Məhəmməd Əhmədoviç Musalov (; ) — əslən azərbaycanlı olan Rusiyalı futbolçu. 2022-ci ildən Rusiyanın SKA Xabarovsk klubunda çıxış edir.

Şəxsi həyatı Musalov Dağıstanın Xustada kəndində anadan olub. Əslən azərbaycanlıdır. Bir qardaşı var. Qardaşı Tahir Musalovda onun kimi futbolçudur.

Klub karyerası Peşəkar debütü 12 avqust 2014-cü il tarixində Anji Mahaçqala-2-in heyətində Alaniya Vladiqafqaz-a qarşı oyunda oldu.

2018-ci il iyunun 16-da Musalov 2018–19 mövsümünün sonuna qədər icarə əsasında Axmat Qroznı klubunda çıxış edib. 29 iyul 2020-ci ildə Musalov Axmat Qroznıdan ayrıldı.

1 sentyabr 2020-ci ildən Ermənistanın Pünik FK ilə müqavilə imzalayıb.

1 iyun 2022-ci ildə Musalov müqaviləsi başa çatdıqdan sonra Pünik-dən ayrıldı və yenidən Rusiyada karyerasını davam etdirdi. 16 iyul 2022-ci ildə SKA Xabarovsk ilə müqavilə imzaladı.

Milli komanda karyerası 2012-ci ilin 10–20 iyun tarixlərində Azərbaycan U-19 yığmamısının Litvanın Palanqa şəhərində keçirdiyi təlim-məşq toplanışında iştirak edib.

İstinadlar

Kateqoriya:Legioner Azərbaycan futbolçuları Kateqoriya:Rusiya Milli Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Peşəkar Futbol Liqası futbolçuları Kateqoriya:Rusiya Premyer Liqası futbolçuları Kateqoriya:Ermənistan Premyer Liqası futbolçuları Kateqoriya:Anji Mahaçqala FK futbolçuları Kateqoriya:Axmat FK futbolçuları