Federal Şura (Almanca: Bundesrat) — Almaniyanın 16 ştatının təmsil olunduğu qanunverici hakimiyyətdir. Əyalət hökumətləri tərəfindən təyin edilmiş 69 üzv qanunverici prosesdə iştirak edir. Federal hökumət qarşısında əyalətlərin maraqlarını təmsil edir. Hər federal qanun Federal Şurada da müzakirə edilməlidir. Federal qanunların formalaşmasına öz töhfəsini verir. Bundestaqla bərabər bir qanunverici qurum statusuna sahibdir.

Federal Şura Berlindəki keçmiş Prussiya Lordlar Palatasında toplanır. Əvvəlki görüş yeri keçmiş Qərbi Almaniyanın paytaxtı Bonnda idi. Federal Konstitusiyada Bundestaq, Federal Prezident, Federal Nazirlər Şurası və Federal Konstitusiya Məhkəməsi ilə birlikdə “əsas güc” adlanır.

thumb|200px|Bundesratın iclas binası (keçmiş Prussiya Lordlar Palatası)

thumb|250px|Prussiya Lordlar Palatası, Leipziger Straße, Bundesrat binası.

Bundesrath (1901-ci ildən: Ümumi imla islahatına görə, Bundesrat) Şimali Almaniya Konfederasiyası (1867) və Almaniya İmperiyası (1871) kimi adlar almışdır. Veymar Respublikası dövründəki həmkarı (1919-1933) Reyxsrat olmuşdur.

Federal Şuranın quruluşu Almaniya əyalətlərinin gücündəki dəyişikliklərdən asılı olaraq dəyişir və istənilən halda seçkilər zamanı fərqlilik göstərir. Federal şuradakı hər bir əyalət heyəti mahiyyət etibarilə əyalət hökumətlərinin nümayəndəsidir və hər bir əyalətin qanunverici hakimiyyət çoxluğunu, iqtidarını (koalisiyalar da daxil olmaqla) əks etdirir.

23 may 1949-cu ildə yaradılmışdır. 1 noyabr 2014-cü ildən Bundesratın sədri vəzifəsini Volker Bouffier (CDU partiyası) icra edir. Onun birinci müavini (1 noyabr 2014-cü ildən bəri) Stephan Weil (SPD partiyası), ikinci müavini isə (1 noyabr 2014-cü ildən bəri) Stanislaw Tillich (CDU partiyası) hesab olunur.

Mövcud quruluşu + Səslərin mövcud paylanması Bölgə Əhali Bundesratdaki yerləri Əhalinin yerə nisbəti Hakim partiya (H-Hökumət) (N-Neytral)(M-Müxalifət) Növbəti seçkilər İdarəçi Baden-Württemberg 10,879,618   6   █ █ █ █ █ █ 1,813,270 13Yaşıllar, XDİ(N) 2021 (Grüne) Bavariya 12,843,514   6   █ █ █ █ █ █ 2,140,586 04XSB, FW (N) 2023 (CSU) Berlin 3,520,031   4   █ █ █ █ 880,008 08SDP, Sol, Yaşıllar (N) 202109-18 (SPD) Brandenburq 2,484,826   4   █ █ █ █ 621,207 16SPD, CDU, Yaşıllar (N) mövcud (SPD) Bremen 671,489   3   █ █ █ 223,830 12SDP, Yaşıllar, Sol (N) 202305-11 (SPD) Hamburq 1,787,408   3   █ █ █ 595,803 11SDP, Yaşıllar (N) 2020 (SPD) Hessen 6,176,172   5   █ █ █ █ █ 1,235,234 06XDİ, Yaşıllar (N) 2023 (CDU) Aşağı Saksoniya 7,926,599   6   █ █ █ █ █ █ 1,321,100 12SDP, XDİ (H) 2022 (SPD) Meklenburq-Ön Pomeraniya 1,612,362   3   █ █ █ 537,454 08SDP, XDİ (H) 202109-04 (SPD) Şimali Reyn-Vestfaliya 17,865,516   6   █ █ █ █ █ █ 2,977,586 12XDİ, FDP (N) 2022 (SPD) Reynland-Pfalts 4,052,803   4   █ █ █ █ 1,013,201 12SPD, FDP, Yaşıllar (N) 2021 (SPD) Saarland 995,597   3   █ █ █ 331,866 07XDİ, SDP (H) 2022 (CDU) Saksoniya 4,084,851   4   █ █ █ █ 1,021,213 07XDİ, SDP, Yaşıllar (N) 2024 (CDU) Saksoniya-Anhalt 2,245,470   4   █ █ █ █ 561,368 07XDİ, SDP, Yaşıllar (N) 2021 (CDU) Schleswig-Holstein 2,858,714   4   █ █ █ █ 714,679 14XDİ, Yaşıllar, FDP (N) 2022 (SPD) Türingiya 2,170,714   4   █ █ █ █ 542,679 17Sol, SDP , Yaşıllar (N) 2024 (DIE LINKE) Ümumi əhali və şuradakı üzvlük sayı82,175,684 69 1,190,952

Kateqoriya:Almaniya parlamenti