Dadaş Kamil oğlu Şaraplı (Məmmədov) () — Azərbaycanın teatr aktyoru, Azərbaycan SSR əməkdar artisti (1938).
Həyatı Dadaş Şaraplı 8 sentyabr 1903-cü ildə Bakıda anadan olub. O, gənc yaşlarından müxtəlif teatr truppalarında çıxıb edib. 1921-ci ildə yeni yaranmış Azad Tənqid və Təbliğ Teatrının kollektivinə qəbul olunub. Dadaş Şaraplı 1922-ci ilin axırlarında Azərbaycan Dram Teatrının aktyor truppasına götülüb. Burada işləyərkən o, 1934–1938-ci illərdə Mirzə Fətəli Axundov adına Bakı Teatr Məktəbində təhsil alıb. O, iki ilə yaxın, 1938–1940-cı illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında çalışıb və yenidən Azərbaycan Dram Teatrına qayıdıb. 1940-cı illərdə qısa müddət yaradıcılığını sirk səhnəsində davam etdirib və Azərbaycan Dövlət Filarmoniyasında konferansye olaraq intermediyalarda çıxış edib.
Dadaş Şaraplı 1959-cu ildə Bakıda vəfat edib.
Mükafatları "Şərəf nişanı" ordeni — 17 aprel 1938 "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 4 noyabr 1938
İfa etdiyi əsas rollar Akademik teatrda oynadığı əsas rollar Tamaşa Müəllif Rol Hacı Qara Mirzə Fətəli Axundov Kərəməli Müsibəti-Fəxrəddin Nəcəf bəy Vəzirov Məhərrəm bəy Pəri cadu Əbdürrəhim bəy Haqverdiyev Əmrah və Təlxək Şeyx Sənan Hüseyn Cavid Serqo Knyaz Hüseyn Cavid Kinto Oqtay Eloğlu Cəfər Cabbarlı Mazandaranski Almaz Cəfər Cabbarlı Ocaqqulu Yaşar Cəfər Cabbarlı Niyaz Xoşbəxtlər Sabit Rəhman Bərbərzadə Vaqif Səməd Vurğun Təlxək Həyat Mirzə İbrahimov Pardon Qurbanəli Hamlet Uilyam Şekspir Gildestern Şıltaq qızın yumşalması Uilyam Şekspir Tranio Jorj Danden Jan-Batist Molyer Lyuben Don Juan Jan-Batist Molyer Pyero Skapenin kələkləri Jan-Batist Molyer Silvestr Məkr və məhəbbət Fridrix Şiller Hofmarşal Dubrovski Aleksandr Puşkin Şabaşkin Müfəttiş Nikolay Qoqol Mişka Günahsız müqəssirlər Aleksandr Ostrovski Milavzorov Yurdsuz insanlar Maksim Qorki Alyoşa Gülən adam Viktor Hüqo Redibel Tom dayının koması Biçer Stou Bezqali Fiqaronun toyu Onore de Balzak Jerubino Dəmirçi Gavə Şəmsəddin Sami Pərviz 80 gün dünya səyahəti Jül Vern Fite Göy quş Moris Meterlink Tilet
İstinadlar
Kateqoriya:Azərbaycan aktyorları