Aleksandr Vlasov (; ) — Sovet dövlət xadimi və partiya lideri. Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü (1981–91; 1976–1981-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinə üzvlüyə namizəd), Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu üzvlüyünə namizəd (1988–90), SSRİ Ali Sovetinin Millətlər Sovetinin Çeçen-İnquş SSR-dən olan deputatı (1977–89). SSRİ xalq deputatı (1989–91). Rus milliyyəti. Sovet İttifaqı Kommunist Partiyası Çeçen-Inquş Regional Komitəsinin birinci katibi (1975–84); Sovet İttifaqı Kommunist Partiyası Rostov Regional Komitəsinin birinci katibi (1984–86); SSRİ Daxili İşlər Naziri (1986–88); RSFSR Nazirlər Sovetinin sədri (1988–90). O, Rusiyanın son kommunist baş naziri və Mixail Qorbaçovun yaxın müttəfiqi idi.
Həyatı və təhsili Vlasov 20 yanvar 1932-ci il tarixində Buryat Muxtar Sovet Sosialist Respublikası, Babuşkin şəhərində (indiki Buryatiya, Rusiya) rus ailəsində anadan olub. İrkutsk Mədən və Metallurgiya İnstitutunu oxumuş, 1954-cü ildə dağ mühəndisliyi ixtisası üzrə məzun olub.
Kareyerası Vlasov Şərqi Sibirdə bir mədəndə usta işləyib. 1954-cü ildən 5 nömrəli Çeremxovo mədənində işləyib. 1954–55-ci illərdə mədənin ilkin komsomol təşkilatının katibi, şöbə müdiri, komsomolun Çeremxovo şəhər komitəsinin ikinci katibi olub. 1955-ci ildən — ikinci katib, 1960–61-ci illərdə İrkutsk komsomol komitəsinin birinci katibi işləyib. 1956-cı ildə kommunist partiyasına qoşuldu. 1965-ci ildə Yakut partiyası obkomunun ikinci katibi seçildi. Qorbaçov orada işləyən dövrlərdə Vlasov Şimali Qafqaz hərbi dairəsinin hərbi şurasının üzvü işləyib. Vlasov 1972-ci ildə Moskvada kommunist partiyasının mərkəzi komitəsində işləməyə başladı. 1975-ci ildə partiyanın birinci katibi vəzifəsinə keçdi. Daha sonra 1984-cü ildə Rusiyanın cənubundakı Rostovda partiyanın birinci katibi oldu. 1986-cı ilin yanvarında Vitali Fedorçukun yerinə daxili işlər naziri təyin edildi. 1988-ci il sentyabrın sonlarında səsvermə nəticəsində Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosuna üzv seçildi. O 10 oktyabr 1988-ci ilə qədər daxili işlər naziri kimi vəzifədə qaldı. 1988-ci ildən sonra Vadim Bakatin daxili işlər naziri vəzifəsinə keçdi. Vlasov 3 oktyabr 1988-ci ildə Ali Sovet tərəfindən Rusiya Respublikasının baş naziri seçildi. Bu vəzifədə Vitali Vorotnikov idi. Vlasov 1990-cı ilin mayında ali Sovet prezidentliyinə namizəd oldu. Lakin rəqibi Boris Yeltsin minimum səsdən cəmi 4 səs çox toplayaraq onu qabaqladı.
Son illəri 1990-cı ilin iyulundan 1991-ci ilin avqustuna qədər Aleksandr Vlasov Sovet İttifaqı Kommunist Partiyası MK-nın Sosial-İqtisadi şöbəsinin müdiri vəzifəsində çalışmışdır. 1991-ci ilin avqustundan təqaüdə çıxmışdır. 1994-cü ildən "İrkutsk İcması "Baykal"" regional ictimai təşkilatına rəhbərlik etmişdir. Vlasov 9 iyun 2002-ci ildə Moskvada vəfat etmiş, Troyekurov qəbiristanlığında basdırılmışdır.
İstinadlar
Kateqoriya:Troyekurov qəbiristanlığında dəfn olunanlar Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin XXVII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIV qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXIII qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXVI qurultayının nümayəndələri Kateqoriya:Sov.İKP-nin XXII qurultayının nümayəndələri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvlüyünə namizədlər Kateqoriya:Sov.İKP-nin XIX konfransının nümayəndələri Kateqoriya:RSFSR Ali Sovetinin VII çağırış deputatları Kateqoriya:RSFSR Ali Sovetinin VIII çağırış deputatları Kateqoriya:SSRİ Ali Sovetinin Millətlər Sovetinin X çağırış deputatları Kateqoriya:SSRİ mühəndisləri Kateqoriya:SSRİ general-polkovnikləri Kateqoriya:Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin şöbə müdirləri