında — Merle "Üç bacı", Anton Çexov — Tuzenbax "Məkr və məhəbbər", Fridrix Şiller — Ferdinand

Quruluş verdiyi tamaşalar

"İki ağanın nökəri", Karlo Qoldoni "Düşmənlər", Maksim Qorki "Qeyri-bərabər döyüş", Viktor Rozov

İstinadlar

Kateqoriya:Azərbaycan aktyorları Kateqoriya:Azərbaycanın teatr rejissorları Kateqoriya:Azərbaycan SSR Ali Sovetinin III çağırış deputatları Kateqoriya:SSRİ rejissorları Kateqoriya:SSRİ aktyorları Kateqoriya:XX əsr aktyorları Kateqoriya:Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı şəxsləri