Gürcüstan–Yaponiya münasibətləri — Yaponiya və Gürcüstan arasındakı ikitərəfli münasibətlər. İki ölkə arasında diplomatik münasibətlər 3 avqust 1991-ci ildə, Gürcüstanın müstıəqilliyini elan etməsindən bir gün sonra qurulmuşdur. Yaponiya Tiflisdəki səfirliyini ancaq 2009-cu ildə açmışdır.

İqtisadi əlaqələr və maliyyə yardımları Yaponiya Gürcüstana iqtisadi və mədəni inkişafın müxtəlif layihələrinin həyata keçirilməsində maliyyə yardımı göstərir. İki ölkə arasındakı ticarət balansı əsasən Yaponiyanın xeyrinədir. Yaponiyadan Gürcüstana əsasən avtomobil və sənaye məhsulları, Gürcüstandan Yaponiyaya isə ərzaq və kimyəvi maddələr ixrac olunur.

Hərbi əməkdaşlıq 2011-ci ilin fevral ayında Gürcüstan Xarici İşlər Nazirinin müavini Nikoloz Vaşakidze Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Bürosunun xarici işlər üzrə baş direktoru Hiroşi Oe ilə görüşmüşdür. Görüşdə tərəflər Gürcüstan və Yaponiya arasında hərbi əməkdaşlığın gələcək perspektivlərini müzakirə etmişdilər.

Yaponiyanın Cənubi Osetiya və Abxaziya brəsindəki rəsmi bəyanatları Yaponiya Gürcüstanın Abxaziya və Cənubi Osetiyaya olan ərazi iddialarını dəstəkləyir. 27 avqust 2008-ci ildə Yaponiyanın Xarici İşlər Naziri Masahiko Kumura, Rusiyanın Abxaziya və Cənubi Osetiyanın müstəqilliklərini rəsmi olaraq tanımasından sonra Gürcüstanın ərazi bütövlüyünü tam dəstəkləyən rəsmi bir bəyanat vermişdirMOFA: Statement by Foreign Minister Koumura on Russia's Recognition of the Independence of South Ossetia and Abkhazia — August 27, 2008. 2014-cü ilin oktyabrında Yaponiya və Gürcüstan "Sülh və Demokratiya Üçün Həmrəylik" adlı bir bəyanat verdilər: "Hər iki tərəf suverenlik və ərazi bütövlüyü prinsiplərinə uyğun olaraq Abxaziyanın işğal edilmiş bölgələrində və Cənubi Osetiyanın Tsxinvali bölgəsində münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirlərini bölüşürlər. Münaqişənin Gürcüstan beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində həlli Dünya və Cənubi Qafqazda sülh və sabitliyin qorunması üçün vacib olduğu vurğulanmışdır. Yaponiyanın Gürcüstandakı səfirliyinin 1 mart 2017-ci il tarixli açıqlamasında "Gürcüstanın işğal olunmuş bölgələri: Cənubi Osetiyanın Tsxinvali bölgəsi və Abxaziya" mövzusunda mövqeyi təsdiqləndi.

Qarşılıqlı səfərlər 1999-cu ilin martında Gürcüstan Prezidenti Eduard Şevardnadze və 2007-ci ilin martında Prezident Mixeil Saakaşvili Yaponiyaya rəsmi səfərlər etdilər. thumb|right|Gürcüstan-Yaponiya sammiti, 2014 2014-cü ilin oktyabrında Gürcüstan Prezidenti Georgi Marqvelaşvili Tokioya işgüzar səfər etmişdir. Görüşdə Yaponiyanın baş nazir Şinzo Abe Gürcüstanın Yaponiya ilə eyni əsas dəyərləri bölüşdüyünü və hər iki liderin Gürcüstanın ərazi bütövlüyünü, iki ölkə arasında iqtisadi əlaqələri gücləndirdiyini və ümumi inkişaf hədəflərini təyin etdiyini dəstəkləyən ortaq bir bəyanat verdiyini söylədiVisit to Japan by H. E. Mr. Giorgi Margvelashvili, President of Georgia | Ministry of Foreign Affairs of Japan -

October 25, 2014.

Diplomatik əlaqələr Gürcüstanın Yaponiyadakı səfirləri David Nozadze (2006–2008) İva Macavariani (2008–2009)

Revaz Beşidze (2010–2013)

Levan Sinsadze (2014-)

Yaponiyanın Gürcüstandakı səfirləri thumb|right|Yaponiyanın Tiflisdəki səfirliyi (2012-ci il) Sumio edamura (Moskvadakı rezidensiya, 1992–1994)

Kodzi Batanabe (Moskvadakı rezidensiya, 1994–1996)

TakeHiro Toqo (Moskvadakı rezidensiya, 1996–1999)

Minoru Tamba (Moskvadakı rezidensiya, 1999–2000)

Tesuya Hirose (Bakıdakı rezidensiya, 2000–2002)

Tosiyuki Fudzivara (Bakıdakı rezidensiya, 2002–2004)

Tadahiro Abe (Bakıdakı rezidensiya, 2004–2007)

Masamisu Oki (Bakıdakı rezidensiya, 2007–2009)

Masayosi Kamoxara (2009–2012)

Tosio Kaitani (2013–2017)

Tadaharu Uexara (2017-)

İstinadlar

Kateqoriya:Gürcüstanın ikitərəfli əlaqələri Kateqoriya:Yaponiyanın ikitərəfli əlaqələri