Adıge-Xabl rayonu (, , , ) — Rusiya Federasiyası, Qaraçay-Çerkesiya Respublikasının tərkibində inzibati ərazi vahidi. İnzibati mərkəzi Adıge-Xabl auludur. Coğrafiyası Adıge-Xabl rayonu Qaraçay-Çərkəz Respublikasının şimal-qərb hissəsində yerləşir. Rayonun ümumi sahəsi 323,37 km²-dir.

Aşağıdakı ərazilərlə həmsərhəddir:cənubda Xabez və Abazin rayonları, qərbdə Krasnodar diyarının Otradnenski rayonu, şimalda Stavropol diyarının Koçubeevski rayonu, şərqdə Prikuban rayonu, həmçinin Noqay rayonu. Noqay rayonu Adıge-Xabl rayonunu iki hissəyə bölür. Zonalı rayonlaşdırmaya görə ərazisi şimaldan cənuba doğru 2 zonaya bölünür - düzənlik və dağətəyi. Düzənliklər üstünlük təşkil edir. Rayonda orta yüksəklik dəniz səviyyəsindən 400 ilə 700 metr arasında dəyişir.

Ərazisindən axan ən iri çaylar: Kuban, Böyük Zelençuk, kiçik Zelenşuk, Böyük Şeblenok və Kiçik Şeblonok. Tarixi 1935-ci ildən 1956-cı ilə qədər İkon-Xalq rayonu Çərkəz Muxtar Vilayətinin bir hissəsi olaraq mövcud idi. O zamanlar rayon mərkəzi əvvəlcə İkon-Xalq kəndi, 1936-cı ilin sonundan isə Adıge-Xabl kəndi olmuşdur. 1935-1953-cü illərdə mərkəzi Ersakon kəndində olan Kuvinski rayonu 1953-cü ildə İkon-Xalq rayonuna birləşdirilir. 1956-cı ildə İkon-Xalq rayonu ləğv edilir. 1957-ci ildə Qaraçay-Çərkəz Muxtar Vilayəti Çərkəz Muxtar Dairəsi əsasında yenidən quruldu. 15 yanvar 1957-ci ildə Adıye-Xabl rayonu yenidən təşkil olunur və tərkibinə 5 kənd şurası daxil edilir: Adıge-Xabl, Apsuanski, Staro-Kuvinski, Erkin-Yurt və Ersakon.

1 fevral 1963-cü ildə mövcud olan 6 kənd rayonlarının yerində təşkil edilir: Adıge-Xabl (mərkəzi Adıge-Xabl auılu), Zelençuk (mərkəzi Zelençuk aulu), Qaraçaevsk (mərkəzi Qaraçevsk şəhəri), Maloqaraçaevsk (mərkəzi Üçkeken aulu); Prikubanski (mərkəzi Ust-Çequtinski aulu), Xabez (mərkəzi Xabez aulu).

29 oktyabr 1993-cü ildə rayonun bütün kənd sovetlikləri kənd icra nümayəndəliyinə çevrilir.

2008-ci ildə Noqay rayonu Adıge-Xabl rayonundan ayrılır. Bu zaman 5 kənd yaşayış məntəqəsi yeni qayona verilir (Adil-Xalq, İkon-Xalq, Erken-Xalq, Erken-Şaxar və Erken-Yurt).

Əhali

Milli tərkib Xalq2002Данные Всероссийской переписи населения 2002 года: таблица 02c. М.: Федеральная служба государственной статистики, 2004. (2002zip , см. прим. ) 2010 çərkəzlər 6 323 (39,1 %) 5 364 (18,9 %) abazinlər 4 827 (29,8 %) 3 766 (13,2 %) ruslar 1 602 (9,9 %) 4 158 (14,6 %) qaraçaylılar 989 (6,1 %) 1 111 (3,9 %) noqaylar 738 (4,6 %) 11 621 (40,9 %) türklər 431 (2,7 %) 322 (1,1 %) yunanlar 421 (2,6 %) 363 (1,3 %) tatarlar 159 (1,0 %) 409 (1,4 %) digərləri 574 (3,5 %) 1 312 (4,6 %) digər millətlər 122 (0,8 %) ... ümumi 16 186 (100,0 %) 28 426 (100,0 %) Cins tərkibi 2010-cu il Ümumrusiya siyahıya alınmasına olan məlumat: YaşKişilər,nəf.Qadınlar,yaş.Ümumisay.ümumi əhaliyəolan nisbət, % 0 — 14 yaş 1 695 1 636 3 331 20,58 % 15 — 59 yaş 5 137 5 495 10 632 65,69 % 60 yaşdan yuxarı 803 1 419 2 222 13,73 % bildirməyənlər 0 1 1 0,01 % ümumi 7 635 8 551 16 186 100,0 % Kişilər — 7 635 nəf. (47,2 %). Qadınlar — 8 551 nəf (52,8 %).

Əhalinin orta yaşı — 35,0 yaş. Kişilərin orta yaşı — 33,4 yaş. Qadınların orta yaşı — 36,5 yaş.

Mənbə Официальный сайт Адыге-Хабльского муниципального района Адыге-Хабльский район на официальном сайте Карачаево-Черкесской Республики Административно-территориальное деление КЧР Справочник почтовых индексов / кодов ОКАТО / налоговых инспекций ФНС / адресов İstinadlar

Kateqoriya:Qaraçay-Çerkesiya rayonları Kateqoriya:1957-ci ildə yaranmış dövlətlər və ərazilər