Pirop — mineral, piralspit seriyasından qranat Mg3Al2[SiO4]3.
Haqqında Pirop - saf pirop təbiətdə rast gəlmir. Pirop adətən 40 mol. %-ə qədər almandin komponenti, 10-20 mol. %-dək qrossulyar komponentinin qarışığı olur. Spessartin komponentinin miqdarı 2 mol. %-dən çox olmur. Rəngi çəhrayı-qırmızı, bənövşəyidən qarayadək; n=1,705-1,760. X.ç. 3,58-3,75, a=11,543-11,580 A°. MgO-la zəngin və SiO2 kasıb olan süxurlarda mikalı peridotit, kimberlit və eklogitlərdə tapılır.
İstinadlar
Mənbə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Kateqoriya:Maqneziumun mineralları Kateqoriya:Alüminiumun mineralları Kateqoriya:Kubik sinqoniya mineralları