İspaniya Avroviziya Uşaq Mahnı Müsabiqəsində ilk dəfə 2003-cü ildə iştirak etmişdir. Danimarkanın paytaxtı Kopenhagendə keçirilən müsabiqədə Serxionun ifa etdiyi "Desde el cielo" mahnısı ilə təmsil olunan İspaniya 16 iştirakçı ölkə arasında 125 xalla ikinci yeri qazanmışdır. Növbəti il isə İspaniya Mariya İzabelin təmsilində müsabiqədə ilk qələbəsini qazanmışdır. İspaniya televiziyası müsabiqədə əldə etdiyi uğurlu nəticələrə baxmayaraq 2007-ci ildə müsabiqədən kənarlaşmışdır. Ölkə bir daha Avroviziya Uşaq Mahnı Müsabiqəsinə 12 illik fasilədən sonra 2019-cu ildə geri dönmüşdür. Ölkə təmsilçisi Melani Qarsiya ifa etdiyi "Marte" mahnısı ilə İspaniyaya müsabiqədə 3-cü yeri qazandırmışdır.
Təmsilçilər
İlDilMüğənniMahnıFinalYerXal 2003 İspanca Serxio "Desde el cielo" 2 125 2004 İspanca Mariya İzabel "Antes muerta que sencilla" 1 171 2005 İspanca Antonio Xose "Te traigo flores" 2 146 2006 İspanca Dani Fernandes "Te doy mi voz" 4 90 2019 İspanca Melani Qarsiya "Marte" 3 212
Səsvermə tarixçəsi
Həmçinin bax
İstinadlar
Avroviziya Uşaq Mahnı Müsabiqəsi
Kateqoriya:Fransa Kateqoriya:Avroviziya Uşaq Mahnı Müsabiqəsi Kateqoriya:Ölkələr Avroviziya Uşaq Mahnı Müsabiqəsində