Məhərrəmkənd kəndi (А. Ганиева. Лезги халкьдин манияр: Дагъустандин халкьрин манияр, сериядал — Махачкала : Дагучпедгиз, 1970. — С. 129. — 134 с.) Dağıstan Respublikasında Məhərrəmkənd rayonunda yerləşən kənd. Kənd Məhərrəmkənd rayonunun inzibati mərkəzi və Məhərrəmkənd kənd sovetinin yaşayış məntəqəsidir. Məhərrəmkənd adını ilk məskunlaşan və Quba əyalətindən olan, burada bir daxmada yaşayan Məhərrəmdən almışdır.Лавров Л. И. Этнография Кавказа (по полевым материалам 1924 — 1978 гг.). — Л.: Наука, 1982. — С. 154. Coğrafiya Məhərrəmkənd Dağıstanın cənubunda, Mahaçqaladan 180 km məsafədə yerləşir. Kəndin cənubunda Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədi yerləşir. Keppenin iqlimlər təsnifatına görə Məhərrəmkənd subtropikə yaxın iqlimə malikdir, mülayim qışı və isti, quraq yayı ilə səciyyələnir.
Tarixi Kənd XIX əsrin əvvəllərində yaranmışdır. Məhərrəmkəndin yaranması ilə bağlı əsas versiyalardan birinə görə, kənd 1801-ci ildə Şeyxəli xanın sərkərdə Məhərrəmə xidmətlərinə görə bağışladığı torpaqlarda salınıb və nəticədə kənd onun adı ilə adlanmağa başlayıb.
Quba üsyanının iştirakçısı Kürə üsyançı dəstəsinin başında olmuş Mahmud-əfəndi Məhərrəmkəndli idi.Кавказская война из показаний участников восстания кубинских лезгин O dövrdə Məhərrəmkənd Kürə xanlığı ilə Quba əyaləti arasında əlaqəsi olmayan bir orta mövqe tuturdu. 1866–1928-ci illərdə Məhərrəmkənd Güney əyalətinin bir hissəsi olaraq Kürə dairəsinə daxil edildi. Kuysun və Tahirkənd kəndləri ilə birlikdə Məhərrəmkənd Kənd Cəmiyyəti yaradıldı. 1886-cı ildə Məhərrəmkənddə 369 nəfər yaşayırdı . 1936-cı ildə 1 nömrəli Məhərrəmkənd orta məktəbi, 1964-cü ildə isə 2 nömrəli Məhərrəmkənd orta məktəbi təsis edildi. 1965-ci ildə Kansavkənt, Bill-Bill və Qazer kəndlərinin sakinləri Məhərrəmkəndə köçdülər. Ən çox köçmə Selegün kəndindən olmuşdu.
Əhali 2002-ci ildə aparılmış siyahıya almaya əsasən rayonun 58.694 nəfər əhali yaşayır ki bunun da 6.266 nəfəri Məhərrəmkənd kəndində məskunlaşmışdır. Kənd əhalisinin əksəriyyətini ləzgilər təşkil edir.
Yerli məşhurlar Arsen Allahverdiyev – Sovet sərbəst güləşçisi, üçqat Avropa çempionu, SSRİ çempionatlarının dəfələrlə mükafatçısı, SSRİ-nin əməkdar idman ustası (1973). Dağıstan MSSR-nin əməkdar mədəniyyət işçisi (1972). Eldar İsmayılov – radiasiya biofizikası sahəsində beynəlxalq səviyyədə tanınmış bir mütəxəssisdir. Alman Əhmədov – rus dilçisi və metodisti, milli məktəbdə və РКИ-də rus dilinin tədrisi metodikası, intonasiya, rus dilinin tədrisi sahəsində mütəxəssis, filologiya elmləri doktoru. Najmudin Kazıyev - Rusiya Federasiyasının əməkdar metallurqu, 2-ci dərəcəli Vətənə xidmətə görə medalı laureatı.
İstinadlar
Xarici keçidlər Магарамкент Мегьерамхуьр Магарамхуьр
Kateqoriya:Məhərrəmkənd rayonunun yaşayış məntəqələri